Məhkəmə qərarları › İş №2(001)-5321/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5321/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5321/2020 16.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən FİNtrend X1 Təşkilatından illik 36% ödəmək 18 ay müddətinə qaytarmaq şərti ilə 559 manat, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən FİNtrend X1 Təşkilatından illik 40% ödəmək 18 ay müddətinə qaytarmaq şərti ilə 475 manat kredit götürmüşdür. FİNtrend BOKT ilə Nikoyl İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 0004 №-li xx.xx.2018-ci il tarixli müqaviləyə 742 №-li xx.xx.2019-cu il tarixli və 846 №-li xx.xx.2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə FİNtrend BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ Nikoyl İKB ASC-yə ötürülmüşdür. Kredit alan kredit müqaviləsinin şərtlərinə əməl eməyərək kredit müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Xəbərdarlıq olunmasına baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. xx.xx.2020-ci il tarixinə Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 484,93 manat, faiz borcu üzrə 100,38 manat, cəriməyə görə 65,22 manat olmaqla cəmi 650,53 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 434,82 manat, faiz borcu üzrə 100,01 manat, cəriməyə görə 36,97 manat olmaqla cəmi 571,80 manat olmaqla cəmi 1222,33 manat borcu vardır. Ona görə də Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 484,93 manat, faiz borcu üzrə 100,38 manat, cəriməyə görə 65,22 manat olmaqla cəmi 650,53 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 434,82 manat, faiz borcu üzrə 100,01 manat, cəriməyə görə 36,97 manat olmaqla cəmi 571,80 manat, ümumilikdə isə 1222,33 manat borcun, dövlət rüsumuna görə 30 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4.-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdrımaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən olunur ki, Nikoyl İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC olmuşdur. Borcverən FİNtrend X1 Təşkilatı MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 311-0***-******* saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana istehlak mallarının müqabilində 18 ay müddətinə qaytarmaq, illik 36% ödəmək şərti ilə 559 manat kredit vermişdir. FİNtrend X1 Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 311- 0***-******* saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində əsas borca görə 559 manat, faiz borcuna görə 172,63 manat olmaqla cəmi 731,63 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Hüquq sahibi FİNtrend BOKT MMC ilə hüquq əldə edən Nikoyl İKB ASC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair 0004 nömrəli xx.xx.2018-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, borcalana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə, ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını hüquq sahibi güzəşt etmiş, hüquq əldə edən isə qeyd edilən hüquqları qəbul etmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən hüquq əldə edən hüquq sahibinə razılaşdırılmış məbləği hüquqların ötürülməsi barədə sazişləri və bu müqavilənin şərtləri ilə müəyyən edilmiş həcmdə, müddətdə və qaydada hesab-fakturaya əsasən ödəyir. Qeyd olunan məbləğ əsas borc məbləğinin və bu müqavilənin 2.10-cu bəndində qeyd edilən çatışmazlıqlar istisna olmaqla (bu halda hüquq əldə edən kreditin verilmə tarixindən 19 təqvim günündən sonra hesablanmış faizlər üzrə məbləği hüquq sahibinə ödəmir), razılaşdırılmış müqavilələrin imzalanma tarixindən başlayaraq hesab-fakturanın ödəniş tarixinə qədər olan dövr ərzində, razılaşdırılmış müqavilələr üzrə faizlərin silinməsi üçün hüquq sahibi tərəfindən göndərilir. Hüquq sahibi FİNtrend BOKT MMC ilə hüquq əldə edən Nikoyl İKB ASC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair 0004 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə hüquqların ötürülməsi barədə 742 nömrəli xx.xx.2019-cu il tarixli sazişdən müəyyən olunur ki, tələb etmək hüququnun ötürülməsinə dair 0004 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə müvafiq olaraq hüquq sahibi və fiziki şəxslər – borc alanlar arasında bağlanılmış kredit və təminat (girov, zaminlik və s.) müqavilələrinə əsasən borc alana qarşı bütün tələbetmə hüquqlarını, həmçinin qeyd olunan öhdəliklərin yerinə yetirilməsini təmin edən hüquqları və razılaşdırılmış müqavilələr üzrə tələbetmə hüquqları ilə bağlı digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilməmiş faizlər, həmçinin ödənilməmiş təcili və artırılmış faizlər, cərimə sanksiyaları üzərində hüquqları hüquq sahibinə əldə edənə ötürülmüşdür. Həmin sazişin 2-ci bəndindən müəyyən olunur ki, kreditor FİNtrend BOKT MMC borcalan Cavabdeh ilə bağladığı xx.xx.2019-cu il tarixli 311-0***-******* saylı kredit müqaviləsi üzrə tələb etmə hüququnu da Nikoyl İKB ASC-yə güzəşt etmişdir. FİNtrend BOKT MMC-nin xx.xx.2019-cu il tarixli 311-0***-*******-2 saylı ödəmə tapşırığından müəyyən olunur ki, müştəri Cavabdeh 559 manatı FİNtrend BOKT MMC-dən almışdır. FİNtrend BOKT MMC-nin xx.xx.2019-cu il bildirişindən müəyyən olunur ki, kreditor xx.xx.2019-cu il tarixli 311-0***-******* saylı kredit müqaviləsi üzrə tələb etmə hüquqlarını Nikoyl İKB ASC-yə güzəşt etməsini Cavabdeh bildirmişdir. Borcverən FİNtrend X1 Təşkilatı MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 311-1***-******* saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana istehlak mallarının müqabilində 18 ay müddətinə qaytarmaq, illik 40% ödəmək şərti ilə 475 manat kredit vermişdir. FİNtrend X1 Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 311- 1***-******* saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində əsas borca görə 475 manat, faiz borcuna görə 164,28 manat olmaqla cəmi 639,28 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. FİNtrend BOKT MMC-nin xx.xx.2019-cu il tarixli 311-1***-*******-2 saylı ödəmə tapşırığından müəyyən olunur ki, müştəri Cavabdeh 475 manatı FİNtrend BOKT MMC-dən almışdır. Hüquq sahibi FİNtrend BOKT MMC ilə hüquq əldə edən Nikoyl İKB ASC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair 0004 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə hüquqların ötürülməsi barədə 846 nömrəli xx.xx.2019-cu il tarixli sazişdən müəyyən olunur ki, tələb etmək hüququnun ötürülməsinə dair 0004 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə müvafiq olaraq hüquq sahibi və fiziki şəxslər – borc alanlar arasında bağlanılmış kredit və təminat (girov, zaminlik və s.) müqavilələrinə əsasən borc alana qarşı bütün tələbetmə hüquqlarını, həmçinin qeyd olunan öhdəliklərin yerinə yetirilməsini təmin edən hüquqları və razılaşdırılmış müqavilələr üzrə tələbetmə hüquqları ilə bağlı digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilməmiş faizlər, həmçinin ödənilməmiş təcili və artırılmış faizlər, cərimə sanksiyaları üzərində hüquqları hüquq sahibinə əldə edənə ötürülmüşdür. Həmin sazişin 2-ci bəndindən müəyyən olunur ki, kreditor FİNtrend BOKT borcalan Cavabdeh ilə bağladığı xx.xx.2019-cu il tarixli 311-1***-******* saylı kredit müqaviləsi üzrə tələb etmə hüququnu da Nikoyl İKB ASC-yə güzəşt etmişdir. FİNtrend BOKT MMC-nin xx.xx.2019-cu il tarixli bildirişindən müəyyən olunur ki, kreditor xx.xx.2019-cu il tarixli 311-1***-******* saylı kredit müqaviləsi üzrə tələb etmə hüquqlarını Nikoyl İKB ASC-yə güzəşt etməsini Cavabdeh bildirmişdir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2019-cu il tarixli 311-0***-******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 484,93 manat, faiz borcuna görə 100,38 manat, cəriməyə görə 65,22 manat olmaqla cəmi 650,53 manat borcu vardır. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2019-cu il tarixli 311-1***-******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 434,82 manat, faiz borcuna görə 100,01 manat, cəriməyə görə 36,97 manat olmaqla cəmi 571,80 manat borcu vardır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli PAİHTD 3780 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana xx.xx.2019-cu il tarixli 311-0***-******* saylı kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli PAİHTD 3734 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana xx.xx.2019-cu il tarixli 311-1***-******* saylı kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya tələb etmə hüququ ilə güzəşt edilən xx.xx.2019-cu il tarixli 311-0***-******* saylı və xx.xx.2019-cu il tarixli 311-1***-******* saylı müqavilələrdən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya xx.xx.2019-cu il tarixli 311-0***-******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 484,93 manat, faiz borcuna görə 100,38 manat, cəriməyə görə 65,22 manat olmaqla cəmi 650,53 manat, xx.xx.2019-cu il tarixli 311-1***-******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 434,82 manat, faiz borcuna görə 100,01 manat, cəriməyə görə 36,97 manat olmaqla cəmi 571,80 manat, ümumilikdə isə 1222,33 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 311-0***-******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 484,93 manat, faiz borcuna görə 100,38 manat, cəriməyə görə 65,22 manat, xx.xx.2019-cu il tarixli 311-1***-******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 434,82 manat, faiz borcuna görə 100,01 manat, cəriməyə görə 36,97 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1252,33 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar