Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6769/2025 18.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2, maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi) «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi) X3 xx.xx.1916-cı il tarixdə Azərbaycan Respublikasının Ağdaş rayonu, Ağalı kəndində, İsak Avramov və Miryam Avromavanın qızı, yəhudi miliyyətli olması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 xahişlərini müdafiə edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X4 ərizəçilərin xahişlərinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, tərəfləri dinləyərək, hesab edir ki, Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi) «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» barədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 3-16-5/8-4xx-xx/2026 nömrəli məktubun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Vətəndaşlıq vəziyyəti akt dövlət qeydində ərizə əsasında dəyişiklik edilməsi Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 01 mart tarixli 52 nömrəli qərarı ile təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara əsasən kifavət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri tərəfindən həyata keçirilir.Ərizəyə əlavə edilmiş sənədlərə, Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara əsaslanaraq, mərhumə anaları X1 Ağstafa rayonu qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1950-ci il tarixli 588 nömrəli doğum haqqında bərpa akt qeydində müvafiq əlavələr (tamamlama) edilmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron qeydiyyat informasiya sistemində öz əksini tapmışdır. Belə ki, Ağstafa rayonu qeydiyyat şöbəsində xx.xx.1950-ci il tarixli 588 nömrəli doğum haqqında bərpa akt qeydində uşaq, ata və ana qrafalarında aşağıdakı məlumatlar əlavə olunaraq tamamlama edilmişdir: Uşaq qrafasında : «Hacıbala» ata adı, doğulduğu yer «Ağdaş rayonu Ağalı kəndi». Ata qrafasında : atanın doğum tarixi «xx.xx.1912», doğulduğu və yaşadığı yer «Ağdaş rayonu Ağalı kəndi», uşağın doğulduğu zaman atanın yaşı «24». Ana qrafasında: ananın doğum tarixi «xx.xx.1916», ananın milliyəti «yəhudi» (və həmçinin onun atasının və anasının milliyəti «yəhudi»), ananın doğulduğu yer «Ağdaş rayonu» və yaşadığı yer «Ağdaş rayonu, Ağalı kəndi», uşağın doğulduğu zaman ananın yaşı «20» məlumatları əlavə və tamamlama edilmiş, qeydlər bölməsində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli 2-253/2001 nömrəli qətnaməsinə dair qeyd göstərilmişdir. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçilərin xahişi «X3 xx.xx.1916-cı ildə Azərbaycan Respublikası Ağdaş rayonu, Ağalı kəndində, İsak Avramov və Miryam Avramovanın qızı, yəhudi milliyətli olması barədə doğum faktının» müəyyən edilməsidir. Lakin maraqlı şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli, 3-16-5/8-4xx-xx/2026 nömrəli məktuba əsasən X3 doğum tarixi «xx.xx.1916», milliyyəti «yəhudi» (və həmçinin onun atasının və anasının milliyəti «yəhudi»), doğulduğu yer «Ağdaş rayonu» və yaşadığı yer «Ağdaş rayonu, Ağalı kəndi» olduğu qeyd edilmişdir. Buna görə də ərizəçi X3 qeyd olunan xüsusatın həlli məqsədi ilə qeydiyyat orqanına, qeydiyyat orqanının qərarından (hərəkət və ya hərəkətsizliyindən) narazı qaldığı halda isə aidiyyəti üzrə inzibati məhkəməyə mütaciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə görə doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» 13-cü bəndində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Qərarın 16-cı bəndində göstərilir ki, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 9.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-nin XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi) «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» barədə ərizəsinə dair iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi1 tərəfindən ödənilmiş 99 manat 60 qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; mədaxil qəbz nömrəsi: **********) dövlət büdcəsindən Ərizəçi1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə \ QƏRARA ALDİ: Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi) «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi1 izah edilsin ki, mülki işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ödənilmiş 99 (doxsan doqquz) manat 60 (altmış) qəpik məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; mədaxil qəbz nömrəsi: **********) dövlət büdcəsindən Ərizəçi1 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-6769/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6769/2025
18.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver