Məhkəmə qərarları › İş №2(001)-5503/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5503/2020

02.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5503/2020 02.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı (İB) Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş 2070,3 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində, 07-622 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın al]ısatqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus tərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00031 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla techiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan isfifadə qaydaları”nın tələblərinə əməksimək) və “X2”nın 65-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsüz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbili qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbil X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 165,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 265,7 manat, cəmi 1984,7 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbil qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 2070,3 manat (85,6 manat sayğac vasitəsi ilə istifadə edilən qazın dəyəri) təşkil etməkdədir. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə 2070,3 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə üzrə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonda Z.R.Qurbanov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, qaz sayğacından kənar xəttə qoşulma etməmişdir və tərtib olunmuş aktlardan məlumatı yoxdur, 2070,3 manat borcunun olması barədə heç vaxt bildiriş göndərilməmişdir. Onun yalnız sayğaca uyğun istifadə etdiyini qaza görə borcu ola bilər. Mülki iş materiallarında olan: xx xxxxx 2020-ci il tarixli, 07-622 saylı müqavilədən görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh məxsus mənzil təbii qazla təchiz edilmiş, mənizlə G-4 markalı sayğac quraşdırılmış, mənzildə istismar olunan qaz qurğularının siyahısında 1 ədəd “PQ-4”, “QSQ” cihazları göstərilmişdir. xx xxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 1656 kub metr müəyyən edilmişdir. xx xxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 1422 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 3960 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 2952 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 2952 kub metr müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 2952 kub metr müəyyən edilmişdir. xx xxxxx 2020-ci il tarixli, ******* nömrəli aktdan və həmin tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 2657 kub metr müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən edilən hallarına görə İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində, 07-622 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus tərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00031 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda ferdi yaşayış evini təbii qazla techiz edən qaz xəttinin üzərində isə G- 4 markalı,qaz sayğacı quraşdırılmışdır. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayarq qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən itirilmiş təbii qaza görə iddiaçıya borc hesablana bilməz. Lakin bununla yanaşı işin məhkəmə araşdırılması ilə cavabdehin abonent saldosuna əsasən onun qazın istifadəsinə görə 85,60 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, cavabdeh barəsində xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2020-ci il tarixli ******* saylı akt, xx.xx.2020-ci il tarixli ******* saylı akt, xx.xx.2020-ci il tarixli ******* saylı akt, 11.xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib olunarkən cavabdehin iştirakı təmin olunmamış, həmin aktlar əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamələrin cavabdehə rəsmi qaydada çatdırılmasına dair sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan tarixlərdə tərtib olunmuş aktlarda göstərilənlər öz təsdiqini tapmadığından, lakin cavabdehin qazın istifadəsinə görə 85,6 manat borcunun olduğu sübut olunduğundan iddia qismən təmin edilməli 85,6 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qismən təmin edildiyinə görə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 2 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh borcun əvəzi kimi 85,6 manat və dövlət rüsumunun əvəzi kimi 2 manat məbləğində pul vəsaiti məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar