Məhkəmə qərarları › İş №2(001)-555/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-555/2022

06.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-555/2022 06.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 924 manat məbləğin Cavabdeh tərəfindən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 04.06.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Cavabdeh ünvan 2ay çay yatağından lazımi icazə sənədi olmadan 184,8 m2 həcmində qum-çınqıl qarışığı götürülmüşdür. Faktla əlaqədar onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 04.06.2021-ci il tarixli, 69102 saylı akt tərtib edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanununun tələblərini pozaraq inzibati xəta törətmiş, nəticədə Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 saylı qərarına əsasən onun barəsində təbiətə dəymiş ziyana görə 924 manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəli Cavabdeh 07.06.2021-ci il tarixli, 961 saylı məktubla göndərilsə də, cavabdeh iddia məbləğini ödəməkdən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, o, qeyd edilən inzibati xətanı törətməmiş və ona yanlış məlumat verildiyi üçün o, cəriməni ödəmişdir. Ona görə də iddia tələbinin təmin edilməsinə etiraz edirəm. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 04.06.2021-ci il tarixli, 69102 №-li aktdan görünür ki, Xaçmaz rayonu Çılğır kəndinın yaxınlığında Vəlvələçay çayının sol sahilində fəaliyyət göstərən "xxxx" MTK-y məxsus və hal-hazırda Cavabdeh tərəfindən istifadə edilən qum-çınqıl istehsalı sexinə baxış keçirilmiş və araşdırılma aparılmışdır. Araşdırma zamanı fiziki şəxs qum-çınqıl sexinin istifadəçisi Cavabdeh yazılı izahat verərək, istehsal sexini, qurğunu və avadanlıqları "xxxx" MTK-nın icarəəyə götürdüyünü bildirmişdir. İstehsal sexində xammal kimi istifadə edilən materialın götürüldüyü əraziyə baxış zamanı Xaçmaz rayonu Vəlvələçay çayının yatağında Çılğır kəndinin yaxınlığından ekskovator vasitəsi ilə qazıntı işləri aparılaraq, çay yatağından qum çınqıl qarışığını “Kraz” markalı yük avtomaşınlarına yükləyərək, sözügedən istehsal sexinə daşındığı müəyyən olunmuşdur. Qazıntı işlərinin aparıldığı ərazidən istifadə ilə əlaqədar Xaçmaz RİHB-nin Sərəncamı və yerin təkindən istifadəyə dair Ekoloji hüquqi normativ sənədlərin alınmadığı müəyyən olunmuşdur. Yerində ölçmə zamanı 11 metr eni, 14 metr uzunluğu və 2 metr dərinliyində qazıntı işləri aparılaraq, çınqıl qum qarışığı götürüldüyü aşkar edilmişdir. 04.06.2021-ci il tarixli, 69102 №-li aktın əlavəsi olan Cavabdeh tərəfindən faydalı qazıntıların qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyanın hesablama cədvəlindən görünür ki, dəymiş ziyanın ümumi məbləği 924 manat təşkil edir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 04.06.2021-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 04.06.2021-ci il tarixdə Xaçmaz rayonu Çılğır kəndinın yaxınlığında Vəlvələçay çayının yatağında (yerin təki) lazımi icazə sənədləri, ekoloji hüquqi nornativ sənədlər olmadan çınqıl qum qarışığını götürməklə, yerin təkindən qanunsuz istifadə etmişdir və Cavabdeh Azərbaycan Respublikası İXM-in 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02.07.2020-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh barəsində tərtib edilmiş 04.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında o, Azərbaycan Respublikası İXM-in 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətiyinə görə 3000 (üç min) manat cərimə edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının əmlakına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 924 (doqquz yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göründüyü kimi, iddiaçı qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 924 (doqquz yüz iyirmi dörd) manat dəymiş ziyan alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar