Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5423/2022 08.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı İddiaçı, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 28 ünvanında yerləşən 17 saylı ev üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin əvvəli sahibi olan Cavabdeh1 ilə iddiaçının atası Şükür Əhmədov arasında xx.xx.2014-cü il tarixdə qarşılıqlı razılıq yolu atası 66 470 manat ödəyərək mənzili almışdır. Mənzili aldıqdan sonra iddiaçının atası ailə üzvləri ilə birlikdə həmin mənzilə köçərək hazırkı dövrdə daxil olmaqla artıq 9 ildir ki, həmin mənzil tam təmir etdirməklə orada yaşayırlar. Evin keçmiş sakinləri Piriyevlər ailəsinin üzvləri həmin vaxtdan ev ilə bağlı iddiaçıya qarşı hər hansı bir şikayət və iddiada olmamasını razılıq ərizələri ilə təsdiq etmiş, pulu aldıqdan sonra sonra isə qeydiyyatdan çıxmışlar. İddiaçı mübahisəli evi almamışdan öncə isə Cavabdeh1 mərhum həyat yoldaşı X10 evin keçmiş sahibəsi Ramazanova (Mirzəyeva) Flora Əlibala qızı ilə razılaşaraq xx.xx.2007-ci il tarixdə Cavabdeh3 40.000 ABŞ dolları (25.000+15.000) ödəyərək mənzilə köçmüş və yaşamağa başlamışlar. X25 və onu ailə üzvləri ilkin müqavilə şərtlərini pozmağa və evi Piriyevlər ailəsinin adına rəsmiləşdirmək üçün sənədləşdirmə ilə bağlı hərəkətlərdən yayınmağa başlamışlar. Belə ki, evi satan X14, X6 və onların ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdeh X7 qarşı məhkəmədə iddia qaldıraraq ilkin alqı-satqı müqaviləsinin, etibarnamənin ləğv edilməsi və evin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etsələr də, iddiaları əsassız olduğundan təmin edilməmişdir. Məhkəmə mübahisələri əlehinə sonlandıqdan sonra Ramazanovlar ailəsi ümumiyyətlə Piriyevlər ailəsi ilə hər hansı sənədləşmə işi aparmayaraq, öhdəliklərini yerinə yetirməmişlər. Mənzilin keçmiş sakinlərinin hər biri alqı-satqı zamanı etiraz etmədiklərinə dair notarial qaydada ərizələr təqdim etmişlər. Məhkəmə proseslərində məğlub olduqdan bir müddət sonra Ramazanova Flora və həyat yoldaşı Novruzəli Ramazanov vəfat etmişlər. Onların ailə üzvləri, hazırkı iş üzrə cavabdehlər isə hal-hazırda da iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqdadırlar. Keçən illər ərzində də iddiaçı cavabdehlərin əvəzinə əlavə kommunal xidmət haqqları ödəmək məcburiyyətində qalmışdır. Göründüyü kimi mənzilin keçmiş sahibləri Ramazanovlar və Piriyevlər ailəsi üz üzərinə götürdükləri öhdəlikləri tam yerinə yetirmədiklərindən iddiaçı mənzilə dair sənədləşmə işlərini tam yekunlaşdıra bilməmişdir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iddia tələbini qəbul edərək, tələbin təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə keçirilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2007-ci il tarixli İlkin Müqaviləyə əsasən, X1 (Mirzəyeva) Flora Əlibala qızına məxsus, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə görə 40 000 ABŞ dolları, yəni manatla 34.960 manat miqdarında pul verir. Həmin məbləğin 25 000 ABŞ dollarını, yəni 21 850 manatını müqavilə bağlandığı anda, qalan 15 000 ABŞ dollarını, manatla 13110 manatını isə həmin evə dair alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra verməyi öhdəsinə götürür. Müqavilə, müəyyən məbləğ pulun X10 tərəfindən Ramazanova (Mirzəyeva) Flora Əlibala qızına faktiki olaraq verildiyi andan bağlanmış hesab olunmuşdur. - Cavabdeh2 tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş və notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən, o, X11 məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evinin satılmasına etiraz etmədiyini bildirmişdir. - Cavabdeh4 tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş və notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən, o, X11 məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evinin satılmasına etiraz etmədiyini bildirmişdir. - Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli Sərəncamına əsasən, vətəndaş Ramazanova (Mirzəyeva) Flora Əlibala qızının xüsusi mülkiyyətində olan ünvan 4 ünvanda köhnə ev sökülərək, yerində inşa olunmuş 86.2 kv.m yaşayış, 156.9 kv.m köməkçi sahəsi olan 4 otaqlı yaşayış evi, həyətyanı sahədə tikilmiş 44 kv.m qaraj, 23.2 kv.m sanitariya qovşağı onun adına mövcud vəziyyətdə rəsmiləşdirilməsi qərara alınmışdır. xx.xx.2007-ci il tarixli etibarnaməyə əsasən, Ramazanova (Mirzəyeva) Flora Əlibala qızı tərəfindən X7 10 il müddətinə (xx.xx.2017-ci il tarixədək) mülki etibarnamə vermişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2718/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən, iddiaçılar X14 və X3 cavabdeh X7 qarşı verdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 28, 17 saylı evin alqı-satqısına dair Cavabdeh3 və Ə.Piriyev arasında bağlanmış Bakı şəhəri 27 saylı DNK-da xx.xx.2007-ci il tarixdə təsdiq edilib reyestrdə 3m1-01 sayla qeydiyyatı aparılmış müqavilənin və X9 X5 adına verdiyi xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 11 saylı DNK-da təsdiq edən reyestrdə 7 E/1-313 sayla qeydiyyatı aparımış etibarnamənin etibarsız hesab edilməsi və cavabdehin həmin evdən çıxarılmasına dair iddiaları təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3047/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə, X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2718/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - ölüm haqqında şəhadətnaməyə əsasən, X10 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 85 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2014-cü il tarixli İlkin Müqaviləyə (qarşılıqlı razılaşma) əsasən, Cavabdeh1 (əvəzinə X12) 66 470 manatın 60 000 manatını Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 216 saylı Sərancamına və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(103)-3047/2019 saylı qətnaməsinə əsasən ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 86.2 kv.m, köməkçi sahəsi 156.9 kv.m olan 4 otaqlı yaşayış evinə və həyətyanı sahədə 44 kv.m qaraj, 23.2 kv.m sanitariya qovşağına dair əlavə tikililər mülkiyyət hüququ Cavabdeh1 tərəfindən AR ƏMDK yanında DƏDRX-də qeydə alındıqdan, həmçinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşımaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və digər sənədlər aldıqdan sonra 2 il ərzində Cavabdeh1, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan – DƏDRX-dən qeydiyyatdan keçdikdən sonra X16 mülkiyyətinə verməsi barədə müqavilə imzalamağı öhdəsinə götürməsi müqabilində Cavabdeh1 notarisun bankda olan depozit hesabı vasitəsi ilə ödəyir, qalan 6470 manatı isə həmin daşınmaz əmlakın mülkiyyətinə verilməsi barədə əsas müqavilə imzalanan vaxt ödəməyi öz öhdəsinə götürür. X22 66.470 manatın 60.000 manatını Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 216 saylı Sərancamına və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(103)- 3047/2019 saylı qətnaməsinə əsasən ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 86.2 kv.m, köməkçi sahəsi 156.9 kv.m olan 4 otaqlı yaşayış evinə və həyətyanı sahədə 44 kv.m qaraj, 23.2 kv.m sanitariya qovşağına dair tikililər mülkiyyət hüququ AR ƏMDK yanında DƏDRX-də qeydə alındıqdan, həmçinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşımaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və digər sənədlər aldıqdan sonra 2 il ərzində Cavabdeh1, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan – DƏDRX-dən qeydiyyatdan keçdikdən sonra X16 mülkiyyətinə verməsi barədə müqavilə imzalamağı öhdəsinə götürməsi müqabilində Cavabdeh1 qız notariusun bankda olan depozit heabı vasitəsi ilə ödəyir, qalan 6470 manatı isə həmin torpağın və fərdi evin X16 mülkiyyətinə verilməsi barədə əsas müqavilə imzalandığı vaxt almağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti novündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin tələblərinə görə isə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139-1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar(139-1.1.1, 139-1.1.3,139-1.1.9) -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan layda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İslifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -646.1 -ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. -647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestirində qeydiyyat anından keçir. -158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olur. “İnsanı hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətini maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. -191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, iddiaçı özünün qanunla qorunan hüquq və maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmçinin qeyd olunmalıdır ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə normalar da olmadıqda hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Məcəllənin 14.2-ci maddəsində sadalanmışdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur. Mülki Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eyni zamanda, Mülki Məcəllənin Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi adlanan 9-cu fəslinin 1-ci paraqrafı ilə daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi qaydaları tənzimlənmişdir. Həmin paraqrafda yer alan 180-cı maddəyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. Məhkəmə işdə iştirak edən şəxlsərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X19rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişdir. İşdən göründüyü kimi iddiaçı ona məxsus tikilinin yerləşdiyi torpaq sahəsini özbaşına zəbt etməmişdir. Qanunun göstərilən norması şəxsin ona məxsus olan torpaq sahəsində inşa etdiyi özbaşına tikiliyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınması imkanını nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında (V.T.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 yanvar 2010-cu il tarixli qərarı), İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında (“X23rşı”, “Akimova Azərbaycana qarşı” qərarları) və Azərbaycanın tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində ifadə olunan yanaşmalar belə bir nəticəyə gəlməyə əsas verir ki, iddiaçı öz vəsaiti hesabına inşa etdiyi və uzun illər ərzində maneəsiz istifadə etdiyi tikili onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Mülkiyyət hüququ isə həm Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi və digər normaları ilə qorunur və müdafiə olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 28 ünvanında yerləşən 17 saylı evin üzərində iddiaçının sahiblik və istifadə hüquqları tanınmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 242, 244, 252, 253.3, 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 28 ünvanında yerləşən 17 saylı evin üzərində sahiblik və istifadə hüquqları tanınsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-5423/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5423/2022
08.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver