Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5387/2021 30.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə 30 iyul 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2019-cu il tarixli müqaviləyə əsasən, sonuncu ümumi dəyəri 231 manat olan “Braun” ütü masasını ilkin ödəniş etmədən məbləği 11 ay müddətinə, aylıq 21 manat ödəmək şərti ilə, 20 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən, ümumi dəyəri 352 manat olan “Panasonic” tozsoranını ilkin ödəniş etmədən məbləği 11 ay müddətinə, aylıq 32 manat ödəmək şərti ilə 28 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, ümumi dəyəri 262,8 manat olan “Hoffmann” mini soba, Steklokeramika təmizləyici, “Dr.Beckmann” paslanmayan metal təmizləyicisini ilkin ödəniş etmədən məbləği 12 ay müddətinə, aylıq 21,9 manat ödəmək şərti ilə, 24 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən, ümumi dəyəri 1920 manat olan “LG LED” televizoru ilkin ödəniş etmədən məbləği 18 ay müddətinə, aylıq 106,7 manat ödəmək şərti ilə, 10 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, ümumi dəyəri 977,4 manat olan “X8 8T” markalı telefon, “Panasonic” qulaqlıq, “X7 9” qazan dəstini ilkin ödəniş etmədən məbləği 18 ay müddətinə, aylıq 54,3 manat ödəmək şərti ilə və 10 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, ümumi dəyəri 320,4 manat olan “X7” 9 parça Qazan dəsti, Vinzer Qəhvəbişirən üçün ilkin ödəniş etmədən məbləği 6 ay müddətinə, aylıq 53,4 manat ödəmək şərti ilə əldə etmiş, lakin kreditor qarşısında götürdüyü öhdəlikləri vaxtında icra etmədiyindən iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışına əsasən 1-ci müqavilə üzrə 62 manat əsas, 18 manat dəbbə borcu, 2-ci müqavilə üzrə 192 manat əsas, 57 manat dəbbə borcu, 3-cü müqavilə üzrə isə 39 manat əsas, 12 manat dəbbə borcu, 4-cü müqavilə üzrə isə 1813,6 manat əsas, 445,4 manat dəbbə borcu, 5-ci müqavilə üzrə isə 679 manat əsas, 162 manat dəbbə borcu, 6-cı müqavilə üzrə isə 276,4 manat əsas, 79,6 manat dəbbə borcu olmaqla cəmi 3836 manat məbləğində borcu yaranmışdır. "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən məbləğdə pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin qeydiyyat ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.07.2019-cu il, 20.09.2019-cu il, 28.12.2019-cu, 24.01.2020-ci il, 10.02.2020-iu və 10.02.2020-cu il tarixli müqavilələrdə və həmin müqavilələrə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, X3 qızı 13.07.2019-cu il, 20.09.2019-cu il, 28.12.2019-cu, 24.01.2020-ci il, 10.02.2020-ci və 10.02.2020-ci il tarixli müqavilələrə əsasən "xxxx" MMC-dən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hər altı müqavilə üzrə yaranmış müvafiq olaraq 62 manat, 192 manat, 39 manat, 1813,6 manat, 679 manat və 276,4 manat məbləğində əsas borc Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə birinci müqavilə üzrə 62 manat məbləğində əsas borca tənasübsüz olaraq 18 manat, ikinci müqavilə üzrə 192 manat məbləğində əsas borca 57 manat, üçüncü müqavilə üzrə 39 manat əsas borca 12 manat, dördüncü müqavilə üzrə 1813,6 manat məbləğdə əsas borca 445,4 manat, beşinci müqavilə üzrə 679 manat əsas borca 162 manat, altıncı müqavilə üzrə isə 276,4 manat əsas borca 79,6 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 13.07.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 18 manat məbləğində dəbbə pulu azaldılaraq 1 manat, 20.09.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 57 manat məbləğində dəbbə pulu azaldılaraq 4 manat, 28.12.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 12 manat məbləğində dəbbə pulu azaldılaraq 1 manat, 24.01.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 445,4 manat məbləğində dəbbə pulu azaldılaraq 36 manat, 10.02.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 162 manat məbləğində dəbbə pulu azaldılaraq 14 manat, 10.02.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 79,6 manat məbləğində dəbbə pulu azaldılaraq 6 manat, məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 24 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 13.07.2019-cu il tarixli müqavilə üzrə 62 manat əsas borc, 1 manat dəbbə pulu, 20.09.2019-cu il tarixli müqavilə üzrə 192 manat əsas borc, 4 manat dəbbə pulu, 28.12.2019-cu il tarixli müqavilə üzrə 39 manat əsas borc, 1 manat dəbbə pulu, 24.01.2020-ci il tarixli müqavilə üzrə 1813,6 manat əsas borc, 36 manat dəbbə pulu, 10.02.2020-ci il tarixli müqavilə üzrə 679 manat əsas borc, 14 manat dəbbə pulu, 10.02.2020-ci il tarixli müqavilə üzrə 276,4 manat əsas borc, 6 manat dəbbə pulu,ümumilikdə 3124 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 24 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5387/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5387/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver