Məhkəmə qərarları › İş №2(001)-5232/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5232/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5232/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X4 oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı “ABC Telecom” Açıq Səhmdar Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə 22 iyul 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış 16.12.2018-ci il tarixli müqaviləyə əsasən, sonuncu ümumi dəyəri 1417 manat olan “Samsung Galaxy A7” markalı mobil telefonu 49 manat ilkin ödəniş etməklə qalan məbləği 24 ay müddətinə, aylıq 57 manat ödəmək şərti ilə, 05.06.2019-cu il tarixli müqaviləyə əsasən, ümumi dəyəri 1137 manat olan Hoffman Kondisioneri 3 manat ilkin ödəniş etməklə qalan məbləğini 18 ay müddətinə, aylıq 63 manat ödəmək şərti ilə, 07.10.2019-cu il tarixli müqaviləyə əsasən, ümumi dəyəri 1800 manat olan Samsung Soyuducu, Hoffman Solo sobanı ilkin ödəniş etmədən məbləği 12 ay müddətinə, aylıq 150 manat ödəmək şərti ilə, 10.10.2019-cu il tarixli müqaviləyə əsasən, ümumi dəyəri 798 manat olan Samsung LED Televizoru 6 manat ilkin ödəniş etməklə qalan məbləğini 12 ay müddətinə, aylıq 66 manat ödəmək şərti ilə, 10.10.2019-cu il tarixli müqaviləyə əsasən, ümumi dəyəri 704 manat olan 2 ədəd Luna-Qonaq-TV stend 4 manat ilkin ödəniş etməklə qalan məbləğini 20 ay müddətinə, aylıq 35 manat ödəmək şərti ilə və 21.11.2019-cu il tarixli müqaviləyə əsasən, ümumi dəyəri 864 manat olan “Samsung Galaxy A50” markalı mobil telefonu ilkin dəniş etmədən məbləğini 12 ay müddətinə, aylıq 72 manat ödəmək şərti ilə əldə etmiş, lakin kreditor qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında icra etmədiyindən iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışına əsasən 1-ci müqavilə üzrə 328 manat əsas, 102 manat dəbbə borcu, 2-ci müqavilə üzrə 378 manat əsas, 113 manat dəbbə borcu, 3-cü müqavilə üzrə isə 590 manat əsas, 180 manat dəbbə borcu, 4-cü müqavilə üzrə isə 262 manat əsas, 79 manat dəbbə borcu, 5-ci müqavilə üzrə isə 489 manat əsas, 105 manat dəbbə borcu, 6-cı müqavilə üzrə isə 429 manat əsas, 129 manat dəbbə borcu olmaqla cəmi 3184 manat məbləğində borcu yaranmışdır. “ABC Telecom” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən məbləğdə pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, sifarişlə şirniyyat bişirib satır. Ölkə ərazisində pandemiya ilə əlaqədar işi çox zəyif olmuş, bu səbəbdən maddi vəziyyəti pisləşmiş və ödənişlər edə bilməmişdir. Ödənilmiyən əsas məbləği ilə razı ölduğunu, lakin hesablanmış dəbbə pulunu qismən qəbul etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış 16.12.2018-ci il, 05.06.2019-cu il, 07.10.2019-cu, 10.10.2019-cu il, 10.10.2019-cu və 21.11.2019-cu il tarixli müqavilələrdə və həmin müqavilələrə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh qızı 16.12.2018-ci il, 05.06.2019-cu il, 07.10.2019-cu, 10.10.2019-cu il, 10.10.2019-cu və 21.11.2019-cu il tarixli müqavilələrə əsasən “ABC Telecom” MMC-dən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hər üç müqavilə üzrə yaranmış müvafiq olaraq 328 manat, 378 manat, 590 manat, 262 manat, 489 manat və 429 manat məbləğində əsas borc Cavabdeh qızından tutularaq “ABC Telecom” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə birinci müqavilə üzrə 328 manat məbləğində əsas borca tənasübsüz olaraq 102 manat, ikinci müqavilə üzrə 378 manat məbləğində əsas borca 113 manat, üçüncü müqavilə üzrə 590 manat əsas borca 180 manat, dördüncü müqavilə üzrə 262 manat məbləğdə əsas borca 79 manat, beşinci müqavilə üzrə 489 manat əsas borca 105 manat, altıncı müqavilə üzrə isə 429 manat əsas borca 129 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 16.12.2018-ci il tarixli müqavilə üzrə hesablanmış 102 manat məbləğində dəbbə pulu azaldılaraq 7 manat, 05.06.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 113 manat məbləğində dəbbə pulu azaldılaraq 8 manat, 07.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 180 manat məbləğində dəbbə pulu azaldılaraq 12 manat, 10.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 79 manat məbləğində dəbbə pulu azaldılaraq 6 manat, 10.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 105 manat məbləğində dəbbə pulu azaldılaraq 10 manat, 21.11.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 129 manat məbləğində dəbbə pulu azaldılaraq 9 manat, məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “ABC Telecom” MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 23 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “ABC Telecom” MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh qızından 16.12.2018-ci il tarixli müqavilə üzrə 328 manat əsas borc, 7 manat dəbbə pulu, 05.06.2019-cu il tarixli müqavilə üzrə 378 manat əsas borc, 8 manat dəbbə pulu, 07.10.2019-cu il tarixli müqavilə üzrə 590 manat əsas borc, 12 manat dəbbə pulu, 10.10.2019-cu il tarixli müqavilə üzrə 262 manat əsas borc, 6 manat dəbbə pulu, 10.10.2019-cu il tarixli müqavilə üzrə 489 manat əsas borc, 10 manat dəbbə pulu, 21.11.2019-cu il tarixli müqavilə üzrə 429 manat əsas borc, 9 manat dəbbə pulu,ümumilikdə 2761 manat məbləğində pul vəsaiti tutularaq “ABC Telecom” MMCyə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 23 manat məbləğində pul Cavabdeh qızından tutularaq “ABC Telecom” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar