Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5268/2022 04.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 300 manat sabit pul məbləğinin, həmçinin mediasiya prosesinə dair ödənilmiş 50 manat xərcin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Maksim oğlu ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X9 anadan olmuşdur. Birgə ailə həyatı yaşadıqdan sonra cavabdehlə aralarında münasibətlər pozulmuş və sonda Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması və birgə nikahdan doğulmuş övladın saxlanması üçün cavabdehdən hər ay 100 manat aliment məbləği tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda oğlu Emilin 11 yaşı var, Zəngilan rayon 4 nömrəli tam orta məktəbdə, 5-ci sinifdə təhsil alır. Bundan əlavə oğlu əlavə hazırlığa gedir və buna görə hər ay 70 manat pul ödənilir. Oğlu həm də 2 ildən çoxdur ki üzgüçülüyə gedir və buna görə aylıq 70 manat ödənilir. Uşaqlar üçün xərclərə sağlam qidalanma, geyim və s. digər məsələlərdə daxildir. Bütün bunlar üçün kifayət qədər çox pul lazımdır. Bunların bir hissəsini həll etmək üçün əlimden gələni edirəm, amma tək maddi imkanı çatmır. Məhkəme tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş uşağa 100 manat aliment məbləği uşağın tələbatının yarısının belə ödənilməsinə çatmır. Uşağın saxlanması üçün daha çox məbləğə ehtiyac duyulur. Ərzaq, paltar və digər yaşayış təlabatlarının qiymətləri günü-gündən bahalaşır. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladı ilə maraqlanmır, ona heç bir mənəvi dəstək, valideyn olaraq tərbiyəsi ilə məşğul olmur və s. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək məcburiyyətindədir. Onu da qeyd edir ki, Cavabdeh Maksim oğlu şadlıq sarayında inzibatçı işləyir. Özü ilkin mediasiya prosesində iştirak etməklə, 50 manat mediasiya prosesinə dair xərci ödəmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Uşaq hazırda 12 yaşındadır. Riyaziyyat, ingilis dili, azərbaycan dili fənlərindən hazırlığa və idmana gedir. Hər fənn üzrə 60 manat ödəniş edir. Özü hazırda Paşa Holdinqdə işləyir və 1000 manat əmək haqqı alır.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh aylıq 100 manat alimenti çətinliklə alır. Uşağın tələbatları artmışdır. Əvvəllər özü kimya fənni üzrə müəllim olmuşdur. Cavabdeh Fidan şadlıq evində administrator işləyir. 2012-ci il tarixindən nikahları pozulmuş, elə həmin tarixdən cavabdehdən aliment tutulmuşdur. Cavabdehlə qohumluq münasibətləri olduğundan əvvəllər alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
6. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2012-ci il tarixli, 2(001)- 316/2012 saylı qətnamədən görünür ki, ilkin iddianın təmin edilməsi, Cavabdeh Maksim oğlu ilə X4 arasında 07 may 2010-cu il tarixdə, Sumqayıt şəhər Qeydiyyat şöbəsində 652 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 24 oktyabr 2010-cu ildə doğulmuş X6 anası X2 yanında saxlanılması, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh Maksim oğlundan X1 üçün uşaq yetkinlik yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin X2 xeyrinə tutulması, Cavabdeh Maksim oğlundan X9 3 yaşına çatanadək hər ay 60 manat məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir.
8. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 600283 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixində Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X3r.
9. MŞB/2-01015 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə 5 gün öncədən telefon və poçt vasitəsilə məlumatlandırılmış, lakin sessiyada iştirak etməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. Cavabdeh ilə İddiaçı arasında nikah bağlanmış, tərəflərin birgə nikahlarından 24 oktyabr 2010-cu il təvəllüdlü X9 doğulmuşdur.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2012-ci il tarixli, 2(001)- 316/2012 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, birgə nikahdan 24 oktyabr 2010-cu il təvəllüdlü X6 anasının yanında qalmasının müəyyən edilməsi, Cavabdeh X1 üçün uşaq yetkinlik yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin X2 xeyrinə tutulması, Cavabdeh Maksim oğlundan X9 3 yaşına çatanadək hər ay 60 manat məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir.
12. Hazırda iddiaçı uşaq üçün tutulan aliment məbləğinin uşağın saxlanması üçün kifayət etmədiyini bildirməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2012-ci il tarixli, 2(001)-316/2012 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay üçün 300 manat məbləğində müəyyən edilməsini tələb edir.
13. İddia tələbini onunla əsaslandırır ki, uşaq böyüdükcə tələbatı artmış, məktəbdən kənar hazırlıqlarla və idmanla məşğul olur. Bunun üçün isə hər hazırlığa və məşğələyə 60-70 manat ödəniş edir. Cavabdeh isə uşağın maddi və mənəvi saxlanmasında iştirak etmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
14. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
15. Birləşmiş Millətlər Təşkilatının X7 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:
17. 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar;
18. 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;
19. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
22. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
23. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
24. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
25. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
26. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
27. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
28. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
29. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
30. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
31. İddiaçı alimentin artırılmasının zəruriliyini onunla əsaslandırmışdır ki, təyin edilmiş aliment məbləği uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan olduqca aşağıdır. Uşaq hazırda orta məktəbdə təhsil alır. Təkbaşına uşağın saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşağın saxlanmasında demək olar ki iştirak etmir.
32. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə qismən razılaşır. Belə ki, tərəflərin birgə nikahlarından olan uşağın yaşına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Hazırda alimentin müəyyən edildiyi tarixdən 10 il vaxt keçmişdir. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.
33. Qanunda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu konkret olaraq alimentin minimum həddini müəyyən etməsə də, özlüyündə müəyyən mənada meyar kimi qəbul edilir. Təbii ki, yaşayış minimumu uşağın bütün tələbatlarının ödənilməsinin tam qarşılığı hesab edilə bilməz. Bu mənada uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi də nəzərə alınır.
34. Bununla yanaşı iddiaçı alimentin tutulmasını xahiş etdiyi miqdarını qeyrimüəyyən meyarla müəyyən etmişdirsə, bu halda o, cavabdehin gəlirləri haqqında və artırılması xahiş olunan miqdarda aliment ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə sübut təqdim etməli idi. Lakin bu barədə sübut təqdim edilməmiş və “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən də cavabdehin rəsmi əmək müqaviləsi ilə işlədiyi müəyyən edilməmişdir. Lakin hər bir halda nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə, onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir.
35. Odur ki, məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşağın, həm cavabdehin maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq yaşayış minimumu həddində, yəni 193 manat miqdarında müəyyən edilməlidir.
36. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
37. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
38. Həmçinin “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
39. Odur ki, Cavabdeh 7 iyun 2022-ci il tarixində saat 16:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etmədiyindən 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Tətbiq edilən prosessual normalar:
40. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
41. 8.1.2-ci maddəsinə əsasən 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsum ödənilməlidir.
42. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
44. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
45. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
46. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
47. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
48. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
49. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2012-ci il tarixli, 2(001)-316/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 24 oktyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
50. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddianın qiyməti 93 x 12=1116) 1000 manatdan çox olduğundan ödənilməli olan dövlət rüsumu 31,16 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyindən, həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2012-ci il tarixli, 2(001)- 316/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 24 oktyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 31,16 (otuz bir manat, on altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev