Məhkəmə qərarları › İş №2(001)-54/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-54/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-54/2024 01.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 iyun 2014-cü il tarixli, 101850-001/14 nömreli kredit muqavilasi üzre 19 iyun 2019-cu il tarixdən 07 dekabr 2021-ci il tarixinə kimi olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizle hesablanmiş 56629,88 (əlli alti min alti yüz iyirmi doqquz manat, səksən səkkiz qəpik) manat, 19 iyun 2014-cu il tarixli, 101851- 001/14 nömrəli kredit müqavilesi üzre 19 iyun 2019-cu il tarixdən 07 dekabr 2021-ci il tarixə kimi alan muddet ərzinde gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmış 61597,22 (aİtmiş bir min beş yüz doxsan yeddi manat, iyirmi iki qapik) manat olmaqla, ümumilikdə 118227,10 (bir yüz on sakkiz min iki yüz iyirmi yeddi manat, on qəpik) manat məbləğinde pulun və 409,61 (dord yüz doqquz manat, altmiş bir qapik) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə elektron ərizə ünvanlayaraq bankla cavabdeh arasında kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı barışıq sazişi bağlanmışdır. Bu səbəbdən iddia ərizəsi üzrə işə baxılmasına zərurət qalmadığını bildirmiş və iddia ərizəsin baxılmamış saxlanılmasını o, cümlədən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasın onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə verildiyindən, cavabdeh isə məhkəmə iclasında iştirak etməyib, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 409 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə, o cümlədən 409 (dörd yüz doqquz manat) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar