Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5152/2024 03.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X4 Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2017-ci il tarixli 2(001)-2495/2017 saylı qətnaməsi ilə birgə nikahlarından doğulmuş 07 yanvar 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün qazancın və başqa gəlirlərin 1/3 hissəsi miqdarında aliment dəyişdirərək 235 manat sabit pul məbləğində aliment cavabdeh X4 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 22 fevral 2003-cü ildən rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikahdan 28 dekabr 2003-cü il təvəllüdlü X8 və 07 yanvar 2010-cu il təvəllüdlü X7 adlı 2 övladı doğulmuşdur. Övladlarından biri artıq yetkinlik yaşına çatmışdır. 07 fevral 2017-ci il tarixli Binəqədi rayon Məhkəməsinin 2(001 )-2495/2017 saylı qətnaməsi ilə İlkin iddia qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Binəqədi rayonu, Leyla nikah evində 22 fevral 2003-cü il tarixdə 111 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi və birgə nikahdan olan 07 yanvar 2010-cu il təvəllüdlü X7 və 28 dekabr 2003-cü il təvəllüdlü X8 anası X3 yanında qalması, 28 dekabr 2003-cü il təvəllüdlü X8 atası Cavabdeh alınaraq anası İddiaçı verilməsi, 07 yanvar 2010-cu il təvəllüdlü X5 və 28 dekabr 2003-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının ( başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aiment İddiaçı xeyrinə tutulması, uşaqlardan 28 dekabr 2003-cü il təvəllüdlü X6 atası Cavabdeh faktiki olaraq himayəsi altında olması nəzərə alınaraq qətnamənin həmiin uşağın atadan alınıb anaya verilməsi hissəsi icra edilnədək 07 yanvar 2010-cu il təvəllüdlü X5 xx.xx.2016-cı il tarixdən başlayaraq saxlanılmaları üçün ataları Cavabdeh qazancının (baqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulması və həmin hissədə dərhal icraya yönəldilməsi, qətnamə X6 atadan alınıb anaya verilməsi hissədə icra edildikdən sonra isə 07 yanvar 2010-cu il təvəllüdlü X5 və 28 dekabr 2003-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qət edilmişdir. İlk iddia üzrə iddiaçı Cavabdeh Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermiş lakin 17 aprel 2017-ci il 2(103)~1438/2017 saylı qətnaməsi ilə Bİnəqədi raon Məhkəməsinin 07 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Bildirir ki, Cavabdeh maddi imkanı çox yüksəkdir. X1 hazırda 14 yaşı var və onun maddi tələbatları artmışdır. O, isə onların tələbatlarını təkbaşına ödəyə bilmir. Bu səbəbdən əlavə xərclər kimi övladının gələcəkdə təhsili ilə bağlı yüksək xərc tələb olunduğundan onun saxlanılması üçün aliment məbləğinin miqdarını dəyişdirərək sabit pul məbləğində təyin olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında hazırki alimentin sabit pul məbləğində tutularaq, cavabdehdən hər ay birgə nikahdan dünyaya gəlmiş övladı üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, o, əvvəl yaxşı işdə çalışırdı və yüksək əmək haqqı alırdı. Hazırdsa həmin işdən çıxmış və indi 494 manat əmək haqqı alır. Özünün yeni ailəsi və uşağı var. Əvvəllər 600 manat aliment verirdi. Həmçinin bildirdi ki, kredit götürüb qızının kollec pulunu ödəyir. Daha sonra göstərdi ki, ikinci nikahdan oğlu var və onun nitq problemi var. Nəzərə alınmasını xahiş etdi. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2017-ci il tarixli, 2(001)-2495/2017 saylı qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Binəqədi rayonu Leyla Nikah evində 22 fevral 2003-cü il tarixdə, 111 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Birgə nikahdan olan 07 yanvar 2010-cu il təvəllüdlü X7 və 28 dekabr 2003-cü il təvəllüdlü X6 anası İddiaçı yanında qalmaları, 28 dekabr 2003-cü il təvəllüdlü X8 atası Cavabdeh alınaraq anası İddiaçı verilməsi, 07 yanvar 2010-cu il təvəllüdlü X5 və 28 dekabr 2003-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulması , qətnamənin alimentin tutulması hissədə icrası aşağıdakı qaydada müəyyən edilsin: Uşaqlardan 28 dekabr 2003-cü il təvəllüdlü X6 atası Cavabdeh faktiki olaraq himayəsi altında olması nəzərə alınaraq qətnamənin həmin uşağın atadan alınıb anaya verilməsi hissəsi icra edilənədək 07 yanvar 2010-cu il təvəllüdlü X5 xx.xx.2016-cı il tarixdən başlayaraq saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun və həmin hissədə qətnamə dərhal icraya yönəldilməsi, qətnamə X6 atadan alınıb anaya verilməsi hissədə icra edildkdən sonra isə 07 yanvar 2010-cu il təvəllüdlü X5 və 28 dekabr 2003-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulması, iş üzrə 20 manat məbləğində ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməsi və qarşılıqlı iddia üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 aprel 2017-ci il tarixli, 2(103)-4138/20174 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2017-ci il tarixli, 2(001)-2495/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iddiaçı ilə cavabdehin birgə nikahlarından 07 yanvar 2010-cu il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. "xxxx" MMC-nin 14 avqust 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2021ci ildən "xxxx" MMC-də işləyir, ümumi ştat cədvəlinə uyğun olaraq qross əmək haqqı 555.43 manat, xalis əmək haqqısı isə 494,45 manat təşkil edir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 76.1 və 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə-bir hissəsi miqdarında aliment tutulur. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2017-ci il tarixli, 2(001)-2495/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Binəqədi rayonu Leyla Nikah evində 22 fevral 2003-cü il tarixdə, 111 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan 07 yanvar 2010-cu il təvəllüdlü X7 və 28 dekabr 2003-cü il təvəllüdlü X6 anası İddiaçı yanında qalmaları müəyyən edilmiş və 07 yanvar 2010-cu il təvəllüdlü X5 və 28 dekabr 2003-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qeyd edilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin 17 aprel 2017-ci il tarixli, 2(103)-4138/20174 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci ildən "xxxx" MMC-də işləyir və onun aylıq əmək haqqısı 494,45 manat təşkil edir. Tərəflərin birgə nikahlarından doğulmuş 28 dekabr 2003-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatmışdır. Hazırki iş üzrə iddia tələbinin əsasını isə cavabdehin qazancının və başqa gəlirlərin 1/3 hissəsi miqdarında aliment dəyişdirərək 235 manat sabit pul məbləğində aliment tutulması təşkil edir. İlk növbədə məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2017-ci il tarixli, 2(001)-2495/2017 saylı qətnaməsi ilə aliment müəyyən edilərkən cavabdehin maddi vəziyyəti müvafiq dövrün həyat standartları və uşağın ehtiyacları səviyyəsi əsas götürülmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə, həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaq üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri baxımından cavabdehin maddi vəziyyətinin aşağı olması, yenidən ailə həyatı qurması səbəbindən alimentin təyin edilməsində bu faktın nəzərə alınmasına münasibətdə eyd edir ki, bu hallar onu hazırki iş üzrə İddiaçı ilə bağlanmış nikahlarından dünyaya gələn övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir və həmin uşağın layiqli həyat səviyəsində yaşaması, əvvəlki yaşayış şərtlərinin maksimum həddə qorunması hazırki mübahisənin həlli ilə bağlı ən mühüm məsələdir. Belə ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, alimentin cavabdehin aylıq qazancından müəyyən hissələrdə deyil, sabit pul məbləğində tutulmasına yalnız iddiaçının (aliment alanın) razılığı ilə yol verilir. Hazırki halda iddiaçı alimentin cavabdehin aylıq qazancından tutulmasını tələb edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında 8.13-cü bəndində göstərilmişdir ki, “...alimentin miqdarının artırılması barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliklərin olduğunu müəyyən etməlidir...”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2016cı il tarixli Qərarında da göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi, ailə vəziyyəti və diqqətəlayiq digər hallarını nəzərə almalıdır. Buna görə də, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın mənafelərinin üstünlüyü baxımından, onun normal, yəni qida rasionlarına uyğun qidalanması, geyimi, təhsili, istirahətinin səmərəli təşkili xərclərini, habelə tərəflərin mövqeyini nəzərə alaraq hesab edir ki, alimentin sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat tutulması üçün Ailə Məcəlləsinin 78-ci maddəsində göstərilən əsasları mövcuddur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə iddiaçı ilə cavabdehin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqlarının mənafeyininin üstünlüyünü, maraqlarını, normal, yəni qida rasionlarına uyğun qidalanmaları, geyimləri, istirahətlərinin səmərəli təşkili, habelə təhsilləri ilə bağlı xərcləri nəzərə alaraq, hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş miqdarda alimentin miqdarının artırılmaqla, 07 yanvar 2010-cu il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və 1 illik ödəmənin məcmusu 2820 manat olduğuna (235 manat x 12 ay) və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 38,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, habelə, mediasiya xərcinin əvəzi kimi 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli, 2(001)-4138/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş qazancın və başqa gəlirlərin 1/3 hissəsi miqdarında aliment dəyişdirilərək, 07 yanvar 2010-cu il təvəllüdlü X5 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment (qətnamə qanuni qüvvəyə mindiyi gündən) tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli, 2(001)- 4138/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş qazancın və başqa gəlirlərin 1/3 hissəsi miqdarında aliment dəyişdirilərək, 07 yanvar 2010-cu il təvəllüdlü X5 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment (qətnamə qanuni qüvvəyə mindiyi gündən) tutularaq İddiaçı ödənilsin. 38,20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə, 50 manat mediasiya xərci isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5152/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5152/2024
03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver