Məhkəmə qərarları › İş №2(001)-5223/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5223/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5223/2021 15.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********31920 və **********98567 olan 2 ədəd Samsung Galaxy A10 markalı telefon üçün 519 manat ödənilməmiş hissə, 153 manat dəbbə, 27 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann soyuducu, Hofmann Led televizor, İP Player (ailə TV) üçün 1.286,2 manat ödənilməmiş hissə, 384,8 manat dəbbə pulu, 07 mart 2020-ci il tarixli müqaviləyə əsasən Magnum yataq, sürgülü dolab üçün 1.375,2 manat ödənilməmiş hissə, 239,8 manat dəbbə pulu olmaqla, ümumilikdə 3.958 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 27 oktyabr 2019-cu il, 27 dekabr 2019-cu il və 07 mart 2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********31920 və **********98567 olan 2 ədəd Samsung Galaxy A10 markalı telefon, Hoffmann soyuducu, Hofmann Led televizor, İP Player, Magnum yataq və sürgülü dolab almış və nəticədə 3.958 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 27 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 768 manat (12 ay x 64 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********31920 və **********98567 olan 2 ədəd Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə, 672 manat olmaqla, ondan 519 manat ödənilməmiş hissə, 153 manat dəbbə, 27 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.543,2 manat (12 ay x 128,6 manat + 0 manat ilkin ödəniş) Hoffmann soyuducu, Hofmann Led televizor, İP Player üçün ümumilikdə, 1.671 manat olmaqla ondan, 1.286,2 manat ödənilməmiş hissə, 384,8 manat dəbbə pulu, 07 mart 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.375,2 manat (24 ay x 57,3 manat + 0 manat ilkin ödəniş) Magnum yataq, sürgülü dolab üçün ümumilikdə, 1.615 manat olmaqla ondan, 1.375,2 manat ödənilməmiş hissə, 239,8 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 506 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci və 3.3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2019-cu il tarixli, 01009435 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 768 manat olan 2 ədəd Samsung Galaxy A10 markalı telefon sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. 27 oktyabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01009435 saylı müqaviləyə əsasən 2 ədəd Samsung Galaxy A10 markalı telefonu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli, 01162492 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.543,2 manat olan Hoffmann soyuducu, Hofmann Led televizor, İP Player sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. 27 dekabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh ********* saylı müqaviləyə əsasən Hoffmann soyuducu, Hofmann Led televizor, İP Player məhsulları tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 mart 2020-ci il tarixli, 20153595 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.375,2 manat olan Magnum yataq, sürgülü dolab sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.3-cü bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. 07 mart 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20153595 saylı müqaviləyə əsasən Magnum yataq, sürgülü dolab məhsullarını tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. 14 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh “xxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 25 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27 oktyabr 2019-cu il tarixli müqavilə üzrə əsas borc 519 manat, cərimə 153 manat olmaqla, cəmi 672 manat, 27 dekabr 2019-cu il tarixli müqavilə üzrə əsas borc 1.286,2 manat, cərimə 384,8 manat olmaqla, cəmi 1.671 manat, 07 mart 2020-ci il tarixli müqavilə üzrə əsas borc 1.375,2 manat, cərimə 239,8 manat olmaqla, cəmi 1.615 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 3.958 manat məbləğində borcu vardır. 26 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı “xxxx” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə 25 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehə ümumilikdə 3.958 manat məbləğində borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, 27 oktyabr 2019-cu il, 27 dekabr 2019-cu il və 07 mart 2020-ci il tarixli müqavilələr üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, qeyd olunan müqavilələr üzrə dəbbə pulu azaldılaraq 27 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 30 manat, 27 dekabr 2019-cu il tarixli müqavilə üzrə 50 manat, 07 mart 2021-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 27 oktyabr 2019-cu il tarixli, 01009435 saylı müqavilə üzrə əsas borc 519 manat, dəbbə pulu 30 manat olmaqla, cəmi 549 manat, 27 dekabr 2019-cu il tarixli, 01162492 saylı müqavilə üzrə əsas borc 1.286,2 manat, dəbbə pulu 50 manat olmaqla, cəmi 1.336,2 manat, 07 mart 2020-ci il tarixli, 20153595 saylı saylı müqavilə üzrə əsas borc 1.375,2 manat, dəbbə pulu 50 manat olmaqla, cəmi 1.425,2 manat məbləğində borc Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumunun 25 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 27 oktyabr 2019-cu il tarixli, 01009435 saylı müqavilə üzrə əsas borc 519 (beş yüz on doqquz) manat, dəbbə pulu 30 (otuz) manat olmaqla, cəmi 549 (beş yüz qırx doqquz) manat məbləğində borc Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. 27 dekabr 2019-cu il tarixli, 01162492 saylı müqavilə üzrə əsas borc 1.286,2 (bir min iki yüz səkkən altı manat, iyirmi qəpik) manat, dəbbə pulu 50 (əlli) manat olmaqla, cəmi 1.336,2 (bir min üç yüz otuz altı manat, iyirmi qəpik) manat məbləğində borc Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. 07 mart 2020-ci il tarixli, 20153595 saylı saylı müqavilə üzrə əsas borc 1.375,2 (bir min üç yüz yetmiş beş manat, iyirmi qəpik) manat, dəbbə pulu 50 (əlli) manat olmaqla, cəmi 1.425,2 (bir min dörd yüz iyirmi beş manat, iyirmi qəpik) manat məbləğində borc Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manatı Cavabdeh tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar