Məhkəmə qərarları › İş №2(001)-5647/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5647/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5647/2020 04.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmışxx.xx.2013-cü il tarixli 01335 nömrəli kredit müqaviləsinə əsasənCavabdeh 60 ay müddətinə qaytarmaq 18 % dərəcəsi ilə hesablanmaqla21968 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi banklaCavabdeh arasındaxx.xx.2013-cü il tarixli 1335 saylı ipoteka müqaviləsi imzalanmışdır. İpoteka müqaviləsinin predmeti kimi cavabdehə məxsusHyundai İX-35 minik markalı, tip-universal, buraxılış ili 2013, mühərrik-G4NADU172200, BAN- KMHJT81EBEU806004, **-SU-*** qeydiyyat nişanlı avtomobil çıxış edir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixinəxx.xx.2013-cü il tarixli, 01335 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 13560,43 ABŞ dolları əsas kredit borcu mövcuddur.Cavabdehə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Dövlət X3 qeydiyyatdan keçirilmişdir. Ona görə də Cavabdeh iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə əsas borca görə 13560,43 ABŞ dollarının, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutululması, tutmanın xx.xx.2013-cü il tarixli 1335 saylıipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan cavabdehə məxsus Hyundai İX-35 minik markalı, tip-universal, buraxılışili 2013, mühərrik-G4NADU 172200, BAN-KİVİHJT81EBEU806004, **-SU-*** qeydiyyat nişanlı avtomobiləyönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sənaye filialı ilə onunarasında bağlanmışxx.xx.2013-cü il tarixli 01335 nömrəli kredit müqaviləsinə əsasənona 60 ay müddətinə qaytarmaq şərti, 18% dərəcəsi ilə hesablanmaqla21968 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi onunla bankarasındaxx.xx.2013-cü il tarixli 1335 saylı ipoteka müqaviləsi imzalanmış və o, mülkiyyətində olan Hyundai İX-35 minik markalı **-SU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini ipoteka ilə yüklü etmişdir. O, banka olan 13560,43 ABŞ dolları borcunu qəbul edir və borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli № 01335 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank nəqliyyat vasitəsinin alınması məqsədilə 60 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixinədək qaytarmaq, illik 18% ödəmək şərti ilə 21968 ABŞ dolları məbləğində kredit verməyi borcalan isə krediti qəbul edərək, bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixli № 01332 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək əsas borca görə 21968 ABŞ dolları, faiz borcuna görə 11489,47 ABŞ dolları olmaqla cəmi 33457,47 ABŞ dolları borcu ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, Cavabdeh 21968 ABŞ dollarını Azərbaycan Beynəlxalq Bankı ASC-dən almışdır. İpoteka saxlayan Azərbaycan Beynəlxalq Bankı ASC ilə ipoteka verən Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli № 1335 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış xx.xx.2013-cü il tarixli № 01335 saylı kredit müqaviləsinə əsasən 21968 ABŞ dolları məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi ipoteka verən Hyundai İX-35 minik markalı, tip-universal, buraxılış ili 2013, mühərrik-G4NADU172200, BAN-KMHJT81EBEU806004qara rəngli nəqliyyat vasitəsini ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.2-ci bəndindən müəyyən olunur ki, ipoteka ilə yüklü edilmiş əmlak tərəflərin razılığı ilə 25844 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsinin AA № 111783 seriyalı xx.xx.2013-cü il tarixli çıxarışından müəyyən olunur ki, ipoteka qoyan Cavabdeh ilə ipoteka saxlayan Azərbaycan Beynəlxalq Bankı ASC arasında Hyundai İX-35 minik markalı **-SU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsinə dair bağlanmış xx.xx.2013-cü il tarixli 1335 saylı ipoteka müqaviləsi qeydə alınmışdır. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2020-ci il tarixli 669 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020ci il tarixə əsas borca görə 13560,43 ABŞ dolları borcu vardır. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli 14/A 1843 saylı bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə kreditin tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 439.1.-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2.-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7.-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC ilə bağladığı xx.xx.2013-cü il tarixli № 01335 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində əsas borca görə 13560,43 ABŞ dolları borcunun yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli № 01335 saylı kredit müqaviləsi üzrə əsas borca görə 13560,43 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 30,40 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulsun. Cavabdeh məxsus Hyundai İX-35 minik markalı**-SU-*** qeydiyyat nişanlı avtomobil açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən 13560,43 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 30,40 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar