Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5275/2023 12.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 12 sentyabr 2023-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 iyul 2021-ci il tarixli, 23260154 saylı müqavilə üzrə 607 manat əsas, 60 manat cərimə, 30 iyul 2021-ci il tarixli, 23260207 saylı müqavilə üzrə 535,1 manat əsas, 53,9 manat cərimə, 14 yanvar 2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 481,38 manat əsas, 48,62 manat cərimə, 01 iyun 2021-ci il tarixli, 23112763 saylı müqavilə üzrə 165,7 manat əsas, 16,3 manat cərimə borcu olmaqla hər dörd müqavilə üzrə ümumilikdə 1968 manat borc məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 39,68 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2021-ci il tarixli, 23260154 saylı müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 1452 manat olan Hoffmann markalı kombi və 10 ədəd seksiya üçün kran üçün ilkin ödəniş etmədən, məbləği 24 ay ərzində aylıq 60,5 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 607 manat əsas, 60 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2021-ci il tarixli, 23260207 saylı müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 1207,8 manat olan 5 ədəd panel radiator üçün ilkin ödəniş etmədən, məbləği 18 ay ərzində aylıq 67,1 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 535,1 manat əsas, 53,9 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2022-ci il tarixli, ******* saylı müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 673,38 manat olan Samsung Galaxy A32 markalı mobil telefon üçün ilkin ödəniş etmədən məbləği 18 ay ərzində aylıq 37,41 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 481,38 manat əsas, 48,62 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, 23112763 saylı müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 404 manat olan Samsung Galaxy A12 markalı mobil telefon üçün ilkin ödəniş etmədən məbləği 20 ay ərzində aylıq 20,2 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 165,7 manat əsas, 16,3 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1948 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 30 iyul 2021-ci il tarixli, 23260154 saylı müqavilədən görünür ki, Cavabdeh alqısatqı qiyməti 1452 manat olan Hoffmann markalı kombi və 10 ədəd seksiya üçün kran üçün ilkin ödəniş etmədən, məbləği 24 ay ərzində aylıq 60,5 manat ödəmək şərti ilə kreditlə almışdır. - 30 iyul 2021-ci il tarixli, 23260207 saylı müqavilədən görünür ki, Cavabdeh alğısatqı qiyməti 1207,8 manat olan 5 ədəd panel radiator üçün ilkin ödəniş etmədən, məbləği 18 ay ərzində aylıq 67,1 manat ödəmək şərti ilə kreditlə almışdır. - 14 yanvar 2022-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, Cavabdeh alğısatqı qiyməti 673,38 manat olan Samsung Galaxy A32 markalı mobil telefon üçün ilkin ödəniş etmədən məbləği 18 ay ərzində aylıq 37,41 manat ödəmək şərti ilə kreditlə almışdır. - 01 iyun 2021-ci il tarixli, 23112763 saylı müqavilədən görünür ki, Cavabdeh alğısatqı qiyməti 404 manat olan Samsung Galaxy A12 markalı mobil telefon üçün ilkin ödəniş etmədən məbləği 20 ay ərzində aylıq 20,2 manat ödəmək şərti ilə kreditlə almışdır. - 08 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 30 iyul 2021-ci il tarixli, 23260154 saylı müqavilə üzrə 607 manat əsas, 60 manat cərimə, 30 iyul 2021-ci il tarixli, 23260207 saylı müqavilə üzrə 535,1 manat əsas, 53,9 manat cərimə, 14 yanvar 2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 481,38 manat əsas, 48,62 manat cərimə, 01 iyun 2021-ci il tarixli, 23112763 saylı müqavilə üzrə 165,7 manat əsas, 16,3 manat cərimə borcu olmaqla hər dörd müqavilə üzrə ümumilikdə 1968 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış hər beş müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzində 39,68 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası təmin edilsin. Cavabdeh 30 iyul 2021-ci il tarixli, 23260154 saylı müqavilə üzrə 607 manat əsas, 60 manat cərimə; 30 iyul 2021-ci il tarixli, 23260207 saylı müqavilə üzrə 535,1 manat əsas, 53,9 manat cərimə; 14 yanvar 2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 481,38 manat əsas, 48,62 manat cərimə; 01 iyun 2021-ci il tarixli, 23112763 saylı müqavilə üzrə 165,7 manat əsas, 16,3 manat cərimə borcu olmaqla hər dörd müqavilə üzrə ümumilikdə 1968 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 39,68 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5275/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5275/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver