Məhkəmə qərarları › İş №2(001)-559/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-559/2022

05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-559/2022 05.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ona məxsus ağ rəngli 2014-cü il buraxılışılı BMW 5351 İ markalı **-RG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini təmir etdirmək üçün Cavabdeh1 və Cavabdeh2 verdiyi 6800 manatın sonunculardan tutulmasına, avtomobilə dair Cavabdeh4 ilə, Cavabdeh4 Cavabdeh5 ilə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, avtomobilin ilkin vəziyyətə qaytarılmasına, avtomobilin cavabdehlərdən alınaraq ona verilməsinə və ya 40000 ABŞ dollarının cavabdehlərdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ona məxsus ağ rəngli 2014-cü il buraxılışılı BMW 5351 İ markalı **-RG- *** dövlət qeydiyyat nişanlı minik avtomobilini təmir etdirmək üçün Cavabdeh1 və Cavabdeh2 verdiyi 6800 manatın sonunculardan tutulmasına, avtomobilə dair Cavabdeh4 ilə, Cavabdeh4 Cavabdeh5 ilə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, avtomobilin ilkin vəziyyətə qaytarılmasına, avtomobilin cavabdehlərdən alınaraq ona verilməsinə və ya 40000 ABŞ dollarının cavabdehlərdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı özünə məxsus BMW 535İ markalı 2014cü il buraxılışlı ** RG *** i/o qeydiyyat nişanlı avtomobillə 29.05.2021-ci il tarixdə Ləkənran şəhərində yol nəqliyyat hadisəsi törətmiş, bu barədə tanışı Cavabdeh1 telefonla danışarkən deyərək avtomobili vurulmuş vəziyyətdə 20000 ABŞ dollarına almaq istəyən müştəri olmasını bildirimiş, C.M. Bədəlov avtomobilin qiymətinin 40000 ABŞ dolları olmasını, onun tanışları vasitəsi ilə avtomobilin ucuz qiymətə düzəltdirilməsinin mümkün olmasını demişdir. Bundan sonra Ceyhun Lənkəran rayonuna gələrək iddiaçını Cavabdeh2 ilə tanış etmiş, avtomobili təmir etdirmək üçün onun tanıdığı təmir sexinə aparılmasını demişdir. İddiaçı azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün təyin olunan ərazidən kənarlaşa bilmədiyi üçün Ceyhun və Çingiz iddiaçıdan maşının təmiri üçün Gürcüstandan gətirilməli olan hissələrin pulunu 6800 manat alaraq əlavə xərclərində sonra alacaqlarını, maşına görə mülkiyyətçidən iddiaçının özünün tanıdığı şəxsin adına etibarnamə verilməli və həmin şəxsin də onların maşını Bakı şəhərinə tanıdıqları servisə aparanadək onlarla getməsini bildirmişlər. Avtomobil iddiaçının bacısının həyat yoldaşı X6 mülkiyyətində olduğundan mülkiyyətçidən 23.06.2021-ci il tarixdə tanıdıqları X16 avtomobilin servisə yerləşdirilməsi üçün Bakı şəhərinə aparılarkən problemlər yaranmamasına görə etibarnamə verilmişdir. Bakı şəhərindən iddiaçı ilə əlaqə saxlanılaraq maşının lazımı yerə yerləşdirilməsi, zərurət yaranarsa əhəmiyyət kəsb edən detalın dəyişdirilməsində söz-söhbət olmaması üçün müqavilə imzalanmasını, müqavilənin Vasif tərəfindən imzalanmasını bildirmişlər. İddiaçı da onlara inanaraq Vasifə imza etməsinə icazə vermişdir. İddiaçı maşının vəziyyəti ilə bağlı Ceyhuna hər dəfə zəng edərkən Ceyhun ona narahat olmamasını, avtomobilin yaxın günlərdə tam hazır olacağını demişdir. Sentyabr ayında iddiaçı Ceyhuna zəng edərkən aldadıldığını, avtomobilin qeydiyyat nişanının dəyişdirilərək başqa adamın adına keçirilməsini, şəhadətnamənin dəyişdirilərək AE153961, qeydiyyat nömrəsinin ** MB *** olmasını, avtomobilin Cavabdeh4 adına rəsmiləşdirilməsini bilmişdir. Cavabdehlərin Vasifi aldadaraq imza etdirdiklərini, bunun qarşılığında Vasifin heç bir məbləğ almadığını nəzərə alaraq alqı-satqı ləğv olunmalı, maşın ilkin vəziyyətə qaytarılmalı, iddiaçının mülkiyyəti kimi tanınmalı, eyni zamanda avtomobil cavabdehlər tərəfindən qəsdən pis vəziyyətə salınıbsa onun dəyəri iddiaçıya ödənilməlidir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğundan avtomobilin təmirinə görə 6800 manatın iddiaçının xeyrinə alınmasına, iddaçıya məxsus BMW 535İ markalı 2014-cü il buraxılışlı ** RG *** i/o qeydiyyat nişanlı avtomobilə dair alqısatqının etibarsız hesab edilərək, hazırda qeydiyyat nömrəsi ** MB *** olan BMW 535İ markalı 2014-cü il buraxılışlı Cavabdeh4 mülkiyyətində olan avtomobilin ilkin vəziyyətinə qaytarılmasına, alınaraq iddiaçıya verilməsinə və ya onun dəyəri olan 40000 ABŞ dollarının alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin dəyişdirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 cavabdehlər sırasına əlavə edilərək İddiaçı məxsus ağ rəngli 2014-cü il buraxılışılı BMW 5351 İ markalı **-RG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini təmir etdirmək üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi 6800 manatın sonunculardan alınaraq iddiaçıya verilməsinə, o, cümlədən avtomobilə dair Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, avtomobilin ilkin vəziyyətə qaytarılmasına, avtomobilin cavabdehlərdən alınaraq iddiaçıya verilməsinə və ya 40000 ABŞ dollarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə 24.11.2021-ci il tarixinə təyin olunan məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, X6 mülkiyyətində olan nəqliyyat vasitəsinin təmir edilməsi üçün İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6800 manat verərkən cavabdehlərdən hər hansı bir sənəd almamış, bu barədə məhkəməyə təqdim ediləcək sübutu yoxdur. İddiaçı və vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, İddiaçı vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak edən cavabdehlər işə mahiyyəti üzrə baxılmasını tələb etdiklərindən, məhkəmə işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh X19 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Faridi, Ceyhunu tanımır. Cavabdeh2 vasitəsi ilə tanış olduğu X6 etibarnaməsi əsasında X12 BMW 535 İ markalı **-RG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini almışdır. Avtomobil əvvəl ona 25000 ABŞ dollarına təklif olunmuş, lakin aralarında olan razılaşmaya əsasən o, avtomobili 22700 ABŞ dolarına almış, pulu V.A.Əliyevə ödəmişdir. Bir neçə aydan sonra isə həmin avtomobili 24800 ABŞ dollarına satmışdır. Cavabdeh3 onun xalası oğludur. Əli avtomobillə bağlı danışqlarda iştirak etməmiş, o, Əliyə avtomobili idarə etmək üçün yalnız etibarnamə vermişdir. İddiaçı şikayəti əsasında Lənkaran RPŞ-dən ona zəng edilmiş, o, mülki işə məhkəmədə baxılmasını bildirmişdir. Məhkəmə iclaslarında iddiaçının vəkili və nümayəndəsi iştirk etmədiyindən işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında göstərmişdir ki, İddiaçı iddiası tam əsassızdır. Belə ki, sürücülük etibarnaməsi ilə idarə etdiyi, özünə aid olmayan, mülkiyyətçi kimi tanıla bilməyən İddiaçı avtomobili satmaq üçün Bakıya göndərir, avtomobil satıldıqdan sonra qiymətdən narazı olmasını bildirir, buna görə də əsassız böhtan atır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh1 BMW 535 İ markalı **-RG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini satmaq istədiklərini demiş, Ceyhun da kömək edə biləcəyini bildirmişdir. Bundan sonra avtomobilin mülkiyyətçisi olan X6 etibarnaməsi əsasında nəqliyyat vasitəsi satılmışdır. İddiaçı avtomobilin təmirinə görə Ceyhuna və ya başqa şəxsə pul verməmiş, tərəflər arasında avtomobilin təmiri ilə bağlı danışıqlar, razılaşma olmamışdır. Nəqliyyat vasitəsi İddiaçı yalnız idarə edilməsi üçün verildiyindən iddiaçı həmin avtomobilə dair bağlanan müqavilələrin etibarsız hesab edilməsini, avtomobilin dəyərəni tələb etmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçı hüquqmühafizə orqanlarına təqdim etdiyi şikayəti cavabdehlərə təsir etmək məqsədi daşıyır, onun şikayətinin araşdırılması isə mülki iş üzrə icraatın dayandırılması üçün prossesual əsas deyildir. Ona görə də işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə 24.11.2021-ci il tarixinə təyin olunan məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, X13 X6 etibarnaməsi əsasında X14 BMW 535 İ markalı avtomobili satmasını demiş, R.D.Əsədov avtomobili qarşılıqlı razılıq əsasında 22700 ABŞ dollarına almışdır. Farid avtomobili ona təmir etdirmək üçün verməmiş, təmir üçün o, Fariddən pul almamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AD N 928387 saylı 12.10.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, BMW 535 İ markalı **-RG-*** i/o dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı nəqliyyat vasitəsi X6 mülkiyyətindədir. 22.02.2021-ci il tarixli ƏN-V 518551 saylı etibarnamənin surətindən müəyyən olunur ki, X17 mülkiyyətində olan BMW 535 İ markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 21.09.2028-ci il tarixədək idarə etmək üçün İddiaçı etibar etmişdir. AC 748193 saylı 28.09.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, BMW 535 İ markalı **-XE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin BMW 535 İ markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından müəyyən olunur ki, həmin avtomobilə dair X6 mülkiyyət hüququ 12.10.2020-ci il tarixdə qeydə alınmış, F.S.X1, İddiaçı, X16 etibarnamə vermiş, avtomobilə dair X7 mülkiyyət hüququ 24.05.2021-ci il tarixdə qeydə alınmış, E.D.Əsgərov tərəfindən Cavabdeh3 etibarnamə verilmiş, avtomobilə dair X5 mülkiyyət hüququ 28.09.2021-ci il tarixdə qeydə alınmış, S.Cavabdeh5 Cavabdeh5 etibarnamə vermişdir. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərmişdir ki, o, mülkiyyətində olan BMW 535 İ markalı **-XE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X8 24800 ABŞ dollarına almışdır. Nəqliyyat vasitəsinə dair atası Cavabdeh5 etibarnamə vermişdir. Avtomobilə dair mübahisənin olmasını o, atası Cavabdeh5 cavabdeh qismində məhkəməyə dəvət olunarkən bilmişdir. Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı M.Adilzadənin 19.12.2021-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı müraciəti əsasında ilkin təhqiqat materialı araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Lənkəran ŞRPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı iddia ərizəsində BMW 535 İ markalı **-RG-*** i/o dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı nəqliyyat vasitəsinin ona məxsus olmasını qeyd etsə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, BMW 535 İ markalı **-RG-*** i/o dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı nəqliyyat vasitəsi X6 mülkiyyətində olmuş, mülkiyyətçi 22.02.2021-ci il tarixli ƏN-V 518551 saylı etibarnaməsi ilə həmin nəqliyyat vasitəsini 21.09.2028-ci il tarixədək, yalnız idarə etmək üçün İddiaçı etibar etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla daha sonra müəyyən olunmuşdur ki, BMW 535 İ markalı **-RG-*** i/o dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi X6 veridiyi etibarnamə əsasında Cavabdeh4, sonuncu mülkiyyətçi Cavabdeh4 tərəfindən isə X2, hal-hzırda nəqliyyat vasitəsinin mülkiyyətçisi X10r. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Belə ki, qüvvədə olan MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi iddiaçıya BMW 535 İ markalı **-RG-*** i/o dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair yalnız idarə etmək üçün etibarnamə verildiyindən, nəqliyyat vasitəsi barədə sərəncam vermək hüququ iddiaçı tərəfindən deyil, nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən verildiyindən İddiaçı avtomobilə dair bağlanmış müqavilələri mübahisələndirmək, avtomobili və ya dəyərinə görə pul vəsaitini tələb etmək, bağlanmış əqdlərin nəticələrini ləğv edilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə iddiaçının avtomobili təmir etdirmək üçün Cavabdeh1 və Cavabdeh2 verdiyi 6800 manatın sonunculardan onun xeyrinə tutulması tələbi ilə bağlı qeyd edir ki, iddia tələblərində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı bu cavabdehlərə avtomobili təmir etdirmək tapşırığı verməsinə, tapşırığın icrası ilə bağlı 6800 manat ödəməsinə dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə iddiaçının bu tələbini sübuta yetirilə bilinməməsi əsası ilə təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ona məxsus ağ rəngli 2014-cü il buraxılışılı BMW 5351 İ markalı **-RG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini təmir etdirmək üçün Cavabdeh1 və Cavabdeh2 verdiyi 6800 manatın sonunculardan tutulmasına, avtomobilə dair Cavabdeh4 ilə, Cavabdeh4 Cavabdeh5 ilə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, avtomobilin ilkin vəziyyətə qaytarılmasına, avtomobilin cavabdehlərdən alınaraq ona verilməsinə və ya 40000 ABŞ dollarının cavabdehlərdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar