Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5504/2020 02.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi X3 katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 2300,90 manat, dövlət rüsumuna görə 30 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 2300,90 manat, dövlət rüsumuna görə 30 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 07/392 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir.Cavabdehə məxsus ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı ********* nömrəli qaz sayğacı quraşdırılmışdır.Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2ci yarımbəndinin vəQazdan İstifadə Qaydalarının 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır.İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktları aşkar olunmuş və aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında müvafiq aktlar tərtib edilmişdir. Qeyd olunan faktlarla bağlı birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydaların pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, Cavabdeh xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 207 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat olmaqla cəmi 2327,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 30 manat borcu qalmışdır. Cavabdeh tərəfindən ödəniş edildikdən sonra İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumi 2300,90 manat təşkil etməkdədir. Cavabdehə birliyin işçiləri tərəfindən 2300,90 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2300,90 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2330,90 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, maddi imkanı olmadığından yaşadığı ünvanda iddiaçının qaz xəttinə qanunsuz qoşulmaqla qazdan istifadə etmiş, qanunsuz qoşulmanın hansı müddətdə davam etməsini xatırlamır. İddiaçı əməkdaşları bu faktı aşkar etdikdən sonra onunla xx.xx.2020-ci il tarixdə qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Bundan sonra onun evində olan istifadə etdiyi sayğac mexaniki sayğacla əvəz olunmuşdur. İddiaçının xəttinə qanunsuz qoşulsa da, iki nəfərdən ibarət ailə üzvü ilə birlikdə o, tələb olunan məbləğdə qazdan istifadə edə bilməzdi. Məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərində də onun ayda 15-20 manat dəyərində qazdan istifadə etməsi müəyyən olunur. Ona görə də vurulmuş ziyanı onun sərfiyyatına uyğun hesablanmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ-in maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta gündəlik iş rejimi 8 saat və 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta gündəlik iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə cəmi 3024 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-in maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta gündəlik iş rejimi 8 saat və 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta gündəlik iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə cəmi 1008 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-in maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta gündəlik iş rejimi 8 saat və 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta gündəlik iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə cəmi 1008 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-in maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta gündəlik iş rejimi 8 saat və 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta gündəlik iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə cəmi 1008 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində qeyri-qanuni birləşmə ilə sayğacdan kənar təbii qazdan istifadə olunduğu müəyyən edilərək dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-in maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta gündəlik iş rejimi 8 saat və 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta gündəlik iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə cəmi 1008 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində qeyri-qanuni birləşmə aşkar edilərək dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-in maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta gündəlik iş rejimi 8 saat və 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta gündəlik iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə cəmi 1008 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində qeyri-qanuni birləşmə ilə sayğacdan kənar təbii qazdan istifadə olunduğu müəyyən edilərək dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-in maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta gündəlik iş rejimi 4 saat və 30 gün qəbul edilməklə cəmi 324 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində qeyri-qanuni birləşmə ilə sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilərək dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli 07/199 saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuş, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 6 saat (4 saat yay rejimi) və hesabat müddəti 30 gün, QSQ-in maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta gündəlik iş rejimi 10 saat (4 saat yay rejimi) və 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta gündəlik iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə cəmi 2070 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində qeyri-qanuni birləşmə ilə sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilərək dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli 07/300 saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuş, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-in maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta gündəlik iş rejimi 24 saat və 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta gündəlik iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə cəmi 3960 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 07/589 saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuş, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-in maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta gündəlik iş rejimi 24 saat və 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta gündəlik iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə cəmi 2952 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni xətt birləşmə aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 07/721 saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuş, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-in maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta gündəlik iş rejimi 24 saat və 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta gündəlik iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə cəmi 2952 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni xəttdən istifadə etdiyi aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 07/1104 saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində sayğacdan kənar xətt ləğv olunmuş, akt Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-in maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta gündəlik iş rejimi 24 saat və 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta gündəlik iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə cəmi 2952 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 07/392 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən müəyyən olur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, Cavabdehtərtib olunan aktlar üzrə 2020-ci ilin iyul ayınadək hesablanan qaz sərfiyyatına görə borc 2300,90 manat təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2020-ci il tarixli ********* saylı mədaxil qəbzinin surətindən müəyyən olunur ki, Qurban Balayev İddiaçı İB-yə 20 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2020-ci il tarixli ********* saylı mədaxil qəbzinin surətindən müəyyən olunur ki, Qurban Balayev İddiaçı İB-yə 20 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2020-ci il tarixli ******* saylı mədaxil qəbzinin surətindən müəyyən olunur ki, Qurban Balayev İddiaçı İB-yə 15 manat ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər xx.xx.2017-ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin təbii qazdan sayğacdan kənar istifadə etməsini müəyyən edərək onun barəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində hər ay qanunsuz qoşulmanı aşkar edən akt tərtib etməklə özünün müəyyən etdiyi qaydada, yəni 24 saat iş rejimi ilə dəymiş ziyan hesablamışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, ailə tərkibi iki nəfərdən ibarət olan cavabdeh son bir neçə ayda 15-20 manat dəyərində təbii qazdan istifadə etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı cavabdehin təbii qazdan qanunsuz istifadəsi müəyyən olunsa da, iddiaçının tərtib etdiyi aktlar əsasında apardığı hesablamalara əsasən iki nəfərdən ibarət ailə tərkibi olan cavabdehin 11 ay ərzində yaşayış sahəsində 2327,40 manat dəyərində qazdan istifadə edə bilməsi imkanı inandırıcı deyildir. Bundan başqa cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən müəyyən olunur ki, cavabdehin yaşadığı evdə hər ay təxminən 20 manat dəyərində qazdan istifadə olunur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya vurulan maddi ziyan cavabdehin faktiki istifadə etdiyi qaz sərfiyyatına uyğun olaraq hər ay üçün 20 manat olmaqla hesabat aparılmalı, iddia ərizəsində qeyd olunan 56,5 manat ödəniş (2327,40+30-2300,90=56,5) nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə 11 ay üçün 163,5 manat ((11x20)-56,5=163,5) tutulmalı iddia ərizəsi maddi ziyanla bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 163,5 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 193,5 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5504/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5504/2020
02.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver