Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-557/2021 30.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi, İddiaçının nümayəndəsi X2 Cavabdeh Cavabdeh4 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 005R********** saylı kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 3632,28 ABŞ dolları məbləğində əsas borc, 3583,55 ABŞ dolları məbləğində faiz borcu, 1751,56 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 8967,39 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 26.07.2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 29.05.2015-ci il tarixli kredit razılaşması əsasında Cavabdeh4 24 ay müddətinə, aylıq 1.9167% olmaqla hissə-hissə qaytarmaq şərtilə 8.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 13.01.2016-cı il tarixli, 07.03.2016-cı il tarixli, 22.11.2016-cı il tarixli, 24.05.2017-ci il tarixli və 19.12.2017-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmçinin kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh4 üzərinə götürdüyü öhdəliyi pozaraq 15.01.2019-cu il tarixdən banka olan borcunu qaytarmamışdır. Cavabdeh götürdüyü borcdan ümumi olaraq 4367,72 ABŞ dolları ödəniş etmiş, 3632,28 ABŞ dolları məbləğində isə kredit borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Əhmədova iddianı müdafiə edib, ərizənin məzmunu ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianı əsas borc hissəsində qəbul etdiyini, faiz və cərimə borcu hissəsində isə qəbul etmədiyini bildirdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə keçirilən məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - iddiaçı "xxxx" ASC ilə borclu Cavabdeh4 arasında bağlanmış 05L000002292 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən kredit alana 120 ay müddətinə - 26.07.2022-ci il tarixədək 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. -"xxxx" ASC ilə borclu Cavabdeh4 arasında bağlanmış 005R********** nömrəli, 29.05.2015-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh4 24 ay müddətinə, aylıq 1.9167% olmaqla hissə-hissə qaytarmaq şərtilə 8.000 ABŞ dolları məbləğində kredit verilmişdir. -kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlərdən görünür ki, tərəflər arasında 13.01.2016-cı il tarixli 005R**********S nömrəli, 07.03.2016-cı il tarixli 005R**********SA nömrəli, 22.11.2016-cı il tarixli 005R**********SB nömrəli, 24.05.2017-ci il tarixli 005R**********SC nömrəli və 19.12.2017-ci il tarixli 005R**********SD nömrəli saziş müqavilələri bağlanmışdır. -26.07.2012-ci il tarixli 05S000005375 nömrəli, 29.05.2015-ci il tarixli 005S**********01 və 005S**********01 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və onlar iddiaçı ilə Cavabdeh4 arasında 26.07.2012-ci il tarixdə bağlanan 05L000002292 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. -iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - İddiaçı QSC-nin 19.08.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 Accessbank” QSC-yə 3632,28 ABŞ dolları məbləğində əsas borc, 3583,55 ABŞ dolları məbləğində faiz borcu, 1751,56 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 8967,39 ABŞ dolları borcu vardır. -Məhkəmə Ekspertiza Mərkəzinin 16.04.2021-ci il tarixli, 9/1540 nömrəli ekspert rəyindən görünür ki, 29.05.2015-ci il tarixdə bağlanmış 005R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla, 28.08.2020-ci il tarixə Cavabdeh4 "xxxx" QSC-yə əsas borcu 3297,29 ABŞ dolları, faiz borcu 3599,19 ABŞ dolları təşkil edir. -Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(001)-557/2021 nömrəli qərardadına əsasən İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc” tələbinə dair iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilmişdir. İddiaçı "xxxx" QSC ilə Cavabdeh4 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh4 münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh4 manat məbləğində əsas borc 3297,29 ABŞ dolları əsas borc, 3583,55 ABŞ dolları faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, digər cavabdehlər də (zaminlər) iddiaçı (kreditor) qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər (zaminlər) Cavabdeh2, Cavabdeh3 iddiaçı-kreditor "xxxx" QSC qarşısında cavabdeh-borclu Cavabdeh4 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehlərə münasibətdə araşdıran məhkəmə tələbi qismən əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Beləliklə, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə götürmüş olduqları öhdəliyi vaxtında və lazımınca icra etmədiklərindən kredit müqaviləsi üzrə ekspert rəyinə əsasən 3297,29 ABŞ dolları əsas borc, iddia ərizəsinə əsasən 3583,55 ABŞ dolları faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 1751,56 ABŞ dolları məbləğində deyil, 100 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 3297,29 ABŞ dolları əsas borc, 3583,55 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6980,84 (altı min doqquz yüz səksən dollar səksən dörd sent) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh4 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-557/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-557/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver