Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5344/2020 10.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni - Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan SSRİ-nin Meqri rayonunun Nüvədi kəndində anadan olması, Ermənistan SSRİ-nin Meqri rayonu Nüvədi kənd XDS-i tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin bərpa edilməsi və şəhadətnamədə atasının X3, anasının isə X6 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxx 1963-cü ildə Ermənistan SSRİ Meqri rayonu, Nüvədi kəndində azərbaycanlı ailəsində anadan olmuş və onun adına doğum haqqında şəhadətnamə verilmişdir. Uşaqlığı orada keçmiş, orada böyüyüb boya-başa çatmışdır. Məlum hadisələrlə bağlı 1988-ci ilin sentyabr ayında valideynləri ilə birlikdə yaşadıqları evdən qaçqın düşərək, Azərbaycana köçmüş, lakin naməlum şəraitdə itmişdir. Doğum haqqında şəhadətnamə əvvəllər yaşadığı Meqri rayonu Nüvədi kənd Soveti tərəfindən verildiyindən və həmin ərazi işğal altında olduğundan doğum haqqında şəhadətnamə bərpa etmək mümkün deyil. Şəhadətnamənin bərpası ilə bağlı aidiyyatı orqanlara müraciət etsə də, cavab olaraq məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi dəqiqləşmə barədə ərizə təqdim edərək, doğum akt qeydinin bərpa edilməsi və doğum akt qeydinin ata qrafasında X3, ana qrafasında isə X8 yazılması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizə təmin edilməmişdir. -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Ərizəçi xx.xx.1981- cil tarixdə nikaha daxil olmuş, Ərizəçi dair məlumatlarda onun xx xxxx 1963-cü il tarixdə Ermənistan SSRİ, Meqri rayonu, Nüvədi kəndində anadan olması qeyd edilmişdir. -Ərizəçi SSSR vətəndaş pasportunun surətindən görünür ki, o, xx.xx.1963-cü ildə Ermənistan, SSRİ, Meqri rayonu, Nüvədi kəndində anadan olmuş, milliyyəti kimi “azərbaycanlı”, ata adı kimi “Konfrans” göstərilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Fərəcov Əlövsət Konfrans oğlu izahat verərək bildirdi ki, ərizəçi onun bacısıdır. X1, analarının X8 və hər ikisinin azərbaycanlı olmasını təsdiq etdi. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. -307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. -308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -339-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. -341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi adına doğum qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi F.Əliyevə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum faktını qeydə almaqdan və doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx xxxx 1963-cü ildə Ermənistan SSRİ Meqri rayonu, Nüvədi kəndində anadan olması, atasının X3, anasının isə X8 olması ərizəçinin, şahidin izahatı ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1963-cü ildə Ermənistan SSRİ Meqri rayonu, Nüvədi kəndində anadan olması, atasının X3, anasının isə X8 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, Ərizəçi doğum akt qeydinin “atası” qrafasında “X3”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “X8”, “milliyyəti azərbaycanlı” yazılmalıdır. Məhkəməyə ərizə verilərkən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1963-cü ildə Ermənistan SSRİ, Meqri rayonu, Nüvədi kəndində anadan olması, atasının X3, anasının isə X8 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. xx xxxx 1963-cü il təvvəllüdlü Ərizəçi doğum akt qeydinin “atası” qrafasında “X3”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “X8”, “milliyyəti azərbaycanlı” yazılsın. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-5344/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5344/2020
10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver