Məhkəmə qərarları › İş №2(001)-5228/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5228/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5228/2022 28.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 28 sentyabr 2022-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 fevral 2020-ci il tarixli müqavilə üzrə 238,7 manat əsas, 23,3 manat cərimə borcu, 29 dekabr 2020-ci il tarixli müqavilə üzrə 1210 manat əsas, 161 manat cərimə borcu olmaqla hər iki müqavilə üzrə ümumilikdə 1633 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 36,33 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 920 manat olan «Hoffmann» markalı soyuducunu 2 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 51 manat ödəmək şərti ilə kreditlə almış və nəticəsində 238,7 manat əsas, 23,3 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 2760 manat olan Lora-yataq-çarpayı, Lora-yataq-tumba, Lora-yataq-dolab, Lorayataq-termonu ilkin ödəniş etmədən, məbləği 24 ay ərzində aylıq 115 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 1210 manat əsas, 161 manat cərimə borcu yaranmışdır. Cavabdeh 29 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, 29 yanvar 2021-ci il tarixdə soyuducu, müvəqqəti qızıl zəmanətdən imtina etmiş və məhsul 526,3 manat qiymətləndirilib borcdan silinərək geri qaytarılmışdır. Cavabdehin 29 fevral 2020-ci il tarixli müqavilə üzrə cəmi ödəiyi məbləğ 155 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 526,3 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 1550 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 29 fevral 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 920 manat olan «Hoffmann» markalı soyuducunu 2 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 51 manat ödəmək şərti ilə kreditlə almış kreditlə almışdır. - 29 dekabr 2020-ci il tarixli müqavilədən görünür ki, sonuncu alğı-satqı qiyməti 2760 manat olan Lora-yataq-çarpayı, Lora-yataq-tumba, Lora-yataq-dolab, Lora-yataqtermonu ilkin ödəniş etmədən, məbləği 24 ay ərzində aylıq 115 manat ödəmək şərti ilə kreditlə almışdır. - 13 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 29 fevral 2020-ci il və 29 dekabr 2020-ci il tarixli alğı-satqı müqavilələri üzrə həmin tarixə 1633 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 29 fevral 2020-ci il tarixli müqavilə üzrə 238,7 manat məbləğində əsas borca tənasübsüz olaraq 23,3 manat məbləğində dəbbə pulunun və 29 dekabr 2020ci il tarixli, müqavilə üzrə 1210 manat məbləğində əsas borca tənasübsüz olaraq 161 manat dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 29 fevral 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 23,3 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 17 manat, 29 dekabr 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 161 manat məbləğində dəbbə pulunun azaldılaraq 85 manat məbləğində müəyyən edilməlidir. Buna görə də hesab edirəm ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 29 fevral 2020-ci il tarixli müqavilə üzrə 238,7 manat əsas, 17 manat cərimə borcu, 29 dekabr 2020-ci il tarixli müqavilə üzrə 1210 manat əsas, 85 manat cərimə borcu olmaqla ümumilikdə 1550,7 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 32 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədən təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar