Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-54/2021 16.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, X1 katibliyi, İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-nin nümayəndəsi X2, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər «xxxx» MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər «xxxx» MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və cəmi 15028.99 ABŞ dolları məbləğində kredit borcunun - bundan 9458.66 ABŞ dolları əsas borc, 3928 ABŞ dolları faiz borcu, 1642.33 ABŞ dolları isə kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat məbləğində rüsumun cavabdehlərdən tutularaq ləğv prosesində olan “xxxx” X6 Səhmdar Cəmiyyətinə ödənilməsi; paylı mülkiyyət hüququ üzrə cavabdehlər Cavabdeh4 10/12 hissə, Cavabdeh3 1/12 hissə, Cavabdeh2 1/12 hissədə məxsus olan ünvan 1 ünvanında yerləşən, 64.2 kv.m yaşayış, 37.0 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, evin satışından əldə olunmuş pul vəsaitinin “xxxx” MMC-nin ləğv prosesində olan “xxxx" X6 Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və mənzil hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X5 izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qismən qəbul edir, hesab edir ki, əsas borcdan əlavə hesablanan məbləğlər ədalətli hesablanmayıb, şişirdilib. Borcu ödəməyə razıdır və bunun üçün məhkəmənin qətnaməsini gözləyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qismən qəbul edir, borcun mövcud olmasını bilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 27 nömrəli kredit xətti müqaviləsindən görünür ki, həmin müqavilə “xxxx” KB ASC ilə “xxxx” MMC arasında bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borc alana 12 ay müddətinə 20% dərəcəsi ilə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 27 nömrəli ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə “xxxx” KB ASC ilə borc alan “xxxx” MMC və ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış və müqaviləyə əsasən paylı mülkiyyət hüququ üzrə ipoteka qoyanlara məxsus olan daşınmaz əmlak xx.xx.2015-ci il tarixli, 27 nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, “xxxx” MMC-nin “xxxx” KB ASC-yə müqavilənin qüvvədə olduğu müddətdə olan borcu 11.350,39 ABŞ dolları kimi müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 9.458,66 ABŞ dolları, faiz borcu üzrə - 1.891,73 ABŞ dolları. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin likvid qiyməti 121500 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu mаddəsinə əsasən, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Bоrc müqаviləsinin predmeti hər hаnsı pul məbləği оlduqdа, о, kredit müqаviləsi аdlаndırılır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə müvafiq olaraq, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Müki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadında aşağıdakılar göstərilmişdir “ ... İlk öncə likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. ... Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı təqdimat vermiş məhkəmə tərkibi ilə razılaşaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir.”. Məhkəmə kredit müddəti bitdikdən sonra hesablanmış faiz borcuna münasibətdə qeyd edir ki, müqavilənin müddəti xx.xx.2016-cı il tarixdə bitmiş, iddiaçı tərəfindən isə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət edilmişdir. Əsas borc 9458,66 ABŞ dolları olduğu halda, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 1642,33 ABŞ dolları məbləğində səhv hesablanması aşkardır (1 il = 472.93 ABŞ dolları, 3 il = 1.418,79 ABŞ dolları). Məhkəmə iddia tələbinin "mənzil hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması" hissəsini də əsaslı hesab etmir. Belə ki, iddiaçının hazırkı mərhələdə qeyd olunan tələbin irəli sürülməsinə dair subyektiv hüququ mövcud deyil. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxx” MMC-dən 9.458,66 ABŞ dolları əsas borc, 1.891,73 ABŞ dolları faiz borcu və 1418,79 ABŞ dolları kredit müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 12.769,18 ABŞ dolları məbləğində borcun ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq iddiaçı ləğv prosesində olan “xxxx” KB ASC-yə ödənilməli; tutma cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan ipoteka predmeti - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 35 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin ev açıq hərracdan satılmalı, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 35 saylı fərdi yaşayış evin ilkin satış qiyməti 121500 manat müəyyən edilməli, satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləği iddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-yə ödənilməli; iddiaçının tələbləri ödənildikdən sonra ipoteka predmetinin satışından əldə edilən pul vəsaiti artıq qalarsa, vəsaitin artıq qalan hissəsi ipoteka qoyanlara qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 117.1-ci maddəsinə müvafiq olaraq, ... ekspertlərə ... verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Məhkəmə hesab edir ki, iddia tələbi 84.96% hissədə təmin edildiyindən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat rüsumun 25,49 manat hissəsi və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25,49 manat hissəsi cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan “xxxx” KB ASC-yə, ekspertlərə verilməli məbləğlər isə cavabdeh “xxxx” MMC-dən tutularaq ekspertlərə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 9.458,66 ABŞ dolları əsas borc, 1.891,73 ABŞ dolları faiz borcu və 1.418,79 ABŞ dolları kredit müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 12.769,18 (on iki min yeddi yüz altmış doqquz dollar on səkkiz sent) ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq iddiaçı ləğv prosesində olan “xxxx” KB ASC-yə ödənilsin. Tutma cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan ipoteka predmeti - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 35 saylı fərdi yaşayış evinə yönəldilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 35 saylı fərdi yaşayış evi açıq hərracdan satılsın. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 35 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 121500 (yüz iyirmi bir min beş yüz) manat müəyyən edilsin. Satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləği iddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-yə ödənilsin. İddiaçının tələbləri ödənildikdən sonra ipoteka predmetinin satışından əldə edilən pul vəsaiti artıq qalarsa, vəsaitin artıq qalan hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş rüsumun 25,49 (iyirmi beş manat qırx doqquz qəpik) manat hissəsi və məhkəməyə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumunun 25,49 (iyirmi beş manat qırx doqquz qəpik) manat hissəsi cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan “xxxx” KB ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul cavabdeh “xxxx” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. “xxxx” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul cavabdeh “xxxx” MMC-dən tutularaq “xxxx” MMC-nin hesabına köçürülsün (VÖEN: **********, hesab № AZN: AZ15GUNA********************, Bank “xxxx” KB ASC, VÖEN: **********, Müxbir hesab AZ25NABZ********************, KOD:505594, SWİFT: GUNAAZ22). Ödənilmiş rüsumların 9,02 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-54/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-54/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver