Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-569/2021 10.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 5940,40 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5970,30 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 5940,40 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5970,30 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə abonent Cavabdeh arasında 28.07.2017-ci il tarixdə 11/3885 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10002 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 İtron markalı 1202AQ**********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin X1 6.5-ci bəndinin və Qaz təchizatı haqqında Qanunun 6.2-ci bəndinin tələbləri pozularaq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Belə ki, 28.11.2016-cı il tarixli ******* saylı akt əsasında 269,70 manat, 23.02.2017-ci il tarixli ******* saylı akt əsasında 563,60 manat, 30.03.2017-ci il tarixli ******* saylı akt əsasında 226,80 manat, 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 1062,20 manat, 27.02.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, 11.05.2018-ci il tarixli ******* saylı akt əsasında 412,20 manat, 21.06.2018-ci il tarixli ******* saylı akt əsasında 153,60 manat, 25.07.2018-ci il tarixli ******* saylı akt əsasında 93,60 manat, 19.11.2018-ci il tarixli ******* saylı akt əsasında 381,60 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 532,80 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 21.04.2020-ci il tarixli ******* saylı akt əsasında 206,60 manat, 29.06.2020-ci il tarixli i006098 saylı akt əsasında 32,40 manat olmaqla cəmi 5745,90 manat İddiaçınə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Aktlar üzrə yaranmış borc məbləğindən əlavə olaraq cavabdehin 10/2017-ci il tarixinə kimi 181,50 manat məbləğində qalıq borcu da qalmışdır. Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq 2020-ci ilin aprel, may və iyun ayları üçün istifadə edilmiş qaz sərfiyyatına görə ödənilməmiş 4,70; 6,70; 2,10 və 9 manat məbləğində debitor borcları da yaranmışdır. İlk 9 akt üzrə toplanmış məbləğ Gasreporta köçürüldükdən sonra cavabdeh tərəfindən 04/2019-cu il tarixində 19 manat məbləğində ödəniş edilmiş, həmin ödənişin 9,50 manat hissəsi borca tutulmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda Agis və Gasreport üzrə sistemdən çıxarılmış saldolar üzrə qalıq və debitor borcla birlikdə ümumi olaraq 5940,40 manat (sistemdə qalıq qalmış 0,02 manatla birgə) təşkil etməkdədir. Keçən son 3 il ərzində cavabdeh tərəfindən 19 manat məbləğində ödənişin edilməsi, onun tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulmaqla təbii qazdan ödənişsiz istifadə etməsinə dəlalət verir. Ona görə də Cavabdeh İddiaçı İB-yə vurduğu maddi ziyana görə 5940,40 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5970,40 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış 28.07.2017-ci il tarixli № 11/3885 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilədən müəyyən olur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 28.11.2016-cı il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsinin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi müəyyən edilərək dəymiş ziyanın hesablanması qərara alınmış, Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 30.11.2016-cı il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 28.11.2016-cı il tarixli ******* saylı akta cəmi 2697 m3 itirilmiş qazın bərpası üçün aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 23.02.2017-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsinin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi müəyyən edilərək dəymiş ziyanın hesablanması qərara alınmış, Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 28.02.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 23.02.2017-ci il tarixli ******* saylı akta əsasən cəmi 2818 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 30.03.2017-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsinin qaz sayğacına baxış keçirilən zaman mənzildə təbii qazdan sayğacdan kənar istifadə olunması müəyyən edilərək dəymiş ziyanın hesablanması qərara alınmış, Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 31.03.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 30.03.2017-ci il tarixli ******* saylı akta əsasən cəmi 1134 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 31.01.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzilin qaz sayğacına baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 31.01.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 31.01.2018-ci il tarixli ******* saylı akta əsasən cəmi 5311 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 27.02.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsinin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar xətt aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 28.02.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 27.02.2018-ci il tarixli ******* saylı akta əsasən cəmi 1008 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 11.05.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsinin qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni xətdən istifadə edilməsi aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 21.05.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 11.05.2018-ci il tarixli ******* saylı akta əsasən cəmi 2061 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 21.06.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsinin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar xətdən istifadə edilməsi aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmış, Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 21.06.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 21.06.2018-ci il tarixli ******* saylı akta əsasən cəmi 768 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 19.11.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsinin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar rezin boru vasitəsilə qeyriqanuni istifadə etdiyi aşkar olunmuş, Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 26.11.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 19.11.2018-ci il tarixli ******* saylı akta əsasən cəmi 3816 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 29.03.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 29.03.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 29.03.2019-cu il tarixli ******* saylı akta əsasən cəmi 5328 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 30.04.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 30.04.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 30.04.2019-cu il tarixli ******* saylı akta əsasən cəmi 1332 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 30.05.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni istifadə aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 30.05.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 30.05.2019-cu il tarixli ******* saylı akta əsasən cəmi 324 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 28.06.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni istifadə aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 28.06.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 28.06.2019-cu il tarixli ******* saylı akta əsasən cəmi 324 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 30.08.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 30.08.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 30.08.2019-cu il tarixli ******* saylı akta əsasən cəmi 648 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 30.01.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzilin qaz sayğacında qeyri-qanuni təbii qazdan istifadə aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 30.01.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 30.01.2020-ci il tarixli ******* saylı akta əsasən cəmi 7560 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 28.02.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzilin qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 28.02.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 28.02.2020-ci il tarixli ******* saylı akta əsasən cəmi 2952 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 30.02.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzildə qaz sayğacına baxış keçirilən zaman qeyri qanuni təbii qazdan istifadə aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 30.03.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 30.03.2020-ci il tarixli ******* saylı akta əsasən cəmi 2952 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 21.04.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı 21.04.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş 21.04.2020-ci il tarixli ******* saylı akta əsasən cəmi 2066 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 1585,40 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 15.01.2021-ci il tarixli 10/3378 saylı rəyindən müəyyən olunur ki, ünvan 3 ünvanına sayğacdan kənar qaz xəttinə qoşulma halının olması müəyyən edilmişdir. Əlavə sənədlərin təqdim olunması barədə 06.11.2020-ci il tarixli vəsatətdə göstərilən məlumatlar təqdim edilmədiyindən İddiaçınə vurulmuş ziyanı müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, mülki iş materiallarına müxtəlif tarix və nömrəli təbii X1 pozulması haqqında aktlar əlavə edilmiş və həmin aktlara əsasən abonentin qazdan sayğacdan kənar istifadə etməsi göstərilmişdir. İş materiallarında olan sonuncu 21.04.2020-ci il tarixli ******* №-li Təbii X1 pozulması haqqında aktda istehlakçı Cavabdeh olan mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyriqanuni istifadənin aşkarlandığı göstərilmişdir. Sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyinə görə Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri Eldəniz Əbilov və Kənan Nəsirov tərəfindən təbii qaz təchizatı qaynaq vasitəsilə dayandırılmış və bu barədə akt tərtib edilmişdir. Həmçinin akta kənar müdaxilə halını əks etdirdiyini göstərən fotoşəkillər əlavə edilmişdir. Mülki iş materiallarında həmin, yəni 21.04.2020-ci il tarixdən sonra istehlakçının sayğacdan kənar təbii qazdan istifadə etməsi barədə məlumat yoxdur. Yəni yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, 21.04.2020-ci il tarixdən sonra Sabunçu rayonu Maştağa qəsəbəsi İ.Həsənov (Xanlar) küçəsi 0051-0002 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh tərəfindən sayğacdan kənar qoşulma halı müəyyən edilməmişdir. Beləliklə, mülki iş materiallarında olan təbii X1 pozulması haqqında aktlara əsasən ünvan 3 ünvanına sayğacdan kənar qaz xəttinə qoşulma halının olması müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İddiaçı cavabdehin qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazı talamasını iddia etsə də, bu halı məhkəmə tədqiqatı zamanı sübuta yetirə bilməmişdir. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı 4 il ərzində cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulması barədə akt tərtib etsə də, bu aktların heç birini cavabdehə təqdim etməmiş, aktlar cavabdeh tərəfindən imzalanmamış, 4 il ərzində qazın talanması faktı ilə bağlı iddiaçı hüquqmühafizə orqanına müraciət edilməmiş, cavabdehhin faktla bağlı izahatı alınmamışdır. Məhkəmə iş üzrə keçirilən Məhkəmə Ekspertiza Mərkəzinin 15.01.2021-ci il tarixli 10/3378 saylı rəyinə münasibət bildirib qeyd edir ki, ekspert tərəfindən kifayət qədər araşdırma aparılmadan yalnız iddiaçının tərtib etdiyi aktlara əsaslanaraq verilmiş, cavabdehin sayğacdan kənar qaz xəttinə qoşulma halını müəyyən edən rəy qoşulma faktının təsdiq olunması kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə qeyd olunan rəyi iddia tələbində istinad olunan halları təsdiq edən mötəbər sübut növü kimi qəbul etmir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X1 təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 6.5.-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6.-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7.-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçının sübut kimi istinad etdiyi aktların surətlərindən müəyyən olunur ki, həmin aktlar cavabdeh tərəfindən imzalanmamış, aktlarda cavabdehin aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi foto şəkillərin isə hansı akta aid olmasını, nə vaxt çəkilməsini, həmin ərazinin cavabdehə aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, öz fəaliyyətində əməl etməli olduğu Qaydaların tələbinə uyğun olaraq aktları lazımı qaydada tərtib etmək, bir nüsxəsini istehlakçıya vermək, istehlakçıya məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirmək, istehlakçının istifadə etdiyi qaz cihazlarının qeydiyyatını aparmaq iddiaçının vəzifəsi olduğu halda o, cavabdeh tərəfindən ona ziyan vurulmasına dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməməklə iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 5940,40 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5970,40 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçındən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-569/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-569/2021
10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver