Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5650/2022 29.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X7 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə ödənilməmiş 8350 ABŞ dollarının və 17.000 manat məbləğində pulun, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbinin onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 26.000 ABŞ dolları məbləğində borc pul verilmişdir. Cavabdeh həmin borcdan 30.000 manatı işçisi X4 vasitəsilə geri qaytarsa da, qalan 8350 ABŞ dollarını və əlavə olaraq şahidlərin yanında götürdüyü 17.000 manat pulu xx.xx.2021-ci il tarixinədək geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş və götürdüyü borcları geri qaytarmamışdır. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə qabaqcadan qanuna müvafiq qaydada məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsindən görünür ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixədək geri qaytarmaq şərti ilə 26.000 ABŞ dolları məbləğində pul borc vermişdir. - Cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, İddiaçı İran İslam Respublikasının vətəndaşı X6 31 200 manat borc almasına və sonuncunun həmin pulu geri qaytarmaması barədə şikayəti əsasında toplanmış materiallarında əlavə edilmiş borc müqavilələrindən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən tərəflər arasında 26.000 ABŞ dollarına dair, xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən isə 17.000 manata dair borc müqaviləsi bağlanmışdır. İran İslam Respublikası vətəndaşı Sagha Farzin müəyyən olunaraq istintaqa təqdim edilməsi üçün Nərimanov RPİ-nin 18-ci PŞ-nə tapşırıq verilsə sə, müsbət nəticə əldə olunmamış və sonuncunun izahatının alınması mümkün olmamışdır. Həmçinin, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, iddiaçı onun atasıdır. Cavabdehi də tanıyır, mütamadi olaraq atasından borc alıb. Cavabdeh əvvəlki aldığı dollarla olan borcunun bir hissəsini geri qaytardıqdan sonra, 2021ci ilin sentyabr ayında atasının ofisində onun və atasının dostu X8 iştirakı ilə atasından 17 000 manat məbləğində borc pul götürmüşdür. Lakin bu günədək aldığı pulu geri qaytarmadığından, atası bununla bağlı polisə şikayət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirdi ki, iddiaçı onun dostudur. Cavabdehi iddiaçının ofisində 2 dəfə görüb. Həmin ofis Şərq bazarının yaxınlığında yerləşir. İddiaçı ilə cavabdehin arasında biznes münasibətləri mövcud idi. Sonuncu dəfə cavabdehi 2021-ci il tarixdə təxminən sentyabr ayında görüb və həmin gün cavabdeh iddiaçıdan borc pul aldı. İddiaçı pul məbləğini onun və oğlu Məmmədtağının yanında cavabdehə vermişdir.Cavabdeh aldığı borc pulu yaxın günlərdə qaytaracağını bildirmişdir. Sonradan iddiaçının yanında olarkən o cavabdehin pulu geri qaytarmadığı barədə narazılığın bildirmişdir. Məhkəmə iddia tələbinin 8350 ABŞ dolları məbləğində borcun qaytarılması hissəsinə münasibətdə hesab edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 386.1, 425.1, 427.3, 442, 448 və 739.1-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqavilələri əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam yerinə yetirməmişdir. Odur ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 17 000 manat pul məbləğinin qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında 17000 manat pul məbləğinin borc verilməsinə dair müqavilə yazılı formada bağlanmasa da (MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır), faktiki olaraq tərəflər arasında işguzar münasibətlərdən irəli gələn əlaqələr olmuşdur və iddiaçı onunla cavabdeh arasında olan etibarlı münasibətlərə güvənərək 17 000 manat pul məbləğini cavabdehə vermişdir. Lakin cavabdeh həmin pul məbləğini geri qaytarmaqdan boyun qaçırır. Odur ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı verdiyi pul vəsaitini tələb etməkdə haqlıdır və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X5 8350 (səkkiz min üç yüz əlli dollar) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 17 000 (on yeddi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-5650/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5650/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver