Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5500/2024 07.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş (açar sözlər: aliment, artırılma) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, aliment miqdarı artıraraq, alimentin müəyyən olunmuş məbləğinin artırılaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə hər ay, hər uşağa sabit pul məbləğində 235 manat, cami 470 manat alimentin və 61 manat mediasiya rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 05 iyul 2008-ci ildə 1902 nömrə ilə akt qeydləri kitabında qeyd olunaraq resmi nikaha daxil olaraq aile qurmuş, birgə nikahdan 09 sentyabr 2011-ci ildə X5 və 21 yanvar 2013-cü ildə X6 adlı övladları doğulmuşlar. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri kəskin şəkildə pisləşmişdir. Nəticədə Binəqədi Rayon Məhkəməsinin 2(001)-305\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən rəsmi nikahları pozulmuş və xx.xx.2011-ci il təvəllüdlü X1 ve xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 iyul 2019-cu il tarixindən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat aliment sabit pul məbləğində tutularaq iddiaçı X3 ödənilməsi qərarlaşdırılmışdır. Aldığı aliment pulu uşaqların ehtiyaclarını ödəmir. Ondan əlavə cavabdeh uşagın maddi ehtiyaclarını ödəməkdə heç bir köməklik göstərmir. O, tənha ana kimi uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Bu baxımdan da məhkəməyə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir.
İİ. Tərəflərin mövqeləri:
Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cavabdeh alimentin artırılmamasını xəstəliyi ilə əlaqələndirməsinə baxmayaraq birgə nikahda olduqları müddətdə cavabdeh uşaqların və ailənin maddi xərclərində iştirak etmədiyi üçü münasibətləri pozulmuşdur. Hazırlıq iclasından sonra artıq uşaqların əlavə dərsliklərə ehtiyacı olan zaman atalarına müraciət etməli olduqlarını bildirmişdir. Belə ki, nikah pozulduqdan bu günə kimi uşaqların maddi və mənəvi bütün ehtiyaclarını tək qarşılayır. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, özü rəsmi olaraq "xxxx" MMC-də satış təmsilçisi işləyir və orta aylıq əmək haqqı 800 manat təşkil edir. Onun məcburi ödənişlər hesablandıqdan sonra əmək haqqı kimi 714 manat aylıq gəliri vardır. Uzun müddətdir ki, sağalmayan və daimi müalicə tələb edən “bexteriya” xəstəliyindən əziyyət çəkir, bu xəstəlik sümüklərdə kəskin ağrılarla nəticələnir. O, xəstəliyi ilə əlaqədar hər 10 gündə bir “Embrel” iynəsini mütləq vurmalı, həmin iynənin bir ampula dəyəri 180 manat təşkil edir. Ümumiyyətlə hər 6 ayda bir dəfə olmaqla 10 gün müddətlik stasionar müalicə olunur. Maddi çəhətdən imkanı olmadığından qeyd etdiyi müayinə və müalicələrin xərci dövlət tərəfindən ödənilir. Ümumilikdə hər ay 540 manat yalnız iynəsi üçün xərc çəkir. Xəstəliyinə baxmayaraq iki övladının maddi xərclərində iştirak etmişdir. 320 manatdan artıq aliment ödəyə bilməsə də, uşaqlarını və mövcud vəziyyəti düşünüb hər ay 400 manat ümumilikdə sabit pul məbləğini ödəyə bilər. Lakin iddiaçı ondan 600-700 manat aliment tələb edir. Aliment məbləğindən əlavə uşaqlarla görüşən zaman onların əlavə ehtiyaclarını ödəməyə çalışır.
İİİ. İşin faktiki halları:
İş materiallarına əlavə olunmuş:
- AZ-İ seriyalı 416392 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarxli qətnaməsinə əsasən pozulmuş və bu barədə akt qeydləri kitabında 31 may 2022-ci il tarixdə 261 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Binəqədi Məhkəməsinin 2(001)-305/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment cavabdehdən Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. - AZEMİS Elektron Məhkəmə İnformasiya sistemindən iddiaçının gəlirləri ilə bğlı verilmiş sorğuda çıxarışdan görünür ki, İddiaçı aylıq 360 manat əmək haqqı olmaqla "xxxx" MMC-də satıcı, nəzarətçi-kassir kimi çalışır. - AZEMİS Elektron Məhkəmə İnformasiya sistemindən cavabdehin gəlirləri ilə bğlı verilmiş sorğuda çıxarışdan görünür ki, Cavabdeh aylıq 800 manat əmək haqqı olmaqla "xxxx" MMC-də satış üzrə nümayəndə kimi çalışır. -xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışın surətindən görünür ki, Əliyev X4 xəstəliyi və İİ dərəcəli oynaq funksional pozgunluq xəstəliyindən əziyyət çəkir.
İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “… aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. … məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Məhkəmə işin hallarını, sonuncu aliment məbləğinin 2020-ci il tarixdə müəyyən edilməsini, uşağın üstün maraqlarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyil. Uşağın valideynləri dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. 2020-ci il tarixdən hazırki müddətədək dəyişən şəraitə və tələbatlara müvafiq aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını istisna edilmir. Hazırki münasibətlər həddində qeyd edilməlidir ki, artıq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmiş yaşayış minimumu üzrə tələbat artmışdır. Alimentin minimum yaşayış səviyyəsinə uyğunlaşdırılması böyüməkdə olan uşağın artan tələbata uyğun bütün təminatlarını əhatə etmir və bu baxımdan diqqətə çatdırılmalıdır ki, digər tələbatlar uşaqlarla yaşayan valideyn tərəfindən qarşılandığı hamıya bəlli olan haldır və əlavə sübuta ehtiyacı yoxdur. Cavabdehin xəstəliyi, ölkə xaricində tibbi yardım nəticəsində xərclərinin artması, gəlirlərinin az olması onu ata kimi qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə məhkəmə uşağın maraqlarını, cavabdehin xəstəliyini və işin digər diqqətəlayiq hallarını əsas götürərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Məhkəməsinin 2(001)-305/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı; hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 215 manat olmaqla, ümumilikdə 430 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinin tələbinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübut etməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 5520 manat təşkil etdiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 71,6 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş vəsaitin əvəzi kimi 50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-305/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 215 manat olmaqla, ümumilikdə 430 (dörd yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 71,6 (yetmiş bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elnarə Vəliyeva