Məhkəmə qərarları › İş №2(001)-5176/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5176/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5176/2024 05.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsi üzrə pul” tələbinə dair mülki iş (açar sözlər: nisyə alğı-satqı müqaviləsi) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsi üzrə pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: I. Mülki işin mahiyyəti

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 1196,64 manat olan Xezer yumşaq mətbəx künc, Kar tanesı mətbəx masa 3 ədəd üçün 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 24 ay ərzində aylıq 49,86 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 546,25 manat əsas, 54,75 manat cərimə borcu yaranmışdır. Həmçinin, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 957,6 manat olan TCL LED TV, YUPİTER TV asqısı üçün 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 53,22 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 527,93 manat əsas, 52,07 manat cərimə borcu yaranmışdır. Həmçinin, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 696 manat olan qaz kolonkası Midea, HUAWEİ WATCH fit saat üçün 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 15 ay ərzində aylıq 46,4 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 275 manat əsas, 27 manat cərimə borcu yaranmışdır. Həmçinin, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 374,04 manat olan üzqırxan PHİLİPS üçün 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 20,78 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 244,4 manat əsas, 24,6 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1630,7 manat təşkil edir. "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 546,25 manat əsas, 54,75 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 527,93 manat əsas, 52,07 manat cərimə borcu olmaqla, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 275 manat əsas, 27 manat cərimə borcu borcu olmaqla, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 244,4 manat əsas, 24,6 manat cərimə borcu borcu olmaqla, dörd müqavilə üzrə ümumilikdə 1752 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 37,52 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 1196,64 manat olan Xezer yumşaq mətbəx künc, Kar tanesı mətbəx masa 3 ədəd üçün 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 24 ay ərzində aylıq 49,86 manat ödəmək şərti ilə kreditlə almışdır.

5. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, sonuncu alğısatqı qiyməti 957,6 manat olan TCL LED TV, YUPİTER TV asqısı üçün 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 53,22 manat ödəmək şərti ilə kreditlə almışdır. 6.İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, sonuncu alğısatqı qiyməti 696 manat olan qaz kolonkası Midea, HUAWEİ WATCH fit saat üçün 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 15 ay ərzində aylıq 46,4 manat ödəmək şərti ilə kreditlə almışdır. 7.İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, sonuncu alğısatqı qiyməti 374,04 manat olan üzqırxan PHİLİPS üçün 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 20,78 manat ödəmək şərti ilə kreditlə almışdır.

8. Müqavilələyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə Xezer yumşaq mətbəx künc, Kar tanesı mətbəx masa 3 ədəd tam qüsursuz halda təhvil almışdır.

9. Müqavilələyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə TCL LED TV, YUPİTER TV asqısı tam qüsursuz halda təhvil almışdır.

10. Müqavilələyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə qaz kolonkası Midea, HUAWEİ WATCH fit saat tam qüsursuz halda təhvil almışdır.

11. Müqavilələyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə üzqırxan PHİLİPS tam qüsursuz halda təhvil almışdır.

10. Müqavilələrin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

11. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, ümumilikdə 1752 manat borcu olduğunu, odur ki, borcun icra edilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

12. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alğısatqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilələr üzrə iddiaçıya 1593,58 manat məbləğində əsas bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən göstərilən əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

17. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən hesablanmış cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

18. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

19. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələri üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

20. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2,7 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2,6 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1,35 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1,23 manat cərimə manat müəyyən edilməlidir.

21. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 546,25 manat əsas, 2,7 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 527,93 manat əsas, 2,6 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 275 manat əsas, 1,35 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 244,4 manat əsas, 1,23 manat cərimə borcu olmaqla, ümumilikdə 1601,46 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 37.52 manat dövlət rüsumunun 25 cavabdehə aid edilməlidir.

İV. Nəticə:

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 546,25 manat əsas, 2,7 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 527,93 manat əsas, 2,6 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 275 manat əsas, 1,35 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 244,4 manat əsas, 1,23 manat cərimə borcu olmaqla, ümumilikdə 1601,46 (min altı yüz bir manat qırx altı) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar