Məhkəmə qərarları › İş №2(001)-5174/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5174/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5174/2024 06.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********12675 HUAWEİ NOVA 10SE markalı telefon üçün, 854.02 (səkkiz yüz əli dörd maat iki qəp) manat ödənilməmiş hissə, 85.98 (səskən beş manat doxsan səkkiz qəp) manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********44326 SAMSUNG GALAXY TAB A7LİTE markalı planşet üçün 640.48 (altı yüz qırx amant qırx səkkiz qəp) manat ödənilməmiş hissə, 64.52 (altmış dörd manat əlli iki qəp) manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, DONDURUCU HOFFMANN üçün 419.79 (dördyüz on doqquz manat yetmiş doqquz qəp) manat ödənilməmiş hissə, 41.21 (qırx bir mnat iyirmi bir qəp) manat cərimə, ümumilikdə 2106 manat borc, 41.06 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-cü və xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********12675 HUAWEİ NOVA 10 SE markaiı telefon, İMEİ KODU **********44326 SAMSUNG GALAXY TAB A7LİTE markalı planşet, DONDURUCU HOFFMANN almış və nəticədə 2106 (iki min yüz altı) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 934.02 (doqquz yüz otuz dörd manat iki qəp) manat (18 ay x 51.89 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********12675 HUAWEİ NOVA 10 SE markalı telefon üçün ümumilikdə, 940 (doqquz yüz qırx) manat olmaqla ondan, 854.02 (səkkiz yüz əli dörd maat iki qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 85.98 (səskən beş manat doxsan səkkiz qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 690.48 (altı yüz doxsan manat qırx səkkiz qəp) manat (18 ay x 38.36 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********44326 SAMSUNG GALAXY TAB A7LİTE markalı planşet üçün ümumilikdə, 705(yeddi yüz beş) manat olmaqla ondan,640.48 (altı yüz qırx amant qırx səkkiz qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64.52 (altmış dörd manat əlli iki qəp) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600.12 (altı yüz manat on iki qəp) manat (18 ay x 33.34 manat + 0 manat ilkin ödəniş) DONDURUCU HOFFMANN üçün ümumilikdə, 461 (dörd yüz altmış bir) manat olmaqla ondan, 419.79 (dörd yüz on doqquz manat yetmiş doqquz qop) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41.21 (qırx bir mnat iyirmi bir qəp) manat cərimə, cavabdehin cəmi ödədiyi məbləğ 310.33 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cl il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 30 iyul 2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 934,02 manat olan İMEİ KODU **********12675 HUAWEİ NOVA 10 SE markalı telefon, 0 manat ilkin ödəniş etməklə 18 ay müddətinə aylıq 51,89 manat ödəmək şərti ilə kreditlə almışdır. - 19 avqust 2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 690,48 manat olan İMEİ KODU **********44326 SAMSUNG GALAXY TAB A7 LİTE markalı telefon, 0 manat ilkin ödəniş etməklə 18 ay müddətinə aylıq 38,36 manat ödəmək şərti ilə kreditlə almışdır. - 01 iyul 2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 600 manat olan Dondurucu HOFFMAN üçün, 0 manat ilkin ödəniş etməklə 18 ay müddətinə aylıq 33,34 manat ödəmək şərti ilə kreditlə almışdır. - Maliyyə arayışından görünür ki, Cavabdeh 17 iyul 2024-cü il tarixə xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü müqavilələr üzrə ümumilikdə 1914,29 manat əsas, 191,71 manat cərimə borcu olmaqla, ümumilikdə 2106 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədə və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 –ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 85,98 manat dəbbə pulunun məbləği azaldılaraq 59,78 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 64,52 manat dəbbə pulunun azaldılaraq 44,83 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 41,21 manat dəbbə pulu azaldılaraq 29,38 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, "xxxx" MMC məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 41,06 manatın 35 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 854,02 manat ödənilməmiş hissə, 59,78 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 640,48 manat ödənilməmiş hissə, 44,83 manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən isə 419,79 manat ödənilməmiş hissə, 29,38 manat cərimə olmaqla, ümumilikdə 2048,28 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 35 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar