Məhkəmə qərarları › İş №2(001)-5149/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5149/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5149/2020 16.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, X1 etibarnamə əsasında nümayəndəsi və vəkili Mövsümov Rüfət Rauf oğlunun, Cavabdeh iştirakları ilə, X1 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 2781 manat əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazadan onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh 03 ay müddətinə ümumi dəyəri 8304 manat olan Qızıl zinət əşyaları almışdır. Müqavilənin 3.4-cü bəndinə əsasən alınmış malın dəyərindən ilkin ödəniş 2000 manat etməklə hər ay üçün 2101,33 manat ödəmək şərti ilə satılmışdır. Lakin Cavabdeh öhdəliklərini yerinə yetirməyərək bu günədək cəmi 5523 manat ödəmiş, qalan 2781 manatı ödəməkdən yayınmışdır. Cavabdehə öhdəlikləri barədə dəfərlərlə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edlməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 etibarnamə əsasında nümayəndəsi və vəkili Mövsümov Rüfət Rauf oğlu iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddia tələbini qismən qəbul etdiyini bildirmiş, qeyd etmişdir ki, xx xxxx 2019-cu il tarixdə bağlanmış müqaviləni o, imzalamış, 8304 manat dəyərində qızıl-zinət əşyalarını götürmüş, həmin məbləğdən 5500 manat ödəniş etmiş, 2000 manat borcu qalmışdır. Həmin məbləği birdəfəyə ödəməyə imkanı yoxdur, hissə-hissə ödəyə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən X7 ilə Cavabdeh arasında xx xxx 2019-cu il tarixdə bağlanmış əşyanın alqısatqısına dair 341938 saylı müqavilədən görünür ki, X2 Nazim Əsgər oğluna ümumi dəyəri 8304 manat təşkil edən qızıl zinət əşyalarını ilkin ödəniş 2000 manat olmaqla, 3 (üç) ay müddətinə, hər ay 2101,33 manat ödəmək şərti ilə nisyə satmışdır. İş materiallarında olan satılmış məhsulun təhvil verilməsi haqqında xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, xx xxx 2019-cu il tarixli, 341938 saylı müqaviləyə əsasən qızıl zinət əşyaları alıcı Cavabdeh təhvil verilmişdir. Həmin aktdan həmçinin görünür ki, Cavabdeh aldığı malları satıcının iştirakı ilə yoxladığını, malların xarici görünüşündə qüsur aşkar olunmadığını bəyan etmiş və bunu imzası ilə təsdiq etmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə görə ödənişlərin vaxtı və məbləğləri bu müqaviləyə əlavə edilən cədvələ uyğun tənzimlənir. Həmin müqavilənin 6.1.2-ci bəndinə görə müqavilə və müvafiq cədvəl ilə müəyyən edilmiş müddətdə, miqdarda və qaydada satılan əşyanın qiymətini satıcıya ödəmək alıcının vəzifəsidir. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilədən irəli gələn ödəmə cədvəlinə əsasən xx xxxx 2019-cu il tarixdən başlayaraq hər ay 2101,33 manat ödəniş etməli olmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli əşyanın alqı-satqısına dair müqavilə üzrə 2781 manat borcu qalmışdır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxs X7 ilə xx xxx 2019-cu il tarixdə bağladığı əşyanın alqısatqısına dair 341938 saylı müqavilədən irəli gələn öhdəlikləri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından X3ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmədə müəyyən edildi ki, X3 ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019cu il tarixli 341938 saylı əşyanın alqı-satqı müqaviləsi üzrə sonuncu ümumi dəyəri 8304 manat təşkil edən qızıl zinət əşyalarını 3 (üç) ay müddətinə, hər ay 2101,33 manat ödəmək şərti ilə nisyə almış, borcundan 5523 manat məbləğində ödəniş etmiş, qalan 2781 manat məbləği isə ödəməmişdir. Cavabdeh sözügedən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh 2781 manat borc alınaraq iddiaçıya verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, 30 manat dövlət rümunu da iddiçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2781 (iki min yeddi yüz səksən bir) manat borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınıb X3na ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar