Məhkəmə qərarları › İş №2(001)-5377/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5377/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5377/2020 28.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı BOKT Fintrend QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı BOKT Fintrend QSC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Fintrend BOKT ilə Cavabdeharasında bağlanmış xx.xx.2019-cu il tarixli 219-0***-******* nömrəlikredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 ay müddətinə qaytarmaq şərti ilə 1680 manatməbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınır.Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəliklərini yerinə yetirməmişdir.Borclunun xx.xx.2019-cu il tarixli N219- 0***-******* nömrəli kredit müqaviləsinə görə xx.xx.2020-ci il tarixə əsas borca görə 1557,49 manat, faiz borcuna görə 703,36 manat və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0,50 faiz dərəcəsində cəriməyə görə 349,04 manat olmaqla cəmi 2609,89 manat borcuqalmışdır. Ona görə də Fintrend BOKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh əsas borca görə 1557,49 manat, faiz borcuna görə 703,36 manat və cəriməyə görə 349,04 manat olmaqla cəmi 2609,89 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı BOKT Fintrend QSC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsini qismən qəbul etdiyini, iddiaçı tərəfindən tələb olunan cərimə ilə razılaşmayaraq BOKT Fintrend QSC-yə əsas borca görə 1557,49 manat, faiz borcuna görə 703,36 manat borcunun olmasını etiraf etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia ərizəsinə münasibətlərini, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən BOKT Fintrend MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 219-0***-******* saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 12 ay müddətinə qaytarmaq, illik 44% ödəmək şərti ilə 1680 manat kredit vermişdir. xx.xx.2019-cu il tarixli 219-0***-******* saylı kredit müqaviləsinin 4.13.1-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi ikiqat dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. BOKT Fintrend MMC-nin xx.xx.2019-cu il tarixli 219-0***-******* saylı ödəmə tapşırığından müəyyən olunur ki, müştəri Cavabdeh 1680 manatı BOKT Fintrend MMC-dən almışdır. BOKT Fintrend MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 219-0***- ******* saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində hər ay 175,56 manat xx.xx.2020-ci il tarixində 175,60 manat olmaqla, əsas borca görə 1680 manat, faiz borcuna görə 426,76 manat olmaqla cəmi 2106,76 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. BOKT Fintrend QSC-nin maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2020-ci il tarixinə xx.xx.2019-cu il tarixli 219-0***-******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 1557,49 manat, faiz borcuna görə 1052,40 manat borcu vardır. Borcalan Cavabdeh xx.xx.2020-ci il tarixinə ödədiyi məbləğ cəmi 200 manat təşkil edir. BOKT Fintrend QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli № 431 saylı xəbərdarlıqdan müəyyən olunur ki, BOKT Fintrend QSC borcluya xx.xx.2019-cu il tarixli 219- 0***-******* saylı kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçı BOKT Fintrend QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 219-0***-******* saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində əsas borca görə 1557,49 manat, faiz borcuna görə 703,36 manat borcunun yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, məhkəmə iddiaçının əsas borca görə 1557,49 manat, faiz borcuna görə 703,36 manat borcun tutulmasına dair tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə borcalandan 10 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 219-0***-******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 1557,49 manat, faiz borcuna görə 703,36 manat, cəriməyə görə 10 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2300,85 manat BOKT Fintrend QSC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar