Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5260/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 oğlu iddia ərizəsini müdafiə etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 22.03.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh malların dəyərinin ödəniş cədvəlinə müvafiq olaraq hissə-hissə ödənilməsi şərti ilə iPhone 11 markalı mobil telefon satılmışdır. İş materiallarında olan 22.03.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı malların dəyərini 12 ay müddətində, ayda 167,10 manat olmaq şərti ilə 04.04.2021-ci il tarixədək ödəməli idi. İş materiallarında olan 22.03.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilədə qeyd olunan malı təhvil almışdır. İş materiallarında olan 13.03.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh malların dəyərinin ödəniş cədvəlinə müvafiq olaraq hissə-hissə ödənilməsi şərti ilə Mitsubishi Electric GF markalı kondisioner satılmışdır. İş materiallarında olan 13.03.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı malların dəyərini 18 ay müddətində, ayda 137,60 manat olmaq şərti ilə 20.09.2021-ci il tarixədək ödəməli idi. İş materiallarında olan 13.03.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilədə qeyd olunan malı təhvil almışdır. İş materiallarında olan 11.03.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh malların dəyərinin ödəniş cədvəlinə müvafiq olaraq hissə-hissə ödənilməsi şərti ilə Playstation-4 Sony İTB Pro markalı cihaz satılmışdır. İş materiallarında olan 11.03.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı malların dəyərini 18 ay müddətində, ayda 64,20 manat olmaq şərti ilə 19.09.2021-ci il tarixədək ödəməli idi. İş materiallarında olan 11.03.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilədə qeyd olunan malı təhvil almışdır. İş materiallarında olan 01.01.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh malların dəyərinin ödəniş cədvəlinə müvafiq olaraq hissə-hissə ödənilməsi şərti ilə Playstation-4 Sony İTB Pro markalı cihaz satılmışdır. İş materiallarında olan 01.01.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı malların dəyərini 12 ay müddətində, ayda 125,70 manat olmaq şərti ilə 14.01.2021-ci il tarixədək ödəməli idi. İş materiallarında olan 01.01.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilədə qeyd olunan malı təhvil almışdır. İş materiallarında olan 11.11.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh malların dəyərinin ödəniş cədvəlinə müvafiq olaraq hissə-hissə ödənilməsi şərti Samsung Galaxy A20s DS (SM-A207) markalı mobil telefon satılmışdır. İş materiallarında olan 11.11.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı malların dəyərini 12 ay müddətində, ayda 42 manat olmaq şərti ilə 24.11.2020-ci il tarixədək ödəməli idi. İş materiallarında olan 11.11.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilədə qeyd olunan malı təhvil almışdır. İş materiallarında olan 13.05.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh malların dəyərinin ödəniş cədvəlinə müvafiq olaraq hissə-hissə ödənilməsi şərti iPhone X markalı mobil telefon satılmışdır. İş materiallarında olan 13.05.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı malların dəyərini 18 ay müddətində, ayda 157 manat olmaq şərti ilə 15.11.2020-ci il tarixədək ödəməli idi. İş materiallarında olan 13.05.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilədə qeyd olunan malı təhvil almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın 25.05.2021-ci il tarixə İddiaçı MMC-yə əsas borca görə cəmi ödənilməmiş məbləği 6195,60 manat, cərimə borcu 1611,40 manat, cəmi borcu 7807 manat təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcunun mövcud olması barədə və borc ödənilmədiyi təqdirdə İddiaçı MMC tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin 1611,40 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə altı müqavilə üzrə cəmi 63,40 manat məbləğində cərimə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh üç müqavilə üzrə cəmi 6195,60 manat əsas borc və 63,40 manat cərimə borclu olmaqla, cəmi 6259 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 80,17% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 24,05 manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6195,60 manat müqavilə üzrə ödənilməmiş əsas borc və 63,40 manat cərimə olmaqla, cəmi 6259 (altı min iki yüz əlli doqquz) manat borc və ödənilmiş dövlət rüsumunun 24,05 (iyirmi dörd manat beş qəpik) manat hissəsi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 5,95 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-5260/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5260/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver