Məhkəmə qərarları › İş №2(001)-5198/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5198/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5198/2020 06.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödədiyi 20.000 manat, 1 il qanunsuz istifadəyə görə illik 5% olmaqla 1000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat, hüquqi yardıma görə ödənilmiş 100 manat və 30 manat dövlət rüsumu nəzərə alınmaqla, cəmi 26130 manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdehlə aralarında bağlanmış podrat müqaviləsinə və şifahi razılaşmaya əsasən onlar üçün ev tikib təhvil vermək məqsədilə ona ümumilikdə 25.000 (iyirmi beş min) manat pul vermişdir. Ödədiyi pulun 15.000 manat hissəsini notariusun depoziti vasitəsilə, sonrakı 10 gün ərzində 5000 manat və 5000 manat nağd qaydada ödəmişdir. Cavabdeh xx.xx.2019cu il tarixdə evi tikib onlara təhvil verməli idi. Aralarında bağlanmış podrat müqaviləsi üzrə öhdəliyinin bir faizini belə cavabdeh yerinə yetirməmişdir. Pulunun qaytarılmasını tələb edəndə bu ilin əvvəlində cavabdeh cəmi 5000 manat hissəsini qaytarmışdır. Lakin qalan 20.000 manat pulunu indiyə kimi müxtəlif bəhalərlə qaytarmaqdan boyun qaçırır. O, hüquqlarının müdafiəsi məqsədilə vəkilə müraciət etmişdir. Vəkil də, aralarındakı Podrat müqaviləsinin 3.1 bəndinə müvafiq olaraq işin sülhlə, qarşılıqlı razılıqla həlli yolunun müzakirəsi məqsədilə cavabdehi dəvət etmişdir. Cavabdeh onların yanlarında dilindən iltizam yazıb vəd vermişdir ki, bu ilin avqust ayının 5-dən ayın axırınadək pullarını qaytaracaqdır. Lakin razılaşdıqları vaxt çatandan sonra eyni qaydada aldatmağı davam etdirməyə başlamışdır. Artıq cavabdehin heç bir sözünə inanmır və cavabdehdən pulunu gecikdirməyə görə faizlərlə, mənəvi zərərlə birlikdə məhkəmə qaydasında tələb edir. Cavabdehlə aralarında kreditor-borclu münasibəti olmamışdır. Müqavilənin cavabdeh tərəfindən yerinə yetirilmə müddəti xx.xx.2019-cu il tarixədək olmuşdur. Müqavilənin müddəti başa çatmış, lakin öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmiş qalmışdır. Cavabdeh pulunu qanunsuz olaraq düz 1 ildir ki, (xx.xx.2019-cu ildən indiyə kimi) özündə saxlamışdır. Ona görə də cavabdehdən gecikdirməyə görə faizlər də tutulmalıdır. Cavabdehlə podrat müqaviləsi bağlandıqdan sonra öhdəliyini yerinə yetirməməsi, bundan sonra onu pulu ayın axırı, ayın əvvəli deyərək aldatması, borcu qaytarmaq əvəzinə onları təhdid etməsi nəticəsində o, sarsıntı və iztirab keçirmişdir. Dəfələrlə o, müxtəlif xəstəxanalarda, poliklinikalarda, nevropatoloq həkimlərin müayinəsində olmuş, müalicə almışdır. Əsəb nəticəsində gözündə yaranan narahatlıqla bağlı göz həkiminə müraciət edərək müalicə almışdır. Onun gərgin vəziyyəti hazırda da davam edir. Əvəzini ödəsələr də, özlərinin ayrı evlərinin olacağı arzularının puç olması nəinki ona, bütün ailə üzvlərinə mənəvi zərər vurmuşdur. Cavabdeh öz hüquqazidd, təqsirli əməlləri ilə ona zərər vurulmasına gətirib çıxaran hərəkətə yol vermişdir ki, bu da mülki hüquq məsuliyyəti üçün əsasdır. Cavabdehin ona vurduğu mənəvi zərəri 5000 manat həddində qiymətləndirir. Qeyd edilənlərə əsasən, ödədiyi 20.000 manat, 1 il qanunsuz istifadəyə görə illik 5% olmaqla 1000 manat, mənəvi zərərin əvəzi kimi 500 manat, hüquqi yardıma görə ödənilmiş 100 manat və 30 manat dövlət rüsumu nəzərə alınmaqla, cəmi 26130 manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi (vəkili) X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, iddiaçıdan pul almış, evin tikilməsi ilə bağlı razılaşmışlar. Evi kürsüyə qədər tikmiş, daha sonra üzərinə götürdüyü öhdəliyi icra edə bilməmişdir. Hazırda 20.000 manat borcu qaldığını qəbul edir. Həmin pulun hamısını olmasa da, bir hissəsini ayın axırına kimi qaytaracağını qeyd etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri 43 saylı Notariat Kontorunda bağlanmış və notariat qaydasında təsdiq olunaraq reyestrdə 3M-2138 nömrə ilə qeydə alınmış xx xxxxxxxx 2019-cu il tarixli podrat müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Korpus 8, Mədən 2 ünvanında yerləşən tikinti sahəsi 110 kv.m təşkil edən 2.80 metr tavan hündürlüyü, 6.40 metr hündürlüyü 8 daş kürsüdə olan 4 (dörd) otaqlı 1 (bir) mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, həmin müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 32000 (otuz iki min) manat təşkil edir. Sifarişçi həmin məbləğin 15000 (on beş min) manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəyir. 5000 (beş min) manatı 3 (üç) gün, digər 5000 (beş min) manatı 1 (bir) ay və 7000 (yeddi min) manatı isə 4 (dörd) ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan Cavabdeh yazdığı və imzaladığı borcun etirafı barədə xx.xx.2020-ci il tarixli iltizamda göstərilmişdir ki, “Mən Cavabdeh xx.xx.2020-ci il tarixdə könüllü olaraq verirəm ondan ötrü ki, İddiaçıyla xx.xx.2019-cu il tarixdə aramızda imzalanmış podrad müqaviləsinə və aramızda olan razılaşmaya əsasən ev tikib təhvil vermək məqsədi ilə aldığım ümumilikdə iyirmi beş min manat pulun beş min manatını qaytarmışam, qalan iyirmi min manat pulu xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixədək hissəli olmaqla qaytarmağı öhdəmə götürürəm. Əgər qaytarmasam xx.xx.2020-ci il tarixdən etibarən aylıq 10 faiz ödəməyi öhdəmə götürürəm.” Mülki işin materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsinin 10 saylı Şəhər Poliklinikasının 427 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu 10 nömrəli şəhər poliklinikasında nevropatoloq qəbulunda olmuş, ona “Sol tərəfli Lyumboişalqiya” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci və 390.1-ci maddələrinə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Eyni Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Eyni Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ilə Cavabdeh arasında əldə olunmuş razılaşmadan irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında iddiaçıya məxsus evin tikintisinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı evin tikintisinə görə Cavabdeh müəyyənləşdirdikləri məbləğdə pul verməyi, Cavabdeh isə bu müqavilədə müəyyən olunmuş müddətdə işləri tikinti qaydalarına uyğun və keyfiyyətli yerinə yetirib iddiaçıya təhvil verməyi üzərilərinə götürmüşlər. İş üzrə İddiaçı pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh razılaşma üzrə öhdəliyi lazımınca icra etməməklə razılaşmanın şərtlərini pozmuşdur. İşin hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin öhdəlikdən yaranan 20.000 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçının mənəvi zərərə görə 5.000 manat pul tələbilə bağlı məhkəmə bildirir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Bu mənada, məhkəmə nəzərə alır ki, Cavabdeh qeyri-hüquqi hərəkətlərlə İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qoyması öz təsdiqini tapdığından sonuncunun cavabdehdən vurulmuş mənəvi zərərin əvəzini ödəməyi tələb etmək hüququ da yaranmışdır. Mənəvi zərərin miqdarının müəyyənləşdirilməsi məsələsinə dair isə qeyd edilən Plenum qərarının 10-cu bəndində göstərilmişdir ki, bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq halları nəzərə alınmalı, eləcə də zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Plenum qərarındakı tövsiyələri rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirab keçirmişdir. Göstərilən halların məcmusunu rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh mənəvi sarsıntı və iztirablara səbəb olan hərəkətlər ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat məbləğində pulun alınıb İddiaçı verilməsi hazırki mübahisənin halları baxımından vurulmuş mənəvi zərərin ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər. Məhkəmə iddiçının əldən çıxmış faydaya görə 1000 (bir min) manatın ödənilməsi tələbi ilə bağlı bildirir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi qanunverici özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini nəzərdə tutsa da, bunu sadalanan dörd hərəkət (hərəkətsizlik) nəticəsində borclunun müəyyən gəlir, artım, bəhər əldə etməsi ilə əlaqələndirmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehin aldığı borc puldan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosessual qanunvericilikdə nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbinin borc puldan faydalanmağa görə faizlər ödənilməsi hissəsini sübut olunmadığından əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin qeyd olunmalıdır ki, işdə olan xx.xx.2020-ci il tarixli 531 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi xidmətlərə görə X2 100 (bir yüz) manat pul ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, qanunvericilik nümayəndəyə və ya vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsini tələbin təmin edilmiş hissəsi ilə əlaqələndirməmiş, bu məbləği ağlabatan məbləğlə olması ilə şərtləndirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 100 (bir yüz) manat ağlabatan məbləğdir və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Təsvir olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20.000 (iyirmi min) manat, iddiaçıya dəymiş mənəvi zərər görə 500 (beş yüz) manat, vəkil xərci olaraq 100 (bir yüz) manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 20.000 (iyirmi min) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat, vəkil xərci olaraq 100 (bir yüz) manat və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, cəmi 20.630 (iyirmi min altı yüz otuz) manat alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar