Məhkəmə qərarları › İş №2(001)-53/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-53/2022

22.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-53/2022 22.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı hüquqi varisi X3 vəkili və nümayəndəsi Vəkil1 İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 3-cü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi X9 iştirakı ilə İddiaçı hüquqi varisi X3 Cavabdeh qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılmasına və sair tələbinə dair ilkin iddia ərizəsi, İddiaçı Cavabdeh Cavabdeh İddiaçı hüquqi varisi X5 qarşı Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən onun obyekti ilə ilk iddiaçının obyekti arasında olan iddiaçıya məxsus qapının sökülməsinə, ilk iddiaçı tərəfindən onun obyektinə müdaxilələrin qadağan edilməsinə, vurulmuş maddi və mənəvi ziyana görə 50000 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılmasına və sair tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən onun obyekti ilə ilk iddiaçının obyekti arasında olan iddiaçıya məxsus qapının sökülməsinə, ilk iddiaçı tərəfindən onun obyektinə müdaxilələrin qadağan edilməsinə, vurulmuş maddi və mənəvi ziyana görə 50000 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən verilmiş 14.01.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 21.12.2020-ci il tarixdə vəfat etmiş İddiaçı vərəsəsi olan əri X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı 10.07.2013-cü il tarixli çıxarışa əsasən istifadədə olan 0,04021 ha torpaq sahəsində yerləşən ünvan 1 ünvanında yerləşən sahəsi 987,94 m2 olan qeyri-yaşayış binasından ibarət miras əmlakdan tam hissədə pay almalıdır. Azərbaycan Respublikası MPM-nin 58.1.-ci maddəəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2.-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. 21.12.2020-ci il tarixdə vəfat etmiş ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vərəsəsi olan əri X6 ilə əvəz edilmişdir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı hüquqi varisi X4 nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında ümumi sahəsi 987,94 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 10.07.2013-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin obyekt iaşə obyekti kimi fəaliyyət göstərir. Obyektin yanında yerləşən Pencə Kəş kafe və Təndir Evi adlı digər obyektin sahibi olan Cavabdeh İddiaçı obyektinin ikinci ehtiyat çıxış qapısını zəbt etmiş, işçilərin giriş-çıxışına maneələr yaratmış, əlavə qanunsuz tikinti apararaq kommmunikasiya xətlərini iddiaçıya məxsus obyektə birləşdirmiş, yanğın təhlükəsizlik qaydalarını kobud şəkildə pozmuşdur. Dəfələrlə həmin obyektin sahibi Cavabdeh və icarədarı X10 maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi, ümumi istifadədə olan əraziyə olan sair maneələrin aradan qaldırılmasını xahiş edilsə də heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X22 Xidmətinin 1-ci ərazi X22 İdarəsinin 09.09.2019-cu il tarixli 37/Ə-00149 saylı məktubundan müəyyən olunur ki, aparılan araşdırma nəticəsində Pencə Kəş kafe və Təndir Evinin icarədarı X2 Təhlükəsizliyi haqqında Qanunun təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyətinə dair 01-2001 bənd 5.1-5.6 bəndlərinin icrasının pozulması faktına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdehin obyekti ilə iddiaçının obyekti arasında heç bir maneə yoxdur, ona məxsus olan əraziyə giriş-çıxış iddiaçı tərəfindən heç bir halda məhdudlaşdırılmamış, əksinə cavabdeh tərəfindən iddiaçının əmlakına qanunsuz müdaxilələr mövcuddur. Cavabdehin bağlanmasını tələb etdiyi qapı isə iddiçının obyektinə deyil, digər şəxsə məxsus obyektin qapısıdır. Ümumi istifadədə olan ərazi Cavabdeh tərəfindən taxta qapı ilə bağlandığından iddiaçı özünə məxsus obyektin cavabdeh tərəfindən olan hissəsinə keçərək həmin sahəyə xidmət göstərə bilmir. Belə ki, Cavabdeh taxta qapını qıfılla bağlamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi nömrəsi olmayan 29.08.2006-cı il tarixli icarə müqaviləsi etibarsız müqavilədir. Belə ki, həmin torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə deyil, dövlətə məxsus torpaq sahəsidir. İddiaçının hərəkətləri nəticəsində Cavabdeh hər hansı bir maddi və ya mənəvi ziyan vurulmamışdır. Cavabdeh bu barədə hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də əsassız olan qarşılılı iddia ərizəsinin rədd edilməsinə, ilkin iddia ərizəsinin təmin edilərək ünvan 1 ünvanında ümumi sahəsi 987,94 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılmasının, obyektə bitişik olan özbaşına tikililərin sökülməsinin, divarda olan kommunikasiya xətlərinin kənarlaşdırılmasının, obyektin ehtiyat giriş-çıxış qapılarına olan yanğın təhlükəsizliyi üçün manelərin aradan qaldırılmasının, yəni taxta qapının açılmasının, ümumi istifadədə olan ərazinin boşaldılmasının Cavabdeh həvalə edilməsinə dair qətnamə çıxarılmasını, dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verən Binəqədi Bələdiyyəsinin vəzifəli şəxslərinin səlahiyyət həddini aşmalarının araşdırılması üçün xüsusi qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı hüquqi varisi X7 ilkin iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, ünvan 1 ünvanında ümumi sahəsi 987,94 m2 olan 2 mərtəbəli qeyri-yaşayış sahəsini o, mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə etmiş, halhazırda həmin əmlakla bağlı mirası qəbul etmişdir. Cavabdeh ümumi istifadədə olan torpaq sahəsində taxta qapı quraşdırmaqla ona mülkiyyətində olan qeyri-yaşayış sahəsinə, yəni həmin ərazidə yerləşən pencərələrə, quraşdırılan kondisionerə, qeyriyaşayış sahəsinin divarına xidmət etməyə manelər yaradır. Bundan başqa cavabdeh həmin ərazidə özbaşına tikililər inşa edərək ümxtəlif insanların həmin əraziyə gəlib getmələrinə, qanunsuz hərəkətlərlə məşğul olmalarına şərait yaradır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi M.M. Hüsynovla torpağa dair icarə müqaviləsi bağlasa da, həmin torpaq sahəsi dövlətə məxusdur. M.M. Hüsynovun qarşılıqlı iddia ərizəsində qeyd etdiyi qapının ona heç bir aidiyyəti yoxdur və həmin qapı onun tərəfindən bağlanmamışdır. Bu səbəbdən qarşılıqlı iddia ərizəsi tamamilə əsassıdır. Ona görə də ilkin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu 6 mkr, S.Məmmədova küçəsində yerləşən obyekt 1995-ci ildən onun istifadəsindədir. O, Baş X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 20.12.2001-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir. İddiaçı özünə məxsus olan obyekti 2013-cü ildə əldə etmişdir. İlk iddia üzrə iddiaçı qonşuluqla bağlı tikinti norma və qaydalarına riayət etmədən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ara məsafələrini nəzərə almadan tikililər inşa etdirmişdir. İddiaçı özünə məxsus qeyri-yaşayış sahəsinə hasar çəkdirən zaman qapının ona məxsus obyekt tərəfdən qoyulmasını xahiş etmiş və o, narazı olsa da, ilkin iddia üzrə iddiaçı qonşuluq münasibətlərini irəli sürərək, heç bir problemin olmayacağını bildirmişlər. Aradan bir müddət keçəndən sonra iddiaçı tərəfindən onun mülkiyyətində olan əraziyə qanunsuz müdaxilələr olunmağa başlanmışdır. Dəfələrlə haqsız olaraq heç bir aidiyyəti olmayan dövlət orqanlarına barəsində əsassız şikayətlər edilmişdir. Hesab edir ki, iddiaçı tərəfindən onun əmlakı tərəfdən olan qapı sökülməlidir. İlkin iddia üzrə iddiaçının obyekti ilə onun obyektinin arasında heç bir maneə yoxdur. Ümumi istifdədə olan əraziyə giriş-çıxış onun tərəfindən heç bir halda məhdudlaşdırılmamış, əksinə iddiaçı tərəfindən onun əmlakına qanunsuz müdaxilələr mövcuddur. Onun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29.08.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə əsasən istifadəsində olan torpaq sahəsində inşa etdiyi tikililər ilk iddiaçıya heç bir maneələr yaratmır, həmin tikililər iddiaçın qeyri-yaşayış sahəsindən kənarda yerləşir. Torpaq sahəsində quraşdırdığı taxta qapı isə həmin sahəyə kənar şəxslərin daxil olmasının qarşısını almaq məqsədi daşıyır. İddiaçı istədiyi vaxt ona müraciət edib öz obyektinə xidmət etmək üçün həmin sahədən istifadə edə bilər. Bununla bağlı ilk iddiaçı tərəfə o, dəfələrlə barışıq sazişi bağlamağı da təklif etmişdir. O, ürək xəstəsidir, İİ qrup əlildir, haqsız şikayətlər nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Bu səbəbdən o, Bakı şəhəri Binəqədi rayonu 6 mkr, S.Məmmədova küçəsində yerləşən ona məxsus obyekt ilə ilk iddia üzrə iddiaçının obyekti arasında olan iddiaçıya məxsus qapının sökülməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə, ilk iddiaçı tərəfindən onun mülkiyyətinə qanunsuz müdaxilələrin qadağan edilməsinə, dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 50000 manatın iddiaçıdan onun xeyrinə tutulmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda ilk iddia ərizəsinin rədd edilməsini xahiş edir. Belə ki, ilk iddiaçının ona qarşı bu iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Qarşılıqlı iddia ərizəsini müdafiə etsə də, təmin edilib-edilməməsini məhkəmənin səlahiyyətinə verir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 Mustafa oğlu Cavabdeh izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, ilkin iddiaçının Cavabdeh qarşı ilk iddia ərizəsində qeyd olunan tələblərlə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Mülki işə baxılan ərəfədə onlar Cavabdeh icarə müqaviləsinə əsasən istifadəsində olan torpaq sahəsində quraşdırdığı taxta qapıdan istifadə edilməsi ilə bağlı barışıq sazişinin bağlanmasını təklif etmişlər. Lakin ilk iddiaçı tərəf bu təkliflə razılaşmamışdır. Ona görə də ilk iddia ərizəsinin rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi X16 iddia ərizələrinin həllini məhkəmənin səlahiyyətinə verib izahatında göstərmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 31.08.2000-ci il tarixli 809 saylı sərəncamına əsasən Binəqədi rayonu üzrə 295,73 hektar torpaq sahəsi Binəqədi Bələdiyyəsinə ayrılmışdır. Lakin DƏDRX tərəfindən Binəqədi Bələdiyyəsinə ayrılan 295,73 hektar torpaq sahəsinə dair hüquqlar DƏDR-də qeydə alınmamış, bu barədə Binəqədi Bələdiyyəsinə xəritə verilməmişdir. İcarəçi Cavabdeh ilə icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış 29.08.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən, icarəyəverən Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ş.Məmmədov küçəsi Anar şadlıq sarayının yanında olan, 35 m2 torpaq sahəsini hər m2 2 manat olmaqla 99 il müddətinə icarəçinin istifadəsinə sahibkarlıq fəaliyyəti göstərmək üçün vermişdir. Cavabdeh tərəfindən icarə haqqı ödənilir. İcarə müqavilələri 10 ildən sonra saxlanması üçün arxivə təhvil verildiyi üçün həmin müqavilənin əsli Binəqədi rayonu Binəqədi Bələdiyyəsində saxlanmamışdır. Torpaq sahəsi Cavabdeh istifadəsinə verildiyindən ilk iddiaçının ona qarşı taxta qapının açılması və sair tələblər irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1.-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2.-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı 10.07.2013-cü il tarixli çıxarışın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 987,94 m2 olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları, 0,04021 ha torpaq sahəsinə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 4708 nömrəli vərəqində qeydə alınmışdır. Azərbaycan Respublikası Baş X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 20.12.2001-ci il tarixli 77-a nömrəli mülkiyyət hüquqlarının qeydiyyatı barədə qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən, sahəsi 67,7 m2 olan qeyri-yaşayış binasına dair Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 77 saylı inventar nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X22 Xidmətinin 1-ci ərazi X22 İdarəsinin 09.09.2019-cu il tarixli 37/Ə-00149 saylı məktubundan müəyyən olunur ki, Pencə Kəş kafe və Təndir Evinin icarədarı X2 Təhlükəsizliyi haqqında Qanunun təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyətinə dair 01-2001 bənd 5.1-5.6 bəndlərinin icrasının pozulması faktına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.11.2020-ci il tarixli 10/996 saylı rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanındə yerləşən Cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində olan tikilidən kənarda yerləşdiyindən, həmin tikililər İddiaçı istifadəsində olan tikililərə mane olmur. Lakin ümumi istifadədə olan sahə tərəflərin texniki pasportunda göstərilən sahədən kənarda yerləşdiyini, həmin tikililər arasında olan məsafə Cavabdeh istifadəsində olduğundan və taxta qapı ilə bağlandığından İddiaçı mülkiyyətində olan tikilinin həmin sahədən xidmət olunmasına maneə olunur. ünvan 2 ünvanındə yerləşən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsindən İddiaçı mülkiyyətində olan tikiliyə tərəf açılan ehtiyat giriş-çıxış qapısı texniki pasportda nəzərdə tutulduğunu və ümumi istifadədə olan sahəyə açıldığını nəzərə alaraq, həmin qapı İddiaçı mülkiyyətindən istifadəsinə faktiki olaraq maneələr yaratmır. Cavabdeh sökülməsini tələb etdiyi qapı Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, İ.Cümşüdov küçəsi 1C-də yerləşən L.NƏsədovanın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki pasportunda göstərilən tikilinin sərhədindən kənarda yerləşdiyi və digər vətəndaşın mülkiyyətində olduğu müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X12 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.11.2020-ci il tarixli 10/996 saylı rəyini müdafiə edərək təsdiq etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 31.08.2000-ci il tarixli 809 saylı sərəncamının surətindən müəyyən olunur ki, Binəqədi rayonu üzrə 295,73 ha torpaq sahəsi Binəqədi Bələdiyyəsinə ayrılaraq təhvil verilmiş ərazilər və torpaqlarda dövlət və ya xüsusi mülkiyyətə aid olan torpaqlar aşkar olunduğu halda bələdiyyə torpaqlarının sərhədlərinin yenidən dəqiqləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13.04.2022-ci il tarixli **********71 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri H.Babaşov küçəsi ilə S.Məmmədova küçəsinin kəsişməsində yerləşən (koordinatları x- 400138, y-4475528) torpaq sahəsi dövlət mülkiyyətinə aid ərazidə yerləşir. İcarəçi Cavabdeh ilə icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış 29.08.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin surətindən müəyyən olunur ki, icarəyəverən Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ş.Məmmədov küçəsi Anar şadlıq sarayının yanında olan, 35 m2 torpaq sahəsini illik icarə haqqı 25 manat olmaqla sahibkarlıq məqsədi ilə 99 il müddətinə icarəçinin istifadəsinə vermişdir. Müqavilənin 1.1.-ci bəndindən müəyyən olunur ki, icarəçi Cavabdeh icarəyə götürdüyü sahəni özbaşına genişləndirə bilməz. Müqavilənin 2.13-cü bəndindən müəyyən olunur ki, icarəyə götürdüyü torpaq sahəsini təyinatı üzrə istifadə etmək, icarəyə götürlmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq icarəçinin vəzifəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.11.2021-ci il tarixli 10/3667 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanındə yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə bitişik inşa edilmiş hər hansı tikili və kommunikasiya xətlərinin mövcud olmadığı müəyyən olunur. Tərəflərə məxsus qeyri-yaşayış sahələrinin arasında olan 2,75 metr enində olan sahənin girişində Cavabdeh tərəfindən taxta qapı quraşdırıldığından və həmin sahə Cavabdeh tərəfindən istifadə olunduğundan, həmin hissədə İddiaçı məxsus qeyri-yaşayış binasına xidmət olunmasına maneə yaradır. İş materiallarında olan sxemdə miqyas və koordinat olmadığından Cavabdeh tərəfindən quraşdırılmış mübahisəli taxta qapının 29.08.2006-cı il tarixli 639a saylı torpaq icarə müqaviləsinə əsasən onun istifadəsinə verilən sahədə yerləşib-yerləşməməsini müəyyənləşdirmək mümkün olmadı. Qeyd olunur ki, həmin qapının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü, yüklülüyü və sair məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilməklə müəyyən oluna bilər. İddiaçı ilə Cavabdeh məxsus qeyri-yaşayış sahələrinin arasında yerləşən İddiaçı tərəfindən bağlanması iddia edilən qapının İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin Texniki Pasport sənədində nəzərdə tutulmadığı müəyyən olunur. İddiaçı məxsus qeyri-yaşayış sahəsi ilə Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin ayrı-ayrı sahələr olmasını, aralarında 2,75 metr məsafə olmasını nəzərə alaraq İddiaçı tərəfindən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinə ziyan vurulmadığı müəyyən edilir. ünvan 2-də yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasının faktiki ölçüləri, texniki parametrlərinin iş materiallarında olan çıxarış və texniki pasportunda göstərilənlərə uyğun olduğu müəyyən olunur. İddiaçı məxsus qeyri-yaşayış binasına bitişik tikili mövcuddur. Baxış zamanı iddiaçı həmin tikilinin ona məxsus olmadığını bildirmişdir. Həmin tikilinin və yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü, yüklülüyü və sair məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilməklə müəyyən oluna bilər. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. X20 və Ekspertiza Mərkəzi MMC-nin 12.04.2022-ci il tarixli 73 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, 3246-cı məhəllə İ.Cümşüdov küçəsi 1C ünvanında yerləşən mülkiyyətçi İddiaçı istifadəsinə manelər yarada bilən, həmin qeyri-yaşayış binasına bitişik tikililər inşa edilməmiş və kommunikasiya xətləri çəkilməmişdir. Cavabdeh tərəfindən bağlanan qapı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən mülkiyyətçi İddiaçı istifadəsinə faktiki olaraq maneə yaratmır. İddiaçı Cavabdeh tətərfindən bağlanması iddia edilən qapı 29.08.2006-cı il tarixli 639a saylı torpaq icarə müqaviləsinə əsasən istifadəsinə verilən torpaq sahəsində yerləşir. İddiaçı və Cavabdeh məxsus qeyri-yaşayış sahələrinin arasında yerləşən İddiaçı tərəfindən bağlanması iddia edilən İddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsinin texniki sənədlərində nəzərdə tutulmamışdır. ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin çıxarış və texniki pasportunda göstərilən tikililərdən əlavə özbaşına tikili inşa edilmişdir. İddiaçı tərəfindən inşa edilən özbaşına tikililər ünvan 4 ünvanında yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsinə girişçıxışına, fəaliyyətinə maneə yaradır. Məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı müəyyən olunmuşdur ki, tərəflərin mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin arasında olan torpaq sahəsində yalnız Cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapı quraşdırılmışdır. Torpaq sahəsinin əks istiqamətində yerləşən Cavabdeh sökülməsini tələb etdiyi qapı bağlı olduğundan həmin istiqamətdən də Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, İ.Cümşüdov küçəsi 1C-də yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsi üçün keçid mümkün deyildir. Cavabdeh tərəfindən inşa edilən özbaşına tikililər kənarda yerləşməklə, ünvan 1 ünvanında ümumi sahəsi 987,94 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasına bitişik olmadığından həmin qeyri-yaşayış sahəsindən istifadəyə manelər yaratmır. ünvan 1 ünvanında ümumi sahəsi 987,94 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasının divarına Cavabdeh tərəfindən kommunikasiya xətləri çəkilməmiş, həmin sahəyə kənar əşyalar yığılmamışdır. Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinə ziyan vurulmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri). Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin arasında, dövlət mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapı quraşdırıldığından ilkin iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binasına xidmət göstərilməsinə Cavabdeh tərəfindən manelər yaradılır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən inşa edilən özbaşına tikililər kənarda yerləşməklə, ünvan 1 ünvanında ümumi sahəsi 987,94 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasına bitişik olmadığından həmin qeyri-yaşayış sahəsindən istifadəyə manelər yaratmır, həmin qeyri-yaşayış sahəsinin divarına Cavabdeh tərəfindən kommunikasiya xətləri çəkilməmiş, həmin sahəyə kənar əşyalar yığılmamışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflərə məxsus qeyri-yaşayı sahələri arasında 2,75 metr məsafə olduğundan Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinə hər hansı bir ziyan vurulmamışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh sökülməsini tələb etdiyi qapı Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, İ.Cümşüdov küçəsi 1Cdə yerləşən L.N. Əsədovanın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki pasportunda göstərilən tikilinin sərhədindən kənarda yerləşləşməklə başqa şəxsə məxsusdur. Məhkəmə Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan X20 və Ekspertiza Mərkəzi MMC-nin 12.04.2022-ci il tarixli 73 saylı mütəxəssis rəyinə münasibət bildirib qeyd edir ki, mütəxəssisin rəyi iş üzrə məhkəməyə təqdim olunan ekspert rəyləri ilə ziddiyyət təşkil etdiyindən, məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı, yalnız Cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapının ilkin iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə manelər yaratması öz təsdiqini tapdığından məhkəmə mütəxəssisin rəyini mötəbər sübut növü olaraq qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, M.M. Hüseynov mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə qonşuluqda olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi arasında olan torpaq sahəsinə girişdə hər hansı bir hüquqi əsası olmadan taxta qapı qoyub bağlamaqla ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binasına ilkin iddiaçı tərəfindən xidmət göstərilməsinə manelər yaratması öz təsdiqini tapdığından ilkin iddia ərizəsi bu hissədə əsaslıdır. Ona görə də ilkin iddia ərizəsi qismən təmin edilərək Cavabdeh ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələri aradan qaldıraraq inşa etdiyi taxta qapını açması vəzifəsi həvalə edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililər ilkin iddiaçının maraqlarına toxunmadığından, qeyri-yaşayış sahəsinin divarına Cavabdeh tərəfindən kommunikasiya xətləri çəkilmədiyindən, torpaq sahəsinə ilkin iddiaçıya manelər yaratması mümkün olan kənar əşyalar yığılmadığından ilkin iddia ərizəsi qalan hissədə təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı sübutları tədqiq edib qeyd edir ki, bu iddia ərizəsi üzrə iddiaçı olan Cavabdeh iddia tələblərində istinad etdiyi hallara dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə araşdırması zamanı onun açılmasını tələb etdiyi qapının ilkin iddiaçıya aidiyyəti olmadığı, ilkin iddiaçı tərəfindən onun obyektinə müdaxilələrin olmadığı, ona maddi və mənəvi ziyan vurulmadığı öz təsdiqini tapdığından məhkəmə qarşılıqlı iddia tələblərini əsassız hesab edib tam həcmdə təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçıların ödədikləri dövlət rüsumları onların özlərinə, iş üzrə keçirilən ekspertiza tədqiqatın dəyəri olan 200 manat bərabər hissələrdə iddiaçılara aid edilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından məhkəmə ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı hüquqi varisi X4 nümayəndəsi və vəkili Vəkil1 iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətini təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlkin iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələri aradan qaldıraraq inşa etdiyi taxta qapını açması vəzifəsi həvalə edilsin. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı hüquqi varisi X5 qarşı Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən onun obyekti ilə ilkin iddiaçının obyekti arasında olan iddiaçıya məxsus qapının sökülməsinə, ilk iddiaçı tərəfindən onun obyektinə müdaxilələrin qadağan edilməsinə, vurulmuş maddi və mənəvi ziyana görə 50000 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. X1 iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Cavabdeh iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar