Məhkəmə qərarları › İş №2(001)-5588/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5588/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5588/2021 28.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 vərəsəsi olan cavabdehdən əsas borc üzrə 591,43 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Binəqədi” filialı ilə X6 arasında bağlanmış 17 yanvar 2017-ci il tarixli, 1165-17.01.2017-SM0054 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla, 1.650 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 17 mart 2019-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri 20 saylı Notariat Ofisinin 21 may 2021-ci il tarixli 130 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına oğlu Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Bank tərəfindən təqdim edilmiş 18 iyun 2021-ci il tarixli maliyyə arayışına əsasən, X4 vəfat etdiyi tarixə Banka ödənilməmiş 591,43 manat əsas borc olmaqla, cəmi 591,43 manat borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı etiraf edərək bildirdi ki, mərhum atasının iddiaçı banka həqiqətən də borcu vardır. O, atasının borcunu ödəməyə hazırdır. Buna görə də iddianın təmin edilməsini xahiş etdi. Bu barədə məhkəməyə yazılı ərizə də təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə X6 arasında bağlanmış 17 yanvar 2017-ci il tarixli, 1165-17.01.2017- SM0054 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank X5 illik 29% hesablanmaqla 36 ay müddətinə 1.650 manat məbləğində krediti verməyi, borcalan isə həmin kredit məbləğini müəyyən olunmuş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit məbləğinin ödəniş tarixinin əvvəli 17 fevral 2017-ci il tarixindən başlamaqla, 17 yanvar 2020-ci il tarixinə qədər geri qaytarılması nəzərdə tutulmuşdur; Bakı şəhəri 20 saylı Notariat Ofisinin 21 may 2021-ci il tarixli, 130 nömrəli məktubundan görünür ki, X4 adına oğlu Cavabdeh ərizəsi əsasında vərəslik işi açılmışdır, lakin vərəsələrin tam sırasının müəyyən olunması və vərəsəlik şəhadətnaməsi verilməməsi səbəbindən digər məlumatın verilməsi imkan xaricindədir; "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 25 may 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə bank ilə mərhum X6 ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini 5 gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə tərəflərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin cavabdehdən tutulması barədə məhkəmə qərarının çıxarılacağının xahiş olunacağı barədə xəbərdarlıq edilmişdir; 17 iyun 2021-ci il tarixli saylı ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-cu maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdeh mərhum atasının banka borcu olduğunu bildirərək tələb olunan borcu ödəməyə razı olduğunu, yəni cavabdehin iddianı etiraf etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 17 yanvar 2017-ci il tarixli, 1165-17.01.2017-SM0054 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 591,43 manat, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 0,4 manat bank xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. 17 yanvar 2017-ci il tarixli, 1165-17.01.2017-SM0054 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 591,43 (beş yüz doxsan bir manat, qırx üç qəpik) manat, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 0,4 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar