Məhkəmə qərarları › İş №2(001)-5506/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5506/2020

22.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5506/2020 22.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı (İB) Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İB-nə vurulmuş 5769,5 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 5799,5 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 07- 10 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında "İddiaçı" İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbil qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir.Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 388,8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 431,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 175,8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 147 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64,8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 369 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 118,1 manat, aktlar əsasında cəmi 3955,7 manat məbləğində “İddiaçı" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Əlavə olaraq, cavabdehin 2020-ci ilin mart-aprel ayları üzrə sərfiyyata görə 60 manat borcu yaranmışdır. Həmçinin, 2012-ci ilin avqust ayına 1757 manat qalıq borc təşkil etmiş, kartından 3 manat tutma aparılmışdır. Hazırda ümumi borc məbləği 5769,5 manat təşkil edir. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə borcun könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə üzrə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonda Z.R.Qurbanov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, sonuncu dəfə təxminən 2 il əvvəl qaz sayğacından kənar xəttə qoşulma etmiş, sonradan evlərinə sayğac quraşdırılmış və o, əlavə qoşulma etməmişdir. Mülki iş materiallarında olan: xx xxxx 2020-ci il tarixli, 07-10 saylı müqavilədən görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh məxsus mənzil təbii qazla təchiz edilmiş, mənizlə G-4 markalı sayğac quraşdırılmış, mənzildə istismar olunan qaz qurğularının siyahısında 1 ədəd “PQ-4”, 1 ədəd kombi cihazı göstərilmişdir. xx xxxxx 2017-ci il tarixli, ******* nömrəli aktdan və xx xxxxx 2017 tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 1944 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli aktdan və xx xxxxxx 2018-ci il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 2157 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli aktdan və xx xxxxxx 2018-ci il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 879 kub metr müəyyən edilmişdir. xx xxxx 2018-ci il tarixli, ******* nömrəli aktdan və xx xxxxx 2018-ci il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 735 kub metr müəyyən edilmişdir. xx xxxx 2018-ci il tarixli, ******* nömrəli aktdan və xx xxxx 2018-ci il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 666 kub metr müəyyən edilmişdir. xx xxx 2018-ci il tarixli, ******* nömrəli aktdan və xx xxx 2018-ci tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxx 2018-ci il tarixli, ******* nömrəli aktdan və xx xxxx 2018-ci il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 666 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli aktdan və xx xxxxxx 2018-ci il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 666 kub metr müəyyən edilmişdir. xx xxxxxxx 2018-ci il tarixli, ******* nömrəli aktdan və xx xxxxxxx 2018-ci il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 1008 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli aktdan və xx xxxxxx 2018-ci il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 1008 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli aktdan və xx xxxxxx 2018-ci il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 1008 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və xx xxxxxx 2019-cu il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 1008 kub metr müəyyən edilmişdir. xx xxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və xx xxxx 2019-cu il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 1008 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və xx xxxxxx 2019-cu il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 1008 kub metr müəyyən edilmişdir. xx xxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və xx xxxxx 2019-cu il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 1008 kub metr müəyyən edilmişdir. xx xxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və xx xxx 2019-cu il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və xx xxxx 2019-cu il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və xx xxxx 2019-cu il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və xx xxxxxx 2019-cu il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və xx xxxxxxxx 2019-cu il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və xx xxxxxxx 2019-cu il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 324 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və xx xxxxxx 2019-cu il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 1422 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan və xx xxxxxx 2019-cu il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 3960 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli aktdan və xx xxxxxx 2020-ci il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 2952 kub metr müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli aktdan və xx xxxxxx 2020-ci il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 2952 kub metr müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixli, ******* nömrəli aktdan və xx xxxx 2020-ci il tarixli komissiya rəyindən görünür ki, cavabdehə məxsus mənzil üzrə sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edilməsi aşkar edilmiş, itirilmiş təbii qazın miqdarı 1181 kub metr müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən, iş materiallarında olan akrtlar üzrə müəyyən edilmiş borc məbləğinə uyğun təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən edilən hallarına görə İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 07-10 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Sayğacdan kənar təbii qazdan istifadə etməsini cavabdeh özü də etiraf etsə də, qanunsuz qoşulmanı sonuncu dəfə 2 il əvvəl etdiyini bildirmişdir. Bundan başqa, iş materiallarında olan abonentin saldosundan görünür ki, 2012-ci ilin avqust ayına cavabdehə 1757 manat borc hesablanmış, lakin bu məbləğ 2013-cü ilin aprel ayına 0 manat təşkil etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia 1757 manat borcun tutulması hissəsində sübuta yetirilmədiyindən təmin edilməməlidir. Həmçinin, “G-4” markalı sayğac smart kart vasitəsilə işləməsi nəzərə alınarsa həmin sayğac üzrə borcun yaranması yalnız sayğacın müvafiq ekspertizası keçirilməsi yolu ilə aşkar oluna bilər ki, iddia ərizəsinə mart-aprel ayları üzrə hesablanmış 60 manat borcun müəyyən edilməsinə dair heç bir sübut da əlavə edilməmişdir. Buna görə, məhkəmə hesab edir ki, iddia həmin hissədə də rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı iş materiallarında olan aktlar üzrə müəyyən edilmiş zərərin əvəzi kimi 3955,7 manatdan cavabdehin kartından tutulmuş 3 manat çıxılmaqla ümumilikdə 3952,7 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyinə görə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 20 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi kimi 3952,7 manat və dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaiti məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar