Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5174/2020 12.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Zaqarova (Rəsulova) Cahanxanım Arif qızının, Cavabdeh X8 iştirakları ilə, İddiaçı Zaqarova (Rəsulova) Cahanxanım Arif qızının cavabdeh X9 qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Zaqarova (Rəsulova) Cahanxanım Arif qızı cavabdeh X9 qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 Binəqədi raron Məhkəməsinin qətnaməsinə əsasən onun xeyrinə uşaqların saxlanılması üçün tutulan alimentin məbləğinin dəyişdirilməsi, cavabdeh X6 xx xxxx 2012ci il təvəllüdlü X4 və xx xxxx 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşın çatana qədər saxlanılması üçün hər ay sabit məbləğdə 200 manat, cəmi 400 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Zaqarova (Rəsulova) Cahanxanım Arif qızı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X13 ilə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikahdan iki uşaqları – xx xxxx 2012-ci il təvəllüdlü X10 və xx xxxx 2014-cü il təvəllüdlü X11 anadan olmuşdur. Binəqədi rayon Məhkəməsinin qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqların onun yanında qalması qət edilmiş, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehdən sabit məbləğdə alimentin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşağın maddi tələbatını ödəmir, həddindən artıq azdır, uşaqların təhsili ilə bağlı, həmçinin sağlamlığının qayğısına qalınması üçün xeyli vəsait tələb olunur. Onun isə təkbaşına bütün maddi tələbatları ödəmək imkanı yoxdur. Alimentin artırılması uşaqların normal təhsil alması, sağlam böyüməsi və inkişafı üçün vacibdir. Qeyd olunanları nəzərə almaqla iddianın təmin edilməsi, cavabdeh X6 Binəqədi raron Məhkəməsinin qətnaməsinə əsasən onun xeyrinə uşaqların saxlanılması üçün tutulan alimentin məbləğinin dəyişdirilməsi, cavabdeh X6 xx xxxx 2012-ci il təvəllüdlü X4 və xx xxxx 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşın çatana qədər saxlanılması üçün hər ay sabit məbləğdə 200 manat, cəmi 400 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X13 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, alimentdən qaçmır, lakin tələb edilən məbləği ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İ seriyalı № 354240 saylı nikahın pozulması haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X5 arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə 307 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı № 040244 saylı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2012-ci ildə doğulmuşdur. X3, anası X2r. İş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı № 370943 saylı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2014-cü ildə doğulmuşdur. X3, anası X2r. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 291/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X13 ilə Zaqarova (Rəsulova) Cahanxanım Arif qızı arasında xx.xx.2011-ci il tarixdə 1082 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X7 anaları Zaqarova (Rəsulova) Cahanxanım Arif qızının yanında saxlanılmaları, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşın çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin cavabdeh X6 tutularaq iddiaçı Zaqarova (Rəsulova) Cahanxanım Arif qızının xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədirlər və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən hər bir uşağa görə aldığı 100 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Həmin qərarın 8.12-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İşin müəyyən edilmiş həqiqi hallarına əsasən uşaqların saxlanması üçün hazırda cavabdeh tərəfindən hər uşağa görə ödənilən 100 manat aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2020-ci ilin mart ayında, təyin edilmişdir. Ötən 7 ay ərzində uşaqların artan tələbatındakı dəyişiklik, o cümlədən onların geyimi, qidalanması, təhsili kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Uşaqlara qulluq edən, onların sağlamlıq, təhsil və məişət qayğılarını bilavasitə çəkən iddiaçı Zaqarova (Rəsulova) Cahanxanım Arif qızının isə maddi cəhətdən imkanları məhduddur. Qeyd edilənlərə əsasən məhkəmə uşaqların saxlanması üçün artan tələbatlarının cavabdeh tərəfindən hər bir uşağa görə ödənilən 100 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə qismən razılaşır və hesab edir ki, aliment məbləğinin hər bir uşaq üçün 170 (yüz yetmiş) manata artırılması uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İddia ərizələri üzrə iddianın qiyməti 500 (beş yüz) manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında müəyyən edilmişdir. Məhkəmə bir il ərzində ödəmənin artrıldığı məbləğin 500 manatdan çox olacağını nəzərə alıb hesab edir ki, cavabdeh R.Zaqarovdan 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-291/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında X6 Zaqarova (Rəsulova) Cahanxanım Arif qızının xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə hər ay sabit pul məbləğində tutulan 100 manat, cəmi 200 manat miqdarında alimentin məbləği dəyişdirilməli, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün X1 pul məbləğində hər uşağa görə hər ay 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat miqdarında aliment tutularaq Zaqarova (Rəsulova) Cahanxanım Arif qızına verilməli, həmin aliment məbləği tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və qanunla müəyyən edilmiş qaydada ölkədə yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş məbləğdən aşağı olmaması nəzərə alınmaqla ədalətli hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-291/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında X6 Zaqarova (Rəsulova) Cahanxanım Arif qızının xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan alimentin miqdarı artırılsın. xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X6 qətnamənin qanuni qüvvəyə mindiyi gündən hər bir uşağa görə hər ay 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat miqdarında aliment sabit pul məbləğində tutularaq iddiaçı Zaqarova (Rəsulova) Cahanxanım Arif qızına verilsin. Cavabdeh X6 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5174/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5174/2020
12.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver