Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5256/2022 04.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-9634/2018 saylı, 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh uşağın saxlanması üçün onun xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilməsi, cavabdehdən 19iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 200 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 may 2016-cı il tarixdə nikahlarını rəsmi olaraq qeyd etdirməklə, evlənib, ailə qurmuşdur. Birgə nikahdan bir uşaqları- X2 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsinə əsasən 12 may 2016-cı il tarixli nikahları pozulmuşdur və 19 iyun 2017-ci il təvəllüdlü X1 onun yanında qalması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 9634/2018 saylı, 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, uşağın saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşağın maddi tələbatlarını ödəmir. Məbləğ həddindən artıq azdır, uşağı təhsili ilə bağlı, həmçinin sağlamlığının qayğısına qalınması üçün xeyli vəsait tələb edilir. Onun təkbaşına uşağın bütün maddi tələbatlarını ödəmək imkanı yoxdur. Cavabdeh valideyn kimi uşağın maddi tələbatlarının ödənilməsində iştirak etməlidir. Alimentin məbləğinin artırılması uşağın maddi tələbatının ödənilməsi üçün vacibdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh hazırda aliment ödəmir. 1 il əvvəl barışdıqlarından icra şöbəsində icra sənədini geri qaytarmağı xahiş etmişdir. Cavabdeh özü hazırda Naxçıvanda İH-də sürücü kimi işləyir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. 1 saylı “ASAN” Xidmət Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 977049 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(001)-9634/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün Cavabdeh tərəflərin birgə nikahından olan uşaqları-19 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və s. qət edilmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1524/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 12 may 2016-cı il tarixində bağlanmış, 1698 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan 19 iyun 2017-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması qət edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
8. İddiaçı Cavabdeh ilə İddiaçı arasında nikah bağlanmış, tərəflərin birgə nikahlarından 19 iyun 2017-ci il təvəllüdlü X2 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1524/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından olan 19 iyun 2017-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilmişdir. Buna qədər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(001)-9634/2018 saylı qətnaməsi ilə 19 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment tutulmuşdur.
9. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2018ci il tarixli 2(001)-9634/2018 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay üçün 200 manat məbləğində müəyyən edilməsini tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
11. Göründüyü kimi qanunvericilik məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü təsbit etmişdir. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
12. Bu baxımdan məhkəmə iddiaçının qətnamə ilə müəyyən edilən və hazırda ödənilməyən məbləğdə alimentin miqdarının artırılmasının zəruriliyi barədə dəlilləri ilə razılaşır və qeyd edir ki, alimentin müəyyən edildiyi vaxtdan uşağın yaşı ilə bağlı xərclərinin və istehlak qiymətlərinin artması, həyat standartının dəyişməsi sübuta ehtiyacı olmayan hamıya bəlli olan faktdır. Məhz bu faktın özü-özlüyündə tərəflərin maddi vəziyyətlərinin dəyişilməsi kimi qiymətləndirilməyə kifayət edir.
13. Tələb olunan miqdarda alimentin müəyyən edilməsi barədə isə qeyd edilməlidir ki, alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması, tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır.( Ailə Məcəlləsinin 78-ci maddəsi)
14. Ailə Məcəlləsi alimentin miqdarının müəyyən edilməsini aliment ödəməli olan şəxsin qazancı və digər gəlirləri ilə əlaqələndirsə də(Ailə Məcəlləsi 76), kifayət qədər qazancı və ya ümumiyyətlə qazancı və sair gəliri olmayan valideynlərə münasibətdə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu müəyyən mənada alimentin minimal meyarı kimi çıxış edir. Belə ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir prinsipi məhkəmə təcrübəsində formalaşmışdır.
15. Bununla bağlı “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
16. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
17. Odur ki, məhkəmə alimentin miqdarının uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu həddində müəyyən edilməsini işin hallarına və tərəflərin mənafeyinə uyğun hesab edir.
18. Məhkəmə iddianı digər hissədə həmçinin ona görə əsassız hesab edir ki, cavabdehin əmlak və gəlir məlumatları barədə Elektron informasiya sistemindən əldə olunan məlumata əsasən o, "Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi" –də sürücü kimi işləyir və 367 manat əmək haqqı alır. Bu səbəbdən də tələbin yaşayış minimumundan çox hissədə təmin edilməməsi qənaətinə gəlir.
19. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
20. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
22. 8.1.1-ci maddəsinə əsasən 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsum ödənilməlidir.
23. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
27. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
28. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
29. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
30. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(001)-9634/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 19 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
31. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 1000 manatdan az olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyindən, həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(001)- 9634/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 19 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev.