Məhkəmə qərarları › İş №2(001)-5409/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5409/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5409/2021 26.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********48535 Samsung Galaxy A40 markalı telefon üçün 456 manat ödənilməmiş hissə, 136 manat dəbbə, 29 aprel 2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED televizor üçün 1.067 manat ödənilməmiş hissə, 223 manat dəbbə pulu, 21 may 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********74407 Xiaomi Redmi 8A markalı telefon üçün 327,6 manat ödənilməmiş hissə, 95,4 manat dəbbə pulu olmaqla, ümumilikdə 2.305 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 05 fevral 2020-ci il, 29 aprel 2020-ci il və 21 may 2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********48535 Samsung Galaxy A40 markalı telefon, Samsung LED televizor, Xiaomi Redmi 8A markalı telefon almış və nəticədə 2.305 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 05 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 688 manat (12 ay x 57 manat + 4 manat ilkin ödəniş) İMEİ kodu **********48535 Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə, 592 manat olmaqla ondan 456 manat ödənilməmiş hissə, 136 manat dəbbə, 29 aprel 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1.210,4 manat (18 ay x 62,8 manat + 80 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 1.290 manat olmaqla ondan, 1.067 manat ödənilməmiş hissə, 223 manat dəbbə pulu, 21 may 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 419,6 manat (12 ay x 29,8 manat + 62 manat ilkin ödəniş) İMEİ kodu **********74407 Xiaomi Redmi 8A markalı telefon üçün ümumilikdə, 423 manat olmaqla ondan, 327,6 manat ödənilməmiş hissə,95,4 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 467,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci və 3.3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 fevral 2020-ci il tarixli, 20081489 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 688 manat olan (ilkin ödəniş 4 manat olmaqla) Samsung Galaxy A40 markalı telefon sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. 05 fevral 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20081489 saylı müqaviləyə əsasən Samsung Galaxy A40 markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 aprel 2020-ci il tarixli, 20248417 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.210,4 manat olan (ilkin ödəniş 80 manat olmaqla) Samsung LED markalı televizor sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. 29 aprel 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20248417 saylı müqaviləyə əsasən Samsung LED markalı televizoru tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 may 2020-ci il tarixli, 20293480 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 419,6 manat olan (ilkin ödəniş 62 manat olmaqla) Xiaomi Redmi 8A markalı telefon sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. 21 may 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20293480 saylı müqaviləyə əsasən Xiaomi Redmi 8A markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 11 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 09 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05 fevral 2020-ci il tarixli müqavilə üzrə əsas borc 456 manat, cərimə 136 manat olmaqla, cəmi 592 manat, 29 aprel 2020-ci il tarixli müqavilə üzrə əsas borc 1.067 manat, cərimə 223 manat olmaqla, cəmi 1.290 manat, 21 may 2020-ci il tarixli müqavilə üzrə əsas borc 327,6 manat, cərimə 95,4 manat olmaqla, cəmi 423 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2.305 manat məbləğində borcu vardır. 10 iyun 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı "xxxx" MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə 09 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehə ümumilikdə 2.305 manat məbləğində borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, 05 fevral 2020-ci il, 29 aprel 2020-ci il və 21 may 2020-ci il tarixli müqavilələr üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, qeyd olunan müqavilələr üzrə dəbbə pulu azaldılaraq 05 fevral 2020-ci il tarixli müqavilə üzrə 20 manat, 29 aprel 2020-ci il tarixli müqavilə üzrə 30 manat, 21 may 2021-ci il tarixli müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 05 fevral 2020-ci il tarixli, 20081489 saylı müqavilə üzrə əsas borc 456 manat, dəbbə pulu 20 manat olmaqla, cəmi 476 manat, 29 aprel 2020-ci il tarixli, 20248417 saylı müqavilə üzrə əsas borc 1.067 manat, dəbbə pulu 30 manat olmaqla, cəmi 1.097 manat, 21 may 2020-ci il tarixli, 20293480 saylı müqavilə üzrə əsas borc 327,6 manat, dəbbə pulu 10 manat olmaqla, cəmi 337,6 manat məbləğində borc Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumunun 25 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 05 fevral 2020-ci il tarixli, 20081489 saylı müqavilə üzrə əsas borc 456 (dörd yüz əlli altı) manat, dəbbə pulu 20 (iyirmi) manat olmaqla, cəmi 476 (dörd yüz yetmiş altı) manat məbləğində borc Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. 29 aprel 2020-ci il tarixli, 20248417 saylı müqavilə üzrə əsas borc 1.067 (bir min altmış yeddi) manat, dəbbə pulu 30 (otuz) manat olmaqla, cəmi 1.097 (bir min doxsan yeddi) manat məbləğində borc Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. 21 may 2020-ci il tarixli, 20293480 saylı müqavilə üzrə əsas borc 327,6 (üç yüz iyirmi yeddi manat, altmış qəpik) manat, dəbbə pulu 10 (on) manat olmaqla, cəmi 337,6 (üç yüz otuz yeddi manat, altmış qəpik) manat məbləğində borc Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar