Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5619/2020 03.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Nikoyl İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC olmuşdur. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh Nikoyl İKB ASC-dən illik 23% ödəmək 36 ay müddətinə qaytarmaq şərti ilə 2500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci il tarixinə Cavabdeh əsas borc üzrə 2389,85 manat, faiz borcu üzrə 127,55 manat, cərimə borcu üzrə 11,41 manat olmaqla cəmi 2528,81 manat borcu vardır. Ona görə də İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsinə, kredit müqaviləsinə əsasən əsas borc üzrə 2389,85 manatın, faiz borcu üzrə 127,55 manatın, cərimə borcu üzrə 11,41 manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən olunur ki, Nikoyl İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC olmuşdur. Borcverən Nikoyl İKB ASC borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3-Y-2-0- 1714-19 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədilə 36 ay müddətinə qaytarmaq, illik 23% ödəmək şərti ilə 2500 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.1.5-ci bəndinə əsasən kreditorun müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar kreditin hesablanmış faizlər və cərimə faizləri ilə birlikdə qaytarılmasını tələb etmək hüquq var. Nikoyl İKB-nin kassa məxaric orderinin surətindən müəyyən olunur ki, bank borcalan Cavabdeh ayrılmış kreditə görə 2500 manat vermişdir. xx.xx.2019-cu il tarixli 3-Y-2-0-1714-19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsas borca görə 2500 manat, faiz borcuna görə 983,92 manat olmaqla cəmi 3483,92 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Nikoyl İKB-nin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli 3-Y-2-0-1714-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə əsas borca görə 2389,85 manat, faiz borcuna görə 127,55 manat, cərimə borcuna görə 11,41 manat borcu vardır. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Cavabdeh xx.xx.2019-cu il tarixli 3-Y-2-0- 1714-19 saylı kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsi nəticəsində İddiaçı ASC-yə əsas borca görə 2389,85 manat, faiz borcuna görə 127,55 manat, cərimə borcuna görə 11,41 manat borcunun qalması öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit müqaviləsinin ləğv edilməsinə, əsas borca görə 2389,85 manat, faiz borcuna görə 127,55 manat, cərimə borcuna görə 11,41 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair tələblərini əsaslı hesab edib iddia ərizəsi tam həcmdə təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Nikoyl İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3-Y-2-0-1714-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 3-Y-2-0-1714-19 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2389,85 manat, faiz borcuna görə 127,55 manat, cərimə borcuna görə 11,41 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2558,81 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5619/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5619/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver