Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5526/2023 07.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********66867 İphone 13 markalı telefon, Apple Adapter üçün 3311,82 manat ödənilməmiş hissə, 988,28 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Sıac kondisioner üçün, 590.9 manat ödənilməmiş hissə, 176.7 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X1 üçün, 325.04 manat ödənilməmiş hissə, 96.36 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X3 üçün, 103.9 manat ödənilməmiş hissə, 31 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd Hoffmann Sıac kondisioner, Dıspenser Hoffmann üçün 892.94 manat ödənilməmiş hissə, 261.06 manat dəbbə ümumilikdə 6778 manat borc, 87.78 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, İmei kod **********66867 İphone 13 markalı telefon, Apple Adapter, Hoffmann Sıac kondisioner, X1, Sonorous Surefix asqı, 2 ədəd Hoffmann Sıac kondisioner, Dıspenser Hoffmann almış və nəticədə 6778 (manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3311.82 manat (18 ay x 183.99 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********66867 İphone 13 markalı telefon, Apple Adapter üçün ümumilikdə, 4300.1 manat olmaqla ondan, 3311.82 manat ödənilməmiş hissə, 988.28 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 751.2 manat (24 ay x 31.3 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann Sıac kondisioner üçün ümumilikdə, 767.6 manat olmaqla ondan, 590.9 manat ödənilməmiş hissə, 176.7 manat dəbbə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 419.04 manat (18 ay x 23.28 manat + 0 manat ilkin ödəniş) olan X1 üçün ümumilikdə, 421.4 manat olmaqla ondan, 325.04 manat ödənilməmiş hissə, 96.36 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 133.9 manat (5 ay x 26 manat + 3.9 manat ilkin ödəniş) olan X3 üçün ümumilikdə 134.9 manat olmaqla ondan, 103.9 manat ödənilməmiş hissə, 31 manat dəbbə,xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2100 manat (24 ay x 87.5 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Hoffmann Sıac kondisioner, Dispenser Hoffmann üçün ümumilikdə 1154 manat olmaqla ondan, 892.94 manat ödənilməmiş hissə, 261.06 manat dəbbə borcu yaranmışdır.Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixində Hoffmann Sıac kondisioner-dən imtina etmiş və məhsul 856.8 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 350.26 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 856.8 manat, digər 4 müqavilə üzrə cəmi ödədiyi məbləğ 284.3 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarş tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya yönəldilə bilər. Tərəflərin izahatları və iddiaya münasibətləri:
3. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdeh müxtəlif tarixlərdə iddiaçı ilə 5 dəfə nisyə alqı-satqı müqaviləsi bağlayıb. Lakin sonradan cavabdeh öhdəliyini tam şəkildə yerinə yetirməmiş və halhazırda 6778 manat bocu vardır. O, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iki kondisioner və bir ədəd dispenser almış, lakin kondisionerin birini aldığı vaxtdan 14 gün müddət keçməsinə baxmayaraq qaytarmaq istəmiş və cavabdeh yaxşı müştəri olduğu üçün kondisioner qaytarılmışdır.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2021-ci il tarixli, №23168937 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2100 manat olan Hoffman Siac kondisioner və Hoffman dispenser Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində aylıq 87,5 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 25 iyul 2021-ci il, sonuncu ödəniş tarixi 25 iyun 2023-cü il müəyyən edilmişdir.
6. 25 iyun 2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №23168937 saylı saylı müqaviləyə əsasən Hoffman Siac kondisioner və Hoffman dispenseri qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.
7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2021-ci il tarixli, №24006754 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 751,20 manat olan Hoffman Siac kondisioner Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində aylıq 313 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur.
8. 12 avqust 2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №24006754 saylı saylı müqaviləyə əsasən Hoffman Siac kondisioneri qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.
9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli, №0359131 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 419,06 manat olan Samsung markalı mikrodalğalı soba Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 23,28 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur.
10. 24 sentyabr 2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №0359131 saylı saylı müqaviləyə əsasən Samsung markalı mikrodalğalı sobanı qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.
11. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2021-ci il tarixli, №0360944 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 133,89 manat olan Sonorous surefix asqı Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 5 ay ərzində aylıq 26 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur.
12. 20 dekabr 2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №0360944 saylı saylı müqaviləyə əsasən Sonorous surefix asqını qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.
13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2022-ci il tarixli, №0301896 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 3311,82 manat olan İmei kod **********66867 İphone 13 markalı telefon, Apple Adapter Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 183,99 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur.
14. 29 yanvar 2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №0301896 saylı saylı müqaviləyə əsasən İmei kod **********66867 İphone 13 markalı telefon, Apple Adapteri qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.
15. 10 avqust 2023-cü il maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3311,82 manat əsas, 988,28 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 590,9 manat əsas, 176,7 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 325,04 manat əsas, 96,36 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 103,9 manat əsas, 31 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 892,94 manat əsas, 261,06 manat cərimə olmaqla, ümumilikdə 5 müqavilə üzə 6778 manat məbləğində borcu vardır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixindən Hoffman Siac kondisionerdən imtina etmiş və məhsul 856,8 manat qiymətləndirilərək, borcdan silinməklə geri qaytarılmışdır.
16. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir;
17. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 87,78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 25 iyun 2021-ci il tarixli, №23168937 saylı, 12 avqust 2021-ci il tarixli, №24006754 saylı, 24 sentyabr 2021-ci il tarixli, №0359131 saylı, 20 dekabr 2021-ci il tarixli, №0360944 saylı və 29 yanvar 2022-ci il tarixli, №0301896 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilələr bağlanmış, nəticədə "xxxx" MMC müqavilələr üzrə əşyaları cavabdehə nisyə satmış, cavabdeh isə həmin əşyaları qəbul etmiş, hər bir müqavilədə nəzərdə tutulmuş ödəniş şərtlərini pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.
19. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixindən Hoffman Siac kondisionerdən imtina etmiş və məhsul 856,8 manat qiymətləndirilərək(alış qiymətinə bərabər), borcdan silinməklə geri qaytarılmışdır.
20. Hazırda iddiaçı müqavilələr üzrə yaranmış 5224,6 manat əsas, 1553,4 manat cərimə olmaqla, 6778 manat məbləğində borcun tutulmasını xahiş edir.
21. Bundan başqa iddia ərizəsində isə 12 avqust 2021-ci il tarixli, №24006754 saylı müqavilənin tarixi texniki yalnışlıqla xx.xx.2021-ci il kimi göstərilmişdir.
22. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir.
23. İddiaçı tərəfindən 87,78manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
26. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
27. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
28. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
29. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
30. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
31. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;
32. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;
33. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;
34. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
35. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur.
36. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
37. Müqavilələr üzrə tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, beş müqavilə üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı müqavilələr üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hər 5 müqavilə üzrə ümumilikdə hesablanmış 1553,4 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.
38. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edir.
39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
40. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
41. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən hər beş müqavilə üzrə hesablanmış dəbbə pulunun məbləği azaldılaraq, 1) 25 iyun 2021-ci il tarixli, №23168937 saylı müqavilə üzrə 89,29 manat, 2) 12 avqust 2021-ci il tarixli, №24006754 saylı müqavilə üzrə 59 manat, 3) 24 sentyabr 2021-ci il tarixli, №0359131 saylı müqavilə üzrə 32,50 manat, 4) 20 dekabr 2021-ci il tarixli, №0360944 saylı müqavilə üzrə 10,39 manat və 5) 29 yanvar 2022-ci il tarixli, №0301896 saylı müqavilə üzrə 300 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
42. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:
43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
46. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
47. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1) 25 iyun 2021-ci il tarixli, №23168937 saylı müqavilə üzrə əsas borca görə 892,94 manat, cərimə borcuna görə 89,29 manat, 2) 12 avqust 2021-ci il tarixli, №24006754 saylı müqavilə üzrə əsas borca görə 590,9 manat, cərimə borcuna görə 59 manat, 3) 24 sentyabr 2021-ci il tarixli, №0359131 saylı müqavilə üzrə əsas borca görə 325,04 manat, cərimə borcuna görə 32,50 manat, 4) 20 dekabr 2021-ci il tarixli, №0360944 saylı müqavilə üzrə əsas borca görə 103,9 manat, cərimə borcuna görə 10,39 manat, 5) 29 yanvar 2022-ci il tarixli, №0301896 saylı müqavilə üzrə əsas borca görə 3311,82 manat, cərimə borcuna görə 300 manat olmaqla, ümumilikdə 5715,78 manat məbləğində pul vəsaiti və 87,78 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
48. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 1) 25 iyun 2021-ci il tarixli, №23168937 saylı müqavilə üzrə əsas borca görə 892,94 manat, cərimə borcuna görə 89,29 manat, 2) 12 avqust 2021-ci il tarixli, №24006754 saylı müqavilə üzrə əsas borca görə 590,9 manat, cərimə borcuna görə 59 manat, 3) 24 sentyabr 2021-ci il tarixli, №0359131 saylı müqavilə üzrə əsas borca görə 325,04 manat, cərimə borcuna görə 32,50 manat, 4) 20 dekabr 2021-ci il tarixli, №0360944 saylı müqavilə üzrə əsas borca görə 103,9 manat, cərimə borcuna görə 10,39 manat, 5) 29 yanvar 2022-ci il tarixli, №0301896 saylı müqavilə üzrə əsas borca görə 3311,82 manat, cərimə borcuna görə 300 manat olmaqla, ümumilikdə 5715,78 (beş min yeddi yüz on beş manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 87,78 (səksən yeddi manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev