Məhkəmə qərarları › İş №2(001)-5255/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5255/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5255/2021 31.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 mart 2020-ci il tarixli müqaviləyə əsasən Hofmann markalı soyuducu, Kombi, Gorenje markalı paltaryuyan, mikser üçün 2.803, 2 (iki min səkkiz yüz üç manat 20 qəpik) manat ödənilməmiş hissə, 788,8 manat dəbbə, 17 mart 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********55246 olan “Samsung Galaxy A10” markalı telefon üçün 316,4 manat ödənilməmiş hissə, 93,96 manat dəbbə, ümumilikdə 4.002 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 11.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5257.2 (beş min iki yüz əlli yeddi manat, iyirmi qəpik) manat olan HOFFMANN markalı Soyuducu, Kombi, Gorenje markalı Paltaryuyan, Mikseri 12 ay müddətinə, ayda 438 manat 10 qəpik ödəmək şərti ilə almış, 17.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 380.4 (üç yüz səksən manat, 40 qəpik) manat olan Samsung galaxy A10 markalı telefonu (İMEİ Kodu **********55246) 12 ay müddətinə, ayda 31 manat 70 qəpik ödəmək şərti ilə almış və nəticədə 4002 (dörd min iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.03.2020-ci il tarixli müqaviləsinə əsasən, , ümumilikdə, 3592 (üç min beş yüz doxsan iki) manat olmaqla ondan, 2803.2 (iki min səkkiz yüz üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 788.8 (yeddi yüz səksən səkkiz manat, səksən qəpik) manat dəbbə pulu hesablanmışdır. 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, üçün ümumilikdə, 410 (dörd yüz on) manat olmaqla ondan, 316.4 (üç yüz on altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 93.6 (doxsan üç manat, altmış qəpik) manat dəbbə pulu hesablanmışdır. Cavabdeh 11.03.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Soyuducu, Gorenje Paltaryuyanı 28.12.2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsullardan imtina etmiş və məhsullar 1994 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.518 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 11 mart 2020-ci il tarixdə bağlanmış 20168428 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X3 görünür ki, İddiaçı Cavabdeh 12 ay müddətinə, hər ay 438,1 manat ödəmək şərti ilə, dəyəri 5.257,20 manat olan “HOFFMANN” markalı soyuducu və kombi, Gorenje markalı paltaryuyan və mikser satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Mülki işin materiallarında olan 11 mart 2020-ci il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 20168428 nömrəli müqaviləyə əsasən “HOFFMANN” markalı soyuducu və kombi, Gorenje markalı paltaryuyan və mikseri tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan 7597 və 7598 №-li Təhvil-Təslim Aktlarının surətindən görünür ki, 11 mart 2020-ci il tarixdə alınmış “Hoffmann” markalı soyuducu və “Gorenge” markalı paltaryuyan müştəri məhsulunun pulun verə bilmədiyi üçün 2020-ci ilin dekabr ayında İddiaçınə geri qaytarılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 17 mart 2020-ci il tarixdə bağlanmış 20182743 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X3 görünür ki, İddiaçı Cavabdeh 12 ay müddətinə, hər ay 31,7 manat ödəmək şərti ilə, dəyəri 380,4 manat olan İMEİ Kodu **********55246 olan “Samsung Galaxy A 10” markalı telefonu satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Mülki işin materiallarında olan 17 mart 2020-ci il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 20182743 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A 10” markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan 02 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 11 mart 2020-ci il tarixli müqavilə üzrə 2.803,2 manat əsas borcu, 788,8 manat dəbbə pulu borcu, 17 mart 2020-ci il tarixli müqavilə üzrə 316,4manat əsas borcu, 93,6 manat dəbbə pulu borcu vardır. Cavabdeh 11.03.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN Soyuducu, Gorenje Paltaryuyanı 2020-ci ilin dekabr ayına qədər istifadə etdikdən sonra məhsullardan imtina etmiş və məhsullar 1994 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Mülki işin materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 11 mart 2020 və 17 mart 2020-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 11 mart 2020-ci il və 17 mart 2020-ci il tarixli müqavilələr bağlanmış və həmin müqavilələr əsasında cavabdeh dəyəri 5.257,20 manat olan “HOFFMANN” markalı soyuducu və kombi, Gorenje markalı paltaryuyan və mikser və dəyəri 380,4 manat olan “Samsung Galaxy A 10” markalı telefon almış, “HOFFMANN” markalı soyuducu və Gorenje markalı paltaryuyan Cavabdeh tərəfindən məhsulların pulunu ödəyə bilmədiyi üçün Şirkətə geri qaytarılmış və həmin məhsulların qiyməti 1.994 manat qiymətləndirilərək, cavabdehin borcundan silinmiş, lakin cavabdeh qalan borcunu da ödəməkdən yayınmışdır. Digər tərəfdən, iddiaçı 11 mart 2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən 788,8 manat və 17 mart 2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən 316,4 manat məbləğində dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, 2.803,2 manat əsas borc üzrə 788,8 manat, 316,4 manat əsas borc üzrə 93,6 manat məbləğində dəbbə pulunun hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 788,8 manat məbləğində hesablanmış dəbbə pulunun 280 (iki yüz səksən) manat, 93,6 manat məbləğində hesablanmış dəbbə pulunun 31 (otuz bir) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 11 mart 2020-ci və 17 mart 2020-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11 mart 2020-ci il tarixli müqavilə üzrə 2.803,2 manat əsas borc, 280 manat dəbbə pulu, 17 mart 2020-ci il tarixli müqavilə üzrə 316,4 manat əsas borc, 31 manat dəbbə pulu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 26 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 4 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 11 mart 2020-ci il tarixli müqavilə üzrə 2.803,2 (iki min səkkiz yüz üç manat 20 qəpik) manat məbləğində əsas borc, 280 (iki yüz səksən) manat məbləğində dəbbə pulu, 17 mart 2020-ci il tarixli müqavilə üzrə 316,4 (üç yüz on altı manat 40 qəpik) manat məbləğində əsas borc, 31 (otuz bir) manat məbləğində dəbbə pulu, cəmi 3.430,60 (üç min dörd yüz otuz manat 60 qəpik) manat məbləğində borc və 26 (iyimi altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar