Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5480/2020 18.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 2.542,40 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2.572,40 manat məbləğində pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin “xxxx” ASC-nin İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, Swift BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında daha əvvəllər və sonuncu dəfə mexaniki sayğaca keçidlə bağlı xx xxxxx 2020-ci il tarixində 07/417 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (həmin Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X4n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx xxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 252 manat, xx xxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 14,40 manat, xx xxxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 396 manat, xx xxxxxx 2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx xxxxxx 2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx xxxx 2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx xxxxx 2020-ci il tarixli ******* saylı akt əsasında 59 manat, cəmi 1.846,40 manat İddiaçınə ziyan dəymişdir. Qeyd olunanlardan əlavə cavabdehin 22,10 manat sərfiyyat borcu olmuş, 16,50 manat tutma aparılmış, 3,90 manat kartla yüklənmiş məbləğ yeni sayğaca keçidlə bağlı borcundan ödəniş olaraq proqrama keçirilmiş, 694,30 manat əvvəlki tarixə qalıq borcu mövcud olmuşdur. (1.846,40 manat + 22,10 manat + 694,30 manat) – (16,50 manat + 3,90 manat) = 2.542,40 manat. Cavabdeh tərəfindən İddiaçı ödənilməli borc məbləği xx xxxxxx 2020-ci il tarixə ümumi olaraq 2.542,40 manat təşkil etməkdədir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı İB ilə Cavabdeh arasında xx xxxxx 2020-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 07/417 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı İB-nin əməkdaşları Əfəndiyev Samir, İbrahimov Nizami, Quliyev Qafur və Məmmədov Xəyal tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” ******* saylı, xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı 1202AQ**********5 nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Bakı Regional Qazın X2 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat (4 saat yay rejimi) və hesabat müddəti 60 gün; QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 10 saat (4 saat yay rejimi) və hesabat müddəti 60 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2520 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Abonent Cavabdeh məxsus **********00000 saylı Abonent saldosundan görünür ki, tərtib edilmiş aktlar üzrə qazın sərfi 2019-cu ilin iyun ayı üçün 2520 m3, iyul və avqust ayları üçün 324 m3, sentyabr ayı üçün 144 m3, oktyabr ayı üçün 324 m3, noyabr ayı üçün 1.422 m3, dekabr ayı üçün 3.960 m3 olmuşdur. 2020-ci ildə isə qazın sərfi yanvar, fevral və mart ayları üçün 2.952 m3, aprel ayı üçün isə 610 m3 olmuşdur. 2020-ci ilin may, iyun və iyul ayları üçün isə qaz sərfiyyat borcu 22.10 manatdır. Bundan əlavə görünür ki, 2012-ci il avqust ayının əvvəlinə hesablanmış 694,30 manat borc məbləği ödənilmiş qalıq borc qalmamışdır. Gasrep adlı sənəddən görünür ki, Cavabdeh 2012-ci il tarixdə 2010, 2011-ci illərdəki qalıq borclarla birlikdə qazdan istifadəyə görə 694,30 manat borc hesablanmış, həmin məbləğ 2012-ci ilin avqust ayında ödənilmişdir. İddiaçı İB-nin əməkdaşları Əfəndiyev Samir, İbrahimov Nizami və Quliyev Qafur tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” ******* saylı, xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni birləşmə olduğu müəyyən edilmişdir. Akt istehlakçı Cavabdeh iştirakı olmadan tərtib edilmiş, onun tərəfindən imzalanmamışdır. Bakı Regional Qazın X2 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün; QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları Əfəndiyev Samir, Məmmədov Ruslan və Quliyev Qafur tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” ******* saylı, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni birləşmə olduğu müəyyən edilmişdir. Akt istehlakçı Cavabdeh iştirakı olmadan tərtib edilmiş, onun tərəfindən imzalanmamışdır. Bakı Regional Qazın X2 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün; QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları Əfəndiyev Samir, Qasımov Heydər və Quliyev Qafur tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” ******* saylı, xx xxxxxxxx 2019cu il tarixli aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni birləşmə olduğu müəyyən edilmişdir. Akt istehlakçı Cavabdeh iştirakı olmadan tərtib edilmiş, onun tərəfindən imzalanmamışdır. Bakı Regional Qazın X2 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 144 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları Əfəndiyev Samir, Məmmədov Ruslan və Quliyev Qafur tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” ******* saylı, xx xxxxxxx 2019cu il tarixli aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni birləşmə olduğu müəyyən edilmişdir. Akt istehlakçı Cavabdeh iştirakı olmadan tərtib edilmiş, onun tərəfindən imzalanmamışdır. Bakı Regional Qazın X2 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün; QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları Əfəndiyev Samir, Məmmədov Ruslan və Quliyev Qafur tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” ******* saylı, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni birləşmə olduğu müəyyən edilmişdir. Akt istehlakçı Cavabdeh iştirakı olmadan tərtib edilmiş, onun tərəfindən imzalanmamışdır. Bakı Regional Qazın X2 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün; QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1422 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları Əfəndiyev Samir, İsgəndərov Fuad və Quliyev Qafur tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” ******* saylı, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni birləşmə olduğu müəyyən edilmişdir. Akt istehlakçı Cavabdeh iştirakı olmadan tərtib edilmiş, onun tərəfindən imzalanmamışdır. Bakı Regional Qazın X2 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün; QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 3960 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları Əfəndiyev Samir, İsgəndərov Fuad və Quliyev Qafur tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” ******* saylı, xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni birləşmə olduğu müəyyən edilmişdir. Akt istehlakçı Cavabdeh iştirakı olmadan tərtib edilmiş, onun tərəfindən imzalanmamışdır. Bakı Regional Qazın X2 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2020-ci il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün; QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları Əfəndiyev Samir, İsgəndərov Fuad və Quliyev Qafur tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” ******* saylı, xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni birləşmə olduğu müəyyən edilmişdir. Akt istehlakçı Cavabdeh iştirakı olmadan tərtib edilmiş, onun tərəfindən imzalanmamışdır. Bakı Regional Qazın X2 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2020-ci il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün; QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları Əfəndiyev Samir, İsgəndərov Fuad və Quliyev Qafur tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” ******* saylı, xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni birləşmə olduğu müəyyən edilmişdir. Akt istehlakçı Cavabdeh iştirakı olmadan tərtib edilmiş, onun tərəfindən imzalanmamışdır. Bakı Regional Qazın X2 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxx 2020-ci il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün; QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İB-nin əməkdaşları Əfəndiyev Samir, İsgəndərov Fuad və Quliyev Qafur tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” ******* saylı, xx xxxxx 2020-ci il tarixli aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni birləşmə olduğu müəyyən edilmişdir. Akt istehlakçı Cavabdeh iştirakı olmadan tərtib edilmiş, onun tərəfindən imzalanmamışdır. Bakı Regional Qazın X2 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxx 2020-ci il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 6 gün; QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 6 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 6 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 590 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 18-də yerləşən istehlakçı Cavabdeh yaşadığı fərdi yaşayış evində istifadə olunan qaz xəttinə cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən növbəti texniki baxış keçirilən zaman sayğacdan əlavə qaz xəttinə qoşulma olduğu müəyyən edilərək bununla bağlı fotoşəkillər çəkilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X4”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxxx 2020-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etməyi, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə bağlandıqdan əvvəl iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilmiş və aktlar tərtib edilmişdir. Qeyd olunan müqavilə bağlandıqdan sonra da iddiaçı təşkilatın əməkdaşları mütəmadi olaraq cavabdehin ünvanına gedərək onun tərəfindən sayğacdan kənar qeyri-qanuni istifadə edilməsini aşkar etmiş və bu barədə aktlar tərtib etmişlər. Hazırda iddiaçı tərəf həmin aktlara görə 1.846,40 manat, 2012-ci ildə hesablanmış debitor borcu olaraq 694,30 manat və qaz sərfiyyatına görə isə 1.7 manat (22.10-16.50-3.90=1.70) olmaqla, ümumilikdə 2.542,40 manat məbləğində pul tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının əmlakına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin “xx xxxx 2019-cu il tarixli akt üzrə hesablanmış 252 manat pulun tutulması” hissəsini əsaslı hesab edir. Belə ki, iddiaçı təşkilat tərəfindən ilk dəfə xx xxxx 2019-cu il tarixdə cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş və akt tərtib edillmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh 252 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməlidir. Məhkəmə iddia tələbinin “22.10 manat qaz sərfiyyatı borcundan qalıq borc kimi qalmış 1.7 manat pulun tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, abonent saldosundan müəyyən olunur ki, cavabdehin 2020-ci ilin may, iyun və iyul aylarına görə 22.10 manat qaz sərfiyyatı borcu olmuş, cavabdehin etdiyi ödənişlərdən 16.50 və 3.90 manat məbləğində borcdan tutulmalar aparılmış, nəticədə 1.7 manat qalıq borc qalmışdır. Ona görə də, məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, qazdan istifadəyə görə qalıq borc kimi qalmış 1.7 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “xx xxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 14,40 manat, xx xxxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 396 manat, xx xxxxxx 2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx xxxxxx 2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx xxxx 2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx xxxxx 2020-ci il tarixli ******* saylı akt əsasında 59 manat pulun tutulması” hissələrini isə əsassız hesab edir və ardıcıllıqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçı təşkilat tərəfindən çəkilmiş fotoşəkillərdən müəyyən olunur ki, cavabdehin qanunsuz qoşulduğu bildirilən qaz xətti cavabdehin yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadədə olan yoldan keçir və bu səbəbdən cavabdehin qaz xəttini kənar müdaxilələrdən qoruması qeyri-mümkündür. Həmçinin qanunsuz müdaxilənin məhz cavabdeh tərəfindən edilməsi işin hər hansı halı ilə də sübuta yetirilmir. Digər tərəfdən iddiaçı təşkilat tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, habelə məhkəmədə iddia qaldırılmadan davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin “2012-ci il üçün hesablanmış 694,30 manat məbləğində debitor borcunun tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia bu hissədə də təmin edilə bilməz. Belə ki, iddiaçı təşkilat cavabdehdən 2012-ci il üçün 694,30 manat məbləğində debitor borcunun tutulmasını xahiş etsə də, iş materiallarında olan abonent saldosundan müəyyən olunur ki, qeyd olunan borc cavabdeh tərəfindən ödənilmiş və onun 2012-ci ilə görə hər hansı məbləğdə debitor borcu qalmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2 və 551.2.1-ci maddələsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə həmçinin iddianın bu hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan borc məbləği cavabdeh tərəfindən ödənilməmiş olsaydı belə, iddiaçının 2012-ci ildə yaranmış borcun ödənilməsi ilə bağlı tələbi qeyd olunan normalara əsasən qüvvəsini itirdiyinə görə iddia tələbi bu hissədə təmin edilə bilməzdi. Məhkəmə həmçinin nəzərə alır ki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin qaz xəttinə qanunsuz qoşulduğunu sübut etməlidir. İddiaçı tərəfindən isə bunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş aktlarla bağlı məhkəmə bir daha qeyd edir ki, həmin aktlar cavabdeh tərəfindən imzalanmamış, aktların bir nüsxəsi cavabdehə təqdim edilməmiş, istehlakçı iştirak etmədiyi halda aktın tərtib edilməsinə bitərəf şəxslər (hal şahidləri) dəvət edilməmiş, dəfələrlə qanunsuz qoşulma halları həqiqətəndə aşkar edildiyi halda hüquq-mühafizə orqanlarına müraciət olunmamışdır. Təsvir olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə xx xxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 252 (iki yüz əlli iki) manat pul və istifadə edilmiş təbii qaza görə 1.7 (bir manat yetmiş qəpik) manat qalıq borc alınaraq İddiaçınə ödənilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddianın qismən təmin edilməsi əsas götürülməklə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 3 (üç) manatı cavabdehdən alınaraq İddiaçınə verilməli, dövlət rüsumunu qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə xx xxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 252 (iki yüz əlli iki) manat məbləğində pulun və istifadə edilmiş təbii qaza görə 1.7 (bir manat yetmiş qəpik) manatın, habelə 3 (üç) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5480/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5480/2020
18.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver