Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5581/2021 01.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə əsasında nümayəndəsi X2 , Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 18.292,24 ABŞ dolları, faiz borcu üzrə 4.760,31 ABŞ dolları olmaqla, cəmi 23.052,55 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-GK- *** dövlət qeydiyyat nömrəli “Hyundai İX35” markalı (buraxılış ili 2013, ban- TMAJU81BDDJ450886, rəngi-qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmannında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2219 saylı, 04 may 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında 25.06.2013-cü il tarixdə, № 01060 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 24.191 (iyirmi dörd min yüz doxsan bir) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-GK-*** dövlət qeydiyyat nömrəli “Hyundai İX35” markalı (buraxılış ili 2013, ban-TMAJU81BDDJ450886, rəngi-qara) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 27.06.2013-cü il tarixli, AA seriyalı, 090872 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 18.292,24 ABŞ dolları, faiz borcu üzrə 4.760,31 ABŞ dolları olmaqla, cəmi 23.052,55 ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında İddiaçı QSC BOKT-nın etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, o, kredit götürən zaman o, evli olmuş və bankdan 5 il müddətinə avtomobil alınması üçün kredit götürülmüşdür. Kredit onun adına olsa da, avtomobili yoldaşının qohumu almışdır. Avtomobil alındıqdan sonra o, həmin adamın adına etibarnamə vermiş və həmişə onun istifadəsində olmuşdur. O, 2016-cı ildə boşanmış və boşandıqdan sonra da ondan etibarnamə verməyini istəmişlər. O, 2017-ci ildə yenidən avtomobilin idarə olunması üçün etibarnamə vermiş və onda olan məlumata görə həmin avtomobil Banka təhvil verilmişdir. Bankdan götürülmüş kreditin və alınmış avtomobilin ona aidiyyatı olmadığından və hazırda avtomobil onda olmadığından iddanın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil cavabdehlə eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 25 iyun 2013-cü il tarixli 01060 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehə nəqliyyat vasitəsinin alınması məqsədi ilə 60 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 24.191 ABŞ dolları kredit vermiş, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. 25 iyun 2013-cü il tarixli 01060 saylı Kredit müqaviləsinə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, qeyd edilən kredit müqaviləsi əsasında götürülmüş kreditin aylıq məbləği hissə-hissə olmaqla 25 iyun 2018-ci il tarixə kimi qaytarılması razılaşdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassa məxaric orderindən görünür ki, 24.191 ABŞ dolları məbləğində pulu 02 iyul 2013-cü il tarixində Cavabdeh tərəfindən bankın kassasından qəbul edilmişdir. AC seriyalı 004082 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai İX35” minik markalı, **-GK-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdehdır. 25 iyun 2013-cü il tarixli, 1060 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC ilə bağlamış olduğu kredit müqaviləsinin təminatı kimi özünə məxsus “Hyundai İX35” minik markalı, **-GK-*** dövlət nömrə nişanlı avtomobili (ipoteka predmetini) banka girov qoymuş, bununla bağlı girov (ipoteka) qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 090872 saylı, 27 iyun 2013-cü il tarixli çıxarış verilmişdir. 25 iyun 2013-cü il tarixli 01060 saylı Kredit müqaviləsi üzrə tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh Banka 18.292,24 ABŞ dolları əsas və 4.760,31 ABŞ dolları faiz borcu vardır. Cavabdeh ünvanlanmış 02.06.2021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsi və 25 iyun 2013-cü il tarixli müqaviləyə əsasən, borcun İddiaçı QSC-yə keçməsi, 25 iyun 2013-cü il tarixli, 1060 saylı kredit müqaviləsinə əsasən borcun ödənilməsi, əks halda tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. 11 avqust 2015-ci il tarixli "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına uyğun olaraq, "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə vermiş və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da, İddiaçı QSC-yə güzəşt etmişdir. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə Əlavədən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satınalınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 04 may 2018-ci il tarixli, S-AVK-2214 saylı akta əsasən borclu Cavabdeh 23.052,55 ABŞ dolları məbləğində borcunun tələb edilməsi hüququ İddiaçı QSC-yə təvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə olunmuş 9/6989 saylı, 03 noyabr 2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları, 25 iyun 2013-cü il tarixli, 01060 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alaraq Cavabdeh 05 yanvar 2018-ci il tarixə "xxxx" ASC-yə olan əsas və faiz borcu ümumilikdə 23.052,55 ABŞ dolları ( əsas borc üzrə 18.292,24 ABŞ dolları, faiz borcu üzrə 4.760,31 ABŞ dolları) müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan avtomobilə tutma yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan 18.292,24 ABŞ dolları əsas borc, 4.760,31 ABŞ dolları faiz borcu olmaqla, cəmi 23.052,55 ABŞ dolları məbləğində borc iddiaçının xeyrinə tutulmalı, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehə qaytarılmalıdır. İddia tələbinin satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf ipotekaya qoyulmuş avtomobilin dəyərinin cavabdehin borcunu ödəməməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də iddia tələbinin “ipoteka predmeti olan əmlakın satışından əldə ediləcək pul vəsaiti tələbin ödənilməsi üçün kifayət etmədikdə tələbin ödənilməmiş hissəsinin cavabdehdən tutulmasına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatınım xeyrinə tutulmalıdır. Həmçinin, ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 18.292,24 (on səkkiz min iki yüz doxsan iki dollar 24 sent) ABŞ dolları əsas borc, 4.760,31 (dörd min yeddi yüz altmış dollar 31 sent) ABŞ dolları faiz borcu, cəmi 23.052,55 (iyirmi üç min əlli iki dollar 55 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü məzənnə üzrə manatla) və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Tutulacaq məbləğ Cavabdeh məxsus **-GK-*** dövlət qeydiyyat nişanlı “Hyundai İX35” minik markalı (buraxılış ili 2013, ban-TMAJU81BDDJ450886, rəngi-qara) avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməli olan əsas kredit borcu, kredit faizi və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılsın. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5581/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5581/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver