Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5218/2020 19.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Unibank KB ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Unibank KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Unibank KB ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Unibank KB ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya illik 12 % ödəmək 24 ay müddətinə qaytarmaq şərti ilə 4215 manat kredit verilmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzi notariat ofisinin bankın sorğusuna xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən X3 vəfat etməsi ilə əlaqədar Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehlərin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən 2256,93 manat kompensasiya məbləği M.Ə.Abbasovun əsas borcuna yönəldilmiş, 17,43 manat faiz borcu isə bağışlanmışdır. Ona görə də Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 1801,37 manat, faiz borcu üzrə 13,92 manat olmaqla, cəmi 1815,29 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Unibank KB ASC ilə borcalan X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 879nkBANK/18 saylı kredit və bank hesabı müqaviləsindən müəyyən olunur ki, bank borcalana 24 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixinədək qaytarmaq, illik 12% ödəmək şərti ilə 4215 manat krediti borcalanın mülkiyyətinə vermiş və ona bank hesabı açmışdır. Unibank KB ASC-nin xx.xx.2018-ci il tarixli 879nkBANK/18 saylı kredit və bank hesabı müqaviləsinə 1 saylı əlavə xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan X5 xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əsas borca görə 4215 manat, faiz borcuna görə 549,90 manat olmaqla cəmi 4764,90 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Unibank KB ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan X3 879nkBANK/18 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1801,37 manat, faiz borcu üzrə 13,92 manat olmaqla, cəmi 1815,29 manat borcu vardır. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ № 946662 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 xx.xx.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 856 saylı ölüm akt qeydi tərtib olunmuşdur. 1 saylı Bakı Asan xidmət mərkəzində notariat kontorunun Unibank KB ASC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli 292 saylı məktubdan müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 vərəsələri xx.xx.1954-cü il təvəllüdlü arvadı Cavabdeh1, xx.xx.1979-cu il təvəllüdlü oğlu Cavabdeh2 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinə müraciət etmiş, onların ərizələri əsasında mərhumun adına vərəsəlik işi açılaraq vərəsələrin dairəsi müəyyən edilmiş, həmin vərəsəlik işinin həlli ilə bağlı vərəsələr Cavabdeh1 və Cavabdeh2 xx.xx.2018-ci il tarixdə reyestrdə 2V-647 və 648 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. xx.xx.2018-ci il tarixli 2V-647 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 5 saylı evin 90 saylı mənzilindən ibarət miras əmlakdan xx.xx.2018-ci ildə ölmüş X3 vərəsəsi Cavabdeh1 ½ hissədə pay almalıdır. xx.xx.2018-ci il tarixli 2V-648 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 5 saylı evin 90 saylı mənzilindən ibarət miras əmlakdan xx.xx.2018-ci ildə ölmüş X3 vərəsəsi Cavabdeh2 ½ hissədə pay almalıdır. xx.xx.2018-ci il tarixli miras əmlakdakı payın bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 1 saylı Bakı Asan xidmət mərkəzində Ədliyyə Nazirliyinin notariat kontoru tərəfindən xx.xx.2018-ci il tarixdə 2V-648 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum atası X4 məxsus olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi ev 5-də yerləşən 90 saylı mənzildən vərəsəlik yolu ilə ona çatan miras payını mərhumun arvadı Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № xx.xx.2018-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 5 saylı evin 90 saylı mənziliCavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Unibank KB ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, bank xx.xx.2018-ci il tarixdə vəfat etmiş borclu X3 vərəsələrinə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, mərhum X3xx.xx.2018-ci il tarixli 879nkBANK/18 saylı kredit və bank hesabı müqaviləsi üzrə iddiaçıya əsas borca görə 1801,37 manat, faiz borcuna görə 13,92 manat borcu ödənilməmiş qalmış, iddiaçı mərhumun miras əmlakı qəbul edən vərəsələrinə öhdəliyin icrası ilə bağlı müraciət etsə də, cavabdehlər bu tələbi icra etməmişlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqlarından, cavabdehlər miras əmlakda hər birinə 1/2 hissədə olmaqla pay əldə etdiklərindən, payı əldə etdikdən sonra Cavabdeh2 həmin pay üzərində sərəncam verdiyindən iddia tələbi əsaslıdır, ona görə də təmin edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2018-ci il tarixli 879nkBANK/18 saylı kredit və bank hesabı müqaviləsi üzrə əsas borca görə 1801,37 manat, faiz borcuna görə 13,92 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1845,29 manat müştərək qaydada Unibank KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5218/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5218/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver