Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2789/2025 04.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X44 Şakir oğlunun sədrliyi, X20 iclas katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin doğum faktının müəyyən edilməsi” (maraqlı şəxs – Maraqlı şəxs) barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizə üzrə tələb: Ərizəçi “şəxsin doğum faktının müəyyən edilməsi” (maraqlı şəxs – Maraqlı şəxs) barədə ərizə ilə məhkəməyə müraciət edərək, X11 1936-cı ildə Gəncə şəhərində (Kirovabad) doğulmasının qeyd edilməsi və doğum akt qeydində anasının X21, atasının isə X17 qeyd olunması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra ərizəçinin etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə məhkəməyə “ərizənin dəqiqləşdirilməsi” barədə ərizə verərək, X11 1936-cı ildə doğulmasının müəyyən edilməsi, atasının X17, anasının X8 qeyd edilməklə doğum faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizənin mahiyyəti: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi 01.01 2005-ci ildə Gəncə şəhərində anadan olmuşdur. X10r. Atası xx.xx.2024-cü ildə Bakı şəhərində xəstəlik səbəbi ilə vəfat etmişdir. X2r. X5 1936-cı ildə anadan olmuşdur. X3, anası isə X19r. Ulu babası X17 1943-cü ildə müharibəyə getmiş və orada itkin düşmüşdür. (Hazırda ulu babasının da ölmüş elan edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir) Babası Rəfinin anası X21 isə 1972-ci ildə vəfat etmişdir. X5 nənəsi X12 ilə xx.xx.1982-ci ildə rəsmi nikaha daxil olmuşdur.xx.xx.2002-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Hazırda məqsədi ulu babası X9 adına olan evin vərəsəlik qaydasında öz adına keçirilməsidir. Vərəsəlik işi ilə bağlı sənəd toplayan zaman X5nun doğum haqqında şəhadətnaməsi tapılmamış, arxivdən və qeydiyyat şöbəsindən doğum akt qeydi aşkar edilməmişdir. Qeydiyyat şöbəsindən bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək lazım olduğu bildirilmişdir. Buna görə də doğumun qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, ərizəçinin babası 1936-cı il təvəllüddür. Bu fakt iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Həmçinin, Rəfi Hüseynovun atası İbrahim Hüseynov, anası isə Yaqut Hüseynovadır. X32 doğum şəhadətnaməsini almaq üçün maraqlı şəxsə müraciət etmiş, lakin, ərizəçinin babasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün imtina məktubu verilmişdir. Odur ki, hazırki ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs – Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə maraqlı şəxs – Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 izahatında bildirdi ki, Ərizəçi onun qonşusudur. Rüfətin atası Fuad Hüseynov, babası isə X18r. Ərizəçinin babası Rəfi Hüseynovun atası İbrahim Hüseynov 1943-cü ildə müharibədə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 izahatında bildirdi ki, ərizəçinin anasıdır. Rüfətin babası Rəfi Hüseynov olmaqla, babasının X3, babasının anası isə X19r. Ərizəçinin babası 1936-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar; - AZ-İV seriyalı, 989999 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Atası – X30, anası – X13r. - 05 fevral 2025-ci il tarixli, 3-16-5/8-70-H-420/2025 nömrəli, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X30 xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1981-ci il tarixdə Maraqlı şəxsndə 335 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası – X22, anası – X14r. xx.xx.2024-cü ildə vəfat etmiş X24 ölümü xx.xx.2024-cü il tarixdə 407 saylı akt qeydi ilə Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. - AZ-İİ seriyalı, 418537 nömrəli, 05 fevral 2025-ci il tarixli, Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 19 mart 2024-cü il tarixdə 407 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ürəyin aterosklerotik xəstəliyidir. - 18 dekabr 2024-cü il tarixli, 3-16-5/8-70-H-4183/2024 nömrəli, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X22 xx.xx.2002-ci ildə ölmüşdür. Ölüm haqqında xx.xx.2002-ci il tarixli 766 nömrəli akt qeydi tərtib olunmuşdur. Öldüyü yer: Gəncə şəhəri, ölümün səbəbi qəfləti koronar ölüm, ölümün qeydə alındığı yer: Maraqlı şəxsdir. - 05 fevral 2025-ci il tarixli, 3-16-5/8-70-H-418/2025 nömrəli, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X22 və X6 nikah haqqında xx.xx.1982ci ildə 385 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Maraqlı şəxsdir. Nikah bağlandıqdan sonra ərə “Hüseynov”, arvada “Hüseynova” soyadı verilmişdir. X1 xx.xx.2002-ci ildə ölməsi (ölüm xx.xx.2002-ci ildə 766 nömrəli akt qeydi ilə Maraqlı şəxsndə qeydə alınmış), X7 isə xx.xx.1997-ci ildə ölməsi (ölüm xx.xx.1997-ci il, 852 nömrəli akt qeydi ilə Maraqlı şəxsndə qeydə alınmış) ilə bağlı xitam verilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 14 yanvar 2025-ci il tarixli, 3-48- DA-4F/2-Ə-43//6/2025 nömrəli məktubunda vətəndaş X9 1943-1944-cü illərdə ölüm aktının qeydi barədə sorğuya cavab olaraq bildirilmişdir ki, X35 filialında mühafizə olunan Gəncə şəhər Nikah Evi və Stalin Rayon Vətəndaşlıq X4 Şöbəsi arxiv fondlarının 1943-1944-cü illər üzrə ölüm aktlarının qeydləri yoxlanılmış, X9 ölüm aktının qeydi aşkar olunmamışdır. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 02 aprel 2025-ci il tarixli, 3-16-5/8-15-782 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, X11 doğum akt qeydinin bərpası üçün kifayət qədər sübut təqdim edə bilmədiyindən doğum faktının müəyyən olunması üçün yaşayış yeri üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. - xx.xx.1982-ci il tarixli, 385 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X22 ilə X6 nikahı xx.xx.1982-ci il tarixdə 385 nömrə ilə qeyd edilmişdir. Həmin arayışda X11 doğum tarixi 1936-cı il qeyd olunmuşdur. - SSR Daxili İşlər Nazirliyinin xx.xx.1972-ci il tarixli, 074281 nömrəli arayışdan görünür ki, X22 1936-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə əsas doğum akt qeydinin müvafiq qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 4.1-ci bəndində izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi babası – X22 1936-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. Belə ki, iş materiallarında olan X22 və X15 arasında olan xx.xx.1982-ci il tarixli, 385 saylı nikah haqqında akt qeydinin əsli ilə üzləşdirilmiş surəti, arayış və şahid ifadələri də həmin fakt öz təsdiqini tapır. O cümlədən mərhum X11 atası – X17, anası - X19r. Qeyd edilən fakt da məhkəmə iclasında şahid qismində dindirilmiş X26 və X16 izahatları ilə də təsdiq olunmuşdur. Belə ki, məhkəmə şahid ifadələrinə qiymət verərək, həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X26 və X16 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə həmçinin, qeyd edir ki, Ərizəçi lazımi sənədləri alması üçün mərhum babası - X11 doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin X11 doğum haqqında şəhadətnamənin verilməsindən imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, o, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan qeydiyyat şöbəsi X11 doğum akt qeydi olmadığına görə, onun doğum haqqında şəhadətnaməsini ərizəçiyə verə bilməmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin mərhum babası – X11 doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsi X11 doğum akt qeydi olmadığına görə onun doğum haqqında şəhadətnaməsini verə bilməməsi nəticəsində ərizəçi babasının adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X11 XX.XX.1936-cı il tarixdə Gəncə şəhərində doğulması, X3, anası X21 olması ərizəçinin nümayəndəsinin izahatı ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216,220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. 22 oktyabr 2002-ci il tarixdə ölmüş X11 XX.XX.1936-cı il tarixdə Gəncə şəhərində doğulması faktı müəyyən edilsin. X11 doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adı – X17, ana qrafasında ana adı – X21 qeyd edilsin. Hazırki qətnamə X11 barəsində doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2789/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2789/2025
04.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver