Məhkəmə qərarları › İş №2(001)-5223/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5223/2022

08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5223/2022 08.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə işə sadələşdirilmiş qaydada baxılmasının mümkünlüyü məsələsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********42726 olan Hoffmann X Ultra markalı telefon üçün 87 manat məbləğində əsas, 8 manat məbləğində cərimə, ümumilikdə 95 manat məbləğində borcun, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışa əsasən xx.xx.1975-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş Cavabdeh xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Həmin arayışın verilmə tarixindən 9 ay müddətinin keçməsinə baxmayaraq, cavabdehin sonrakı qeydiyyat ünvanı barədə hər hansı sənəd əlavə edilməmişdir. Bununla belə, cavabdehin hazırda Bakı şəhəri Binəqədi rayonu üzrə rəsmi qeydə alınması, habelə hər hansı digər ünvan üzrə qeydiyyata alınmaması və bu ünvanın onun sonuncu qeydiyyat ünvanı olması öz təsdiqini tapmır. Bu da öz növbəsində ərizənin geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, cavabdehin hazırda Bakı şəhəri Binəqədi rayonu üzrə rəsmi qeydə alınması öz təsdiqini tapmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Ərizənin geri qaytarıldığından ödənilmiş dövlət rüsumunun da bu ödənişi həyata keçirən iddiaçı "xxxx" MMC-yə büdcədən geri qaytarılması təmin edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" MMC-yə qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan (cavabdehin rəsmi qeydə alındığı ünvanı müəyyən etdikdən) sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, bu ödənişi həyata keçirən iddiaçı "xxxx" MMC-yə büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar