Məhkəmə qərarları › İş №2(001)-5395/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5395/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5395/2020 27.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 5480 manat borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 5480 manat borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Bakı şəhəri 19 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə təsdiq edilərək 3M-413 nömrə ilə reyestrdə qeydə alınmış kredit müqaviləsi əsasında 1-12 aylar ərzində hər ay 800 manat, 13-24 aylar ərzində hər ay 1200 manat, 25-36 aylar ərzində 1583 manat olmaqla xx.xx.2020-ci il tarixinədək ödənilmək şərtilə Cavabdeh1 və Cavabdeh2 43000 manat məbləğində borc vermişdir. Həmin vaxtdan başlayaraq cavabdehlər 2017-ci il üçün 3200 manat, 2018-ci il üçün 11400 manat, 2019-cu il üçün 14500 manat, 2020-ci il üçün 8420 manat olmaqla cəmi 37520 manat borcu qaytarmış, sonuncu ödəniş 2020-ci ilin iyul ayında 600 manat olmuşdur. Cavabdehlər borc müqaviləsi üzrə ödənişləri apararkən onlara müvafiq ödəniş qəbzləri verilmiş, ilkin ödəniş olaraq 800 manat ödəniş edilməmişdir. İddiaçı dəfələrlə cavabdehlərə qalan borcun ödənilməsi ilə bağlı müraciət etsə də, borc qaytarılmamışdır. Cavabdehlərin nəticədə iddiaçıya 5480 manat borcu qalmışdır. Ona görə də cavabdehlərdən müştərək qaydada 5480 manat borcun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı ilə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi bağlamış, 43000 manat dəyərində idman ləvazimatlarını almışdır. Cavabdeh2 müqavilədə şahid olaraq iştirak etmişdir. O, müqavilə üzrə ödənişləri yerinə yetirmiş, Covid-19 pandemiyası ilə əlaqədar idman zalları bağlandığı üçün ödənişləri müqavilə şərtlərinə əsasən icra edə bilməmişdir. Daha sonra iddiaçı ilə razılığa əsasən o, ödənişləri hər ay 600 manat olmaqla icra etmişdir. İddiaçıya ilkin ödəniş olaraq 800 manat ödəsə də, iddia tələbində apardığı hesablamalarda iddiaçı həmin mələği nəzərə almamışdır. Hal-hazırda onun iddiaçıya qalıq borcu 4680 manat təşkil edir. O, qalıq borcu hər ayın birinci yarısı 600 manat olmaqla qaytara bilər. Ona görə də iddia ərizəsinin qismən təmin olunmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh2məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borc verən İddiaçı ilə borcalanlar Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2017ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, birgə borcalanlar Cavabdeh1 və Cavabdeh2 borcverən İddiaçı xx.xx.2020-ci il tarixədək, 1-ci 12-ci aylar ərzində hər ay ayda 800 manat, 13-cü 24-cü aylar ərzində hər ay ayda 1200 manat, 25-ci 36-cı aylar ərzində hər ay ayda 1583 manat olmaqla qaytarmaq, ilk ödəniş xx.xx.2017-ci il tarixdə olmaqla aylıq ödənişlər hər ayın 10-u tarixində ödənilmək şərti ilə 43000 manat faizsiz borc almışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehlərin xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan aldıqları borcun qalıq hissəsi olan 5480 manatı iddiaçıya qaytarmamaları öz təsdiqini tapmışdır. Cavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya ilkin olaraq 800 manat ödəniş etməsini bu səbəbdən qalıq borcun 4680 manat olmasını, Cavabdeh2 şahid qismində iştirak etməsini bildirsə də, etirazında istinad etdiyi hallara dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, birgə borclular olan cavabdehlərin xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmələri nəticəsində iddiaçıya 5480 manat borclarının qalması öz təsdiqini tapdığından iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borca görə 5480 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5510 manat müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar