Məhkəmə qərarları › İş №2(001)-569/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-569/2022

01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-569/2022 01.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi, Vəkil Şixsəfa oğlunun iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair ilkin, Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Lpo İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmədən Cavabdeh 18.06.2021-ci il tarixə kredit üzrə cəmi 19109,39 abş dolları olmaqla, bundan 12251,93 abş dolları əsas borc, 3326,56 abş dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesbalanmış 3530,90 abş dolları faiz borcu və iş üzrə ödənilmiş 187,45 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka predmeti olan “Hyundai Sonata” minik markalı (buraxılış ili-2011, Ban KMHEC41CBBA265883) gümüş metal rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışından əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Amrahbank" Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı (bundan sonra "Bank" adlanacaq) ilə Cavabdeh arasında bağlanmış 11 sentyabr 2012-ci il tarixli 880/A nömrəli kredit müqaviləsinə əsasən "Hyundai Sonata" minik markalı (Buraxılış ili-2011, Ban-KMHEC41CBBA265883) olan avtomobilinin alınması məqsədi ilə cavabdehǝ 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 23000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan "Hyundai Sonata" minik markalı (Buraxılış ili-2011, Ban KMHEC41CBBA265883), olan avtomobilin İpotekaya qoyulması məqsədilə 11 sentyabr 2012-ci il tarixli, 880/ag saylı Sonrakı İpoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanmış İpoteka Müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “Hyundai Sonata” minik markalı (Buraxılış ili-2011, Ban-KMHEC41CBBA265883) olan avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********535 saylı 02.07.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 18.06.2021-ci il tarixə kredit üzrə borcu Cəmi 19109, 39 ABŞ dolları təşkil edir. Bundan 12251,93 ABŞ dolları əsas borc, 3326,56 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3530,90 ABŞ dolları faiz borcu təşkil edir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən müqavilə pozulduğu halda Bankın kredit üzrə borcun qaytarılmasını və hesablanacaq faizlərin, cərimələrin və müqavilədə göstərilmiş digər xərclərin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır.Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

3. Daha sonra cavabdeh Lpo İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, bu tələb üzrə öhdəliyə xitam verilməsi, qarşılıqlı iddia üzrə cavabdehdən 13691 abş dollarının tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Azadlıq Filialı ile Cavabdeh arasında avtomobilin alınması məqsədi ilə 23 000 ABŞ dollarının krediti barədə 11.09.2012-ci il tarixli, 880/A saylı kredit müqaviləsi bağlanmış ve ayda 903 dollar olmaqla 36 ay müddətinə, illik 24 faiz olmaqla ödəniş qrafiki tərtib olunaraq ödənilməsi razılaşdırılmışdır. Eyni zamanda eyni tarixli 880/ag saylı İpoteka müqaviləsi bağlanmış və 880/A saylı müqavilə üzrə ipotekanın teminati kimi buraxılış ili 2011,Ban KMHEC41CBBA265883 gümüş metal rengli avtomobil ipotekas axlayana girov qoyulmuşdur. Kredit müqaviləsi üzrə ödənişin icra müddəti 11.09.2015-ci il tarixdə başa çatmışdır. Həmin müddətə qədər son ödəniş tarixi 11.09.2015-ci il olmaqla 10 652,01 ABŞ dolları ödəniş edilmişdir. 01.09.2015-ci il tarixde X7 terefinden Cavabdeh adından hemin bankın azadlıq filialına **********11549401 saylı hesaba ilkin ödəniş kimi 2 369 ABŞ dolları ödənilmişdir. Göstərilən bu məbləğ ilkin iddiaçı tərəfindən təqdin edilmiş ödənişlərdə öz əksini tapmamışdır. Həmin tarixdə bankın Azadlıq filialı, Cavabdeh və Gülağa Xəlilov arasında 880/Z saylı zaminlik müqaviləsi bağlanmışdır ki, həmin müqaviləyə əsasən Gülağa Məmmədov 11.09.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin 15 600 manat yerinə yetirilməsi üzrə məsuliyyəti tam öz üzərinə götürmüşdür. Müqaviləyə 12 600 manatın 36 ay ərzində hər ay 350 manat olmaqla ödənilməsi barədə ödəniş qrafiki tərtib edilərək əlavə edilmiş, lakin hemin qrafik qanunamüvafiq qaydada müqavilə tərəfləri tərəfindən imzalanmamış möhürlənməmişdir. Bildirir ki, müqavilə şərtlərinə əsasən ödəniş gecikdirildiyi halda tutmanın avtomaşına yönəldilməsi tələbi ilə hərəkət edilməli olduğu halda bank bunu etməmiş və maşının axtarışa verilməsi barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Baş X18 İdarəsi tərəfində vəkil sorğusuna verilən 18.11.2021-ci il tarixli, 135187-1221 saylı cavab məktubunda bildirilir ki, "Hundai Sonata" minik markalı buraxılış 2011, Ban KMHEC41CBBA265883 gümüş metal rəngli **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 16.08.2011-ci il tarixdə X2 adına X19 ASC-nin Otoplaza filialının xeyrinə yüklü edilmişdir. Həmin bankın 04.08.2014-cü il tarixli 0931/14 saylı məktubu əsasında həmin nəqliyyat vasitəsi ipotekadan azad edilərək yeni AC 303166 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir İlkin iddiaçı tərəfindən təqdim edilən sənədlərdən görünür ki, Cavabdeh adından banka 18.533, 28 ABŞ dolları vəsait ödənilmişdir. Bu hələ tam məlumat deyildir. X15 tərəfindən ödənilən 2369 ABŞ dolları və sonrakı ödənilər haqqında məlumat təqdim edilən sənədlərdə öz əksini tapmamışdır. Bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı kredit üzrə öhdəliklərini yerine yetirə bilmədiyindən 06.12.2012-ci il tarixli ərizə ilə "xxxx" ASC-nin idarə heyətinin sədri E.C.Həsənova ərizə ilə müraciət edərək ipoteka predmeti olan avtomaşını banka könüllü təhvil vermiş və avtomaşının satılaraq onun borcu ilə əvəzləşdirilməsini xahiş etmişdir. Bundan sonra ilkin iddia üzrə iddiaçı Cavabdeh məlumatlandırmadan avtomaşının satışı ilə özü məşğul olmuşdur. Həmçinin avtomobil Cavabdeh xəbəri olmadan bank tərəfindən hansi yollasa özgəninkiləşdirilmişdir. Lakin satışdan nə qədər vəsaitin əldə edilməsi və həmin vəsaitin hara yönəldilməsi, satışdan alınan məbləğin kredit borcunun ödənilməsinə bəs edibetməməsi barədə Cavabdeh məlumatlandırılmamışdır. Bununla da bank tərəfindən Cavabdeh hüquqları pozulmuşdur. Bank tərəfindən müqavilə şərtləri və qüvvədə olan qanunvericilik qaydaları pozularaq Cavabdeh məlumatı olmadan avtomaşının satılması anından Cavabdehlikdən azad olmuş hesab edilməlidir. Bununla da öhdəliyin icrasına xitam verilməlidir. Müqavilə üzrə əsas öhdəliyə xitam verilməsi ilə əlavə öhdəliklərə və hesablanmış faizlərə də xitam verilməlidir. Kreditin ödəniş təminatı kimiipoteka predmeti olan avtomaşının özgəninkiləşdirilməsi İddiaçı Asc tərəfindən Cavabdeh məlumatlandırmadan həyata keçirdiyindən, avtomaşının özgəninkiləşmə anından Cavabdeh bank qarşısında öhdəliyinə xitam verilməlidir və həmin vaxtdan sonra həyata keçirilmiş ödənişlər Cavabdeh qaytarılmalıdır. İpoteka predmeti satıldıqda satışdan əldə edilən vəsait borcun bağlanması üçün yeterli olduqda borclu kreditor qarşısında öhdəlikdən azad olunur. Konkret olaraq bu hala gəldikdə isə avtomaşının satışı və əldə edilən vəsait barədə sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə 2014-cü ilin avqust ayından etibarən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya 13 691 ABŞ dolları zərər yetirilmişdir. Həmin zərər qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir.

5. Həmçinin cavabdehin nümayəndəsi, vəkil 23.11.2021-ci il tarixində məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə və iddiaya qarşı etirazını təqdim etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 11.09.2012-ci il tarixli, 880/A saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 23 000 ABŞ dolları kredit verilmişdir. Həmin kreditin təminatı olaraq cavabdehə məxsus "Hunday Sonata" minik markalı, 2011-ci il buraxılışlı, ban-şassi nömrəsi KMHEC41CBBA265883 olan avtomobil ipoteka predmeti kimi girov qoyulmuş və bu barədə 11.09.2012-ci il tarixli, 880\ag nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh 36 ay ərzində hər ay 903 ABŞ dolları olmaqla 11.09.2015-vi il tarixə cəmisi 32 474 ABŞ dolları ödəməklə kredit məbləğini tam ödəməli idi. Lakin avtomaşın başqa bir şəxs tərəfindən istifadə edilmiş və 2012-ci iln dekabr ayına qədər heç bir aylıq ödəniş aparılmamışdır. Bildirir ki, kreditin alınması və avtomobilin ipotekaya qoyulması və avtomobillə bağlı sona qədər sonrakı bütün əməliyyatlar iddiaçının baş idarəsində Problemli kreditlər şöbəsinin rəisi işləmiş Vəli adlı şəxs tərəfindən həyata keçirilmişdir. 2012-ci ilin dekabr ayının əvvəllərində avtomaşın bank tərəfindən axtarılaraq tapılmış və baş idarənin Problemli kreditlərlə iş şöbəsi tərindən bankda yenidən satışa qoyulmuşdur. Həmçinin iddiaçı avtomaşından imtina edilməsi və onun satılaraq borcun əvəzləşdirilməsi barədə cavabdehdən ərizə də alınmışdır. (Həmin ərizənin kserosurəti təqdim edilir) Lakin buna baxmayaraq maşın cavabdehin adında saxlanılmaqla iddiaçı, maşını başqa bir şəxsə satmışdır. Bu minvalla iddiaçı tərəfindən cavabdehdən mülki etibarnamə alınmaqla maşın dəfələrlə ayrı-ayrı şəxslərə satılmışdır. Eyni qaydada maşın iddiaçı tərəfindən 28.08.2013-cü il tarixdə cavabdehdən ƏN- 1N2391745 nömrəli mülki etibarnamə alınmaqla X10 adlı bir şəxsə satılmış və sonuncu cavabdehin adından aylıq ödənişləri həyata keçirmişdir. Bu barədə iddiaçının "xxxx"a ünvanladığı AB 221155 saylı, 10.02.2014-cü il tarixli məktubda da bəhs edilir. Ancaq F.Bəhlulova verilən bu etibarnamə cavabdehin 03.08.2015-ci il tarixli ərizəsi əsasında 6 saylı Notariat Kontoru tərəfindən ləğv edilmişdir. Həmçinin yenidən iddiaçı avtomobilə X7 adlı müştəri taparaq onu satmış ve cavabdehin adına 36 ay müddətinə 01.09.2015-ci il tarixli yeni ödəniş qrafiki açmışdır. Həmin qrafikə əsasən cavabdeha heç bir faiz məbləği tətbiq edilmədən hər ay 350 manat olmaqla cəmisi 12 600 manat pul ödəməli olduğu göstərilir. Ancaq həmin ödəniş qrafiki cavabdeh və iddiaçı tərəfindən imzalanmamışdır. Eyni zanamda 01.09.2015-ci il tarixdə Gülağa Xəlilov tərəfindən banka cavabdehin ödənişi kimi 2 369 abş dolları ödəyir və ona müvafiq ödəniş qəbzi verilir. Bundan əlavə olaraq iddiaçı, cavabdeh və Gülağa Xəlilov arasında 880/Z nömrəli, 01.09.2015-ci il tarixli zaminlik müqaviləsi tərtib edilmiş və hər üçü tərəfdən imzalanmışdır. Həmin müqaviləyə əsasən Gülağa Xəlilov 11.09.2012-ci il tarixli, 880/A saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 01.09.2015-ci il tarixdən öhdəliklərin 15 600 manat məbləğində yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsi ilə 30.09.2015-ci il tarixli ödəniş cədvəlində göstərilən məbləğlər arasında 3000 manat fərq mövcuddur. Sonradan isə iddaçı tərəfindən həmin maşın onlara məlum olmayan müxtəlif müştərilərə satılmışdır. Bununla bağlı internet səhifəsindən əldə edilmiş sənədlərdən görünür ki, cavabdeh adından müxtəlif şəxslərə etbarnamələr verilmişdir. (Hazırkı vaxtda avtomobilin kimin mülkiyyətində və istifadəsində olması barədə məlumat yoxdur. Lakin bank işçilərindən əldə etdikləri məlumata əsasən həmin avtomobil girovdan çıxarılaraq satılmışdır. Bu baredə iddiaçı məhkəməyə rəsmi sənəd təqdim etməlidir. Həmçinin onu da bildirir ki, cavabdehə qarşı ödənilməsi irəli sürülən borc məbləğinin necə əmələ gəldiyi, cavabdehin adından aparılmış ödənişlər barədə, həmçinin avtomobilin taleyi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Avtomobilin kimdə olması barədə iddiaçıda məlumatı olmadığı halda onun axtarışa verilməsi və banka qaytarılması barədə DYP-yə sorğunun edilməsi barədə iddiaçı tərəfindən sənəd təqdim edilməmişdir. Baxmayaraq ki, iddiaçı avtomobilin tapılıb gətirilməsi üçün müvafiq tədbirlər gördükdən və avtomobilin yeri müəyyən olunduqdan sonra onun hərrac vasitəsi ile satılması barədə vaxtında məhkəmə qarşısında məsələ qaldıra bilərdi. Həmçinin iddiaçı cavabdehe qarşı girov qoyulmuş əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və sonradan iddia ərizəsinin va ona elave edilmiş materialların geri qaytarılması ilə əlaqədar məhkəmənin 30.09.2015-ci il tarixli, 2(001)-11430\2015 saylı qərardadı ilə MPM-nin 259.0.11. maddəsinə esasen iddia ərizəsi baxılmamış saxlanılmışdır. 11.09.2012-ci il tarixli müqavilə üzrə 2 ödəniş cədvəli tərtib edilmişdir. Birinci cədvəl 11.09.2012-ci ilde 36 ay müddətində hər ay 903 ABŞ dolları ödənilməklə cəmisi 32 474 ABŞ dolları üzrə, ondan esas borc 23 000 ABŞ dolları, 9474 ABŞ dolları isə faiz borcu. 2- ci ödəniş qrafiki isə 30.09.2015 ci il tarixdə tərtib edilmişdir. Bu qrafik üzrə ödəniş 36 ay müddətində hər ay 350 AZN olmaqla cəmisi faizsiz 12 600 manat borc kimi qeyd edilmişdir. Her iki cədvəl üzrə ödəyici cavabdeh göstərilmişdir. Bu ödəniş qrafiklərindən məlum deyil ki, nə məqsədlə ikinci qrafik tərtib edilmiş və müqavilə dollarla bağlandığı halda 2 ci qrafikdə nə üçün manatla ödəniş tələb olunur, həmçinin 12 600 manat məbləğ hansı hesabdan götürülmüşdür. Həmçinin bu ödəniş cədvəli müqavilə üzrə icra müddəti bitdikdən 19 gün sonra tərtib edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəli hər iki tərəfin razılığı əsasında tərtib edilir və müqavilənin tərkib hissəsi hesab edilir. Ancaq həmin ödəniş cədvəlində nə cavabdehin nə də iddiaçının imzası mövcud deyildir. Belə olan halda bu hal MM-nin 421-ci maddəsinin tələblərinə ziddir. Tərtib olunmuş bu qrafikdən məlum olur ki, 30.09.2015-ci ilə cavabdehin müqavilə üzrə borcu 12600 manat təşkil etmişdir. Qrafik üzrə ödəniş Gülağa Xəlilov tərəfindən aparılmış, 01.09.2015-ci il tarixdə onun tərəfindən 2 369 ABŞ dolları birdəfəlik ödənilmiş və sonradan ayba ay ödənişlər aparılmışdır. Həmçinin 01.09.2015-ci il tarixli, 880/Z nömrəli zaminlik müqaviləsi tərtib olunmuş və 15 600 manat pulun cavabdeh tərəfindən ödənilməsinə görə Gülağa Xəlilovun məsuliyyəti müəyyən olunmuşdur. Zaminlik müqaviləsinin hansı hüquqa əsasən tərtib edilməsi aydın deyildir. Sual olunur ki, əgər həmin müqavilə qanunamüvafiqdirsə onda hazırkı vaxtda Gülağa Xəlilovun cavabdehlə birgə cavabdehlik məsələsi iddia ərizəsində öz əksini nə üçün tapmamışdır. Kredit müqaviləsi bağlandıqdan sonra bir neçə ay ərzində ödəniş olmadığından iddiaçı tərəfindən avtomobil tapılaraq gətirilmiş və cavabdehdən həmin maşından imtina edilməsi və maşının satılaraq onun borcu ilə əvəzləşdirilməsi barədə ərizə alınmışdır. Lakin iddiaçı maşını onun adından çıxarmamış və başqa şəxslərə satmışdır. Maşın 28.09.2013-cü ildə mülki etibarnamə əsasında faktiki olaraq Firuz Bəhlulov adına bir şəxsə satılmış ve 03.08.2015-ci ildə həmin etibarnamə ləğv edilmişdir. Kredit və İpoteka müqavilələrinə nəzər yetirdikdə müəyyən olunur ki, kredit müqaviləsinin hər səhifəsi və ödəniş qrafiki iddiaçının adından "xxxx" ASC-nin Azadlıq filialının direktor müavini Xəyal Qayıbov və cavabdeh tərəfindən imzalanmış və sonda bankın möhürü ilə təsdiqlənmişdir. Lakin ipoteka müqaviləsənə nəzər yetirdikdə isə görürük ki, müqavilənin ilk vərəqəsində ipoteka saxlayanın həmin bank filialının direktor müavini əvəzi Xəyal Qayıbov göstərilir və müqavilənin sonunda isə filialın müdiri Xəyal Qayıbov yazılır və imzalanıb möhürlənir. Lakin müqavilənin səhifələri imzalanmamışdır və bu müqavilədəki iddiaçı tərəfindən qoyulan imza sonuncunun adından olan digər imzalardan fərqlənir. İddia ərizəsində 18.06.2021-ci il tarixə olan borcun 19109 ABŞ dolları olduğu göstərilir. Halbuki iddiaçının lisenziyası 28.04.2020-ci il ləğv edilmişdir. Belə olan halda həmin müddətdən sonra iddiçi kommersiya fəaliyyəti ilə məşğul ola bilməzdi ve borca görə faizlər və cərimə hesablana bilməzdi. İpoteka müqaviləsinə gəldikdə isə həmin müqavilənin 3.3.1. maddəsinə əsasən ipotekasaxlayan ipotekaya qoyulmuş əmlakın faktiki mövcudluğunu, saxlanılma şəraitini yoxlamaq və bu barədə ipotekaqoyandan sənəd tələb etmək hüququ vardır. Müqavilənin 4.1. maddəsinə əsasən isə ipotekaqoyan tərəfindən kredit müqaviləsində göstərilən öhdəliklərin icra müddəti başa çatdıqdan sonra 11 gün ərzində ssuda qaytarılmadıqda və ya faizlər ödənilmədikdə Bank tələbi ipoteka qoyulmuş əmlaka yönəltmək hüququna malikdir. Lakin iddiaçı tərəfindən ipoteka və kredit müqaviləsindən qanunamüvafiq qaydada istifadə etmək əvəzinə maraqlı şəkildə onu İkinci ödəniş cədvəlinin tərtib edilməsi ilə əlaqədar ipoteka müqaviləsində müxtəlif vaxtlarda müxtəlif müştərilərə faktiki satmaqla məşğul olmuşdur. Bununla da 11.09.2015-ci il tarixdə müqavilə müddəti başa çatmışdır. Mülki qanunvericiliyin tələblərinə uyğun əlavə və dəyişiklik edilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X8 bildirmişdir ki, borcun tam ödənilməsinə əsasən avtomobilin ipotekası ləğv olunub. BDYPİ-nin məhkəmənin sorğusuna ünvanlanan sonuncu məktubunda bu məqam göstərilib. Lakin pul məbləği ödənilməyib. Belə ki, bankın hesabdan çıxarış məlumatlarında borcun ödənildiyi qeyd edilmir. Bankın filial işçiləri saxtakarlıq edib. Çox güman ki, həmin pulu mənimsəyiblər. Məbləğ banka daxil edilməyib. Bununla bağlı xüsusi qərardada çıxarılması barədə vəatət vermişdir. Qarşılıqlı iddiaya münasibətdə bildirmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, ipoteka müqaviləsində “Hyundai Sonata” markalı avtomobilin ban nömrəsi səhvən KMHEC41CBBA265883 kimi göstərilmişdir. Ancaq X3 şəhadətnaməsindən avtomobilin ban nömrəsinin KMHEC41CBBA265833 olduğu görünür. Bu səbəbdən BDYPİ-dən verilən sənədlər və məktublarla, iddia ərizəsinə əlavə edilmiş sənədlər arasında uyğunsuzluq yaranır.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, Vəkil Şixsəfa oğlu izahatında bildirmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 23.000 abş dolları kredit vermiş və ipoteka müqaviləsinə əsasən “Hyundai” markalı avtomobil girov qoyulmuşdur. Kreditor və ipoteka saxlayan eyni şəxsdir. İpoteka predmetinin dəyəri müqavilə üzrə 30000 abş dolları müəyyən edilmişdir. X17 Baş İdarəsini təqdim etdiyi 21.11.2018-ci il tarixli sənəd əsasında ipoteka predmeti Yol Polisi İdarəsi tərəfindən ipotekadan azad edilmişdir. Həmin sənəddə bildirilir ki, ipoteka predmeti olan avtomobilin əsas və faiz borcları ödənilmişdir. Odur ki, ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaya münasibətdə isə qarşılıqlı iddiaçının nümayəndəsi bildirmişdir ki, onların pulun tutulması ilə bağlı tələbinin mahiyyəti artıq aradan qalxmışdır. Belə ki, ilkin iddia üzrə iddiaçı avtomobili ipoteka qoyanın razılığı olmadan satmışdırsa və onun bank qarşısında öhdəliyinə xitam verməmişdirsə, onda avtomobilin özgəninkiləşdirildiyi andan həmin kredit müqaviləsi üzrə aparılmış ödənişlər borcalana qaytarılmalı idi. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ipoteka müqaviləsində avtomobilin ban nömrəsi düzgün göstərilmədiyindən və Polis idarəsi tərəfindən verilən cavablarda uyğunsuzluq yaranmışdır. Sonradan müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcu tam ödənildiyindən 2018-ci ildə avtomobil ipotekadan azad olunmuşdur. Bu səbəbdən qarşılıqlı iddiaya həmin hissədə münasibət bildirilməsini məhkəmənin mülahizəsinə buraxmışdır.

10. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, İlkin iddia üzrə cavabdeh 2012-ci ildə banka ərizə ilə müraciət edərək avtomobili könüllü banka təhvil vermiş və avtomobilin satılaraq onun borcu ilə əvəz edilməsini xahiş etmişdir. Avtomobil cavabdehin xəbəri olmadan bank tərəfindən özgəninkiləşdirilmişdir. Həmin məbləğin hara sərf olunması barədə cavabdehə heç bir məlumat verilməmişdir. Hesabdan çıxarışlarda 2015 və 2018-ci illərdə cavabdeh tərəfindən ödənişlər həyata keçirildiyi göstərilsə də, həmin ödənişləri Cavabdeh etməmişdir. Cavabdeh avtomobili təhvil verdikdən sonra bank onu başqa şəxslərə satmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

11. İddiaçı ASC-nin Kredit Komitəsinin İclasının 11 sentyabr 2012-ci il tarixli protokolu ilə təsdiq edilmiş Cavabdeh ilə İddiaçı ASC arasında bağlanan 880/A saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu müqaviləyə əsasən kreditor borcalana 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə, aylıq ödəniş 903 ABŞ dolları olmaqla 23000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən 11 sentyabr 2012-ci il tarixli, 880/AG saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan daşınar əmlak- “Hyundai Sonata” minik avtomobili dəyəri 30000 ABŞ dolları olmaqla, kredit müqaviləsin üzrə öhdəliklərin təminatı qismində çıxış edir.

12. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan 880/ag saylı, 11.09.2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipotekaqoyan- Cavabdeh 11 sentyabr 2012-ci il tarixli 880/a saylı kredit müqaviləsi üzrə və bu müqavilədə göstərilən öhdəliklərin təminatı olaraq ona məxsus olan ipoteka predmeti kimi çıxış edən avtomobili ( marka: “Hyundai Sonata”, buraxılış ili 2011-ci il, ban nömrəsi: KMHEC41CBBA265883, rəngi: gümüş metal) ipoteka saxlayana girov qoyur. Həmin müqaviləsinin 2.1-ci maddəsinə əsasən tərəflərin razılığı ilə ipoteka predmetinin dəyəri 30000 abş dolları məbləğində müəyyən edilir.

13. AB №815255 saylı X3 şəhadətnaməsindən görünür ki, **-NZ-*** qeydiyyat nişanlı, tip sedan, buraxılış ili 2011, mühərrik G4KEAU235987, Ban KMHEC41CBBA265833, rəngi ağ-mirvari olan avtomobil Cavabdeh mülkiyyətindədir.

14. İddiaçı ASC-nin Azadlıq filialından verilən 11 sentyabr 2012-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, Cavabdeh 23000 abş dolları məbləğində kredit verilmişdir.

15. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilən 30 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlanmış 11 sentyabr 2012-ci il tarixli880/A saylı kredit müqaviləsi üzrə 12251,93 abş dolları əsas, 3326,56 abş dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 3530,90 abş dolları faiz, ümumilikdə 19109,39 abş dolları borc hesablanmışdır.

16. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Baş X18 idarəsinə ünvanlanan 01 iyul 2021-ci il tarixli bildirişin qeydə alınması barədə ərizədən görünür ki, Cavabdeh 11.09.2012-ci il tarixli, 880/A saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmədiyindən Lpo İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ipoteka predmetinə tutmanın yönəldilməsi tədbirlərinə başlamışdır. Bu məqsədlə ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş təqdim edilmişdir. Odur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş edilmişdir.

17. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan 02 iyul 2021-ci il tarixli kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişdən görünürki, Cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsini təmin etmədiyi təqdirdə, ipoteka predmetinə tutma yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir.

18. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 187,45 manat dövlət rüsumu ödənilmişdir.

19. Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin “İsmayılbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil ünvanlanan 18.11.2021-ci il tarixli məktubudan görünür ki, “Hyundai Sonata” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 16.08.2011-ci ildə X2 adına qeydiyyata alınaraq, ipoteka müqaviləsi əsasında “X19” ASCnin otoplaza filialının xeyrinə yüklü edilmişdir. Həmin bankın 04.08.2014-cü il tarixli 0931/14 nömrəli məktubu əsasında sözügedən nəqliyyat vasitəsi ipotekadan azad edilərək, yeni AC 303166 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir.

20. Cavabdeh tərəfindən İddiaçı ASC-nin idarə heyətinin sədri E.C.Həsənovaya yazılmış 06.11.2012-ci il tarixli məktubundan görünür ki, o, maliyyə vəziyyətinin çətinləşməsi ilə əlaqədar kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyindən “Hyundai Sonata” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı, ağ mirvari rəngli, 2011-ci il buraxılışlı avtomobili könüllü surətdə girovsaxlayan banka təqdim etmiş və borcu ilə əvəzləşdirilməsini xahiş etmişdir.

21. İddiaçı ASC-nin Azadlıq filialının direktoru N.Ş.Hacıyeva tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 10.02.2014-cü il tarixli, AB-22/155 saylı məktubdan görünür ki, İddiaçı ASC-nin müştərisi Cavabdeh adına açılmış 11 sentyabr 2012-ci il tarixli, 880/a saylı kredit müqaviləsinin aylıq ödənişlərinin 28 avqust 2013-cü il tarixli ƏN-1 № 391745 saylı etibarnaməyə əsasən X10 tərəfindən aparılması barədə "xxxx" ASC-yə məlumat verilmişdir.

22. Cavabdeh tərəfindən X9 28 avqust 2013-cü il tarixində yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, öz əmlakının idarə edilməsi və s. məsələlərdə səlahiyyət verilmişdir.

23. Cavabdeh tərəfindən 6 saylı notariat kontoruna yazılan 03.08.2015-ci il tarixli ərizədən görünür ki, o, 28.08.2013-cü il tarixində Bakı şəhəri 6 saylı notariat kontorunda X9 reyestrdə 7E/58863 nömrə ilə qeyd edilmiş etibarnamənin ləğv edilməsini xahiş etmişdir.

24. İddiaçı ASC-nin Azadlıq filialı ilə, Cavabdeh və zamin-X7 arasında bağlanan 01.09.2015-ci il tarixli, 880/Z saylı zaminlik müqaviləsindən görünür ki, zamin kreditor qarşısında borclunun 11 sentyabr 2012-ci il tarixli 880/A saylı kredit müqaviləsi üzrə öhdəliklərin 01.09.2015-ci il tarixdən 15600 manat yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Həmin müqavilənin borclu tərəfindən imzalanması müəyyən edilmir. Ehtimal olunur ki, həmin müqavilə etibarnamə əsasında borclu şəxsin adından çıxış edən digər şəxsin(X10) iştirakı ilə bağlanmışdır.

25. X7 tərəfindən 01.09.2015-ci il tarixində 2369 abş dolları məbləğində Cavabdeh adından kredit ödənişi edilmişdir.

26. 30 sentyabr 2015-ci il tarixli 880/A saylı kredit müqaviləsinə 1 saylı Əlavə kimi göstərilən qrafikdə Bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 0% dərəcəsi ilə aylıq ödəniş 350 manat olmaqla, 12600 manat məbləğində kredit verildiyi göstərilmişdir. Həmin razılaşma nə bank tərəfindən, nə borcalan tərəfindən imzalanmamışdır.

27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin “İsmayılbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil ünvanlanan 06.01.2022-ci il tarixli məktubudan görünür ki, “Hyundai Sonata” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 16.08.2011-ci ildə X2 adına qeydiyyata alınaraq, ipoteka müqaviləsi əsasında “X19” ASC-nin otoplaza filialının xeyrinə yüklü edilmişdir. Həmin bankın 04.08.2014-cü il tarixli 0931/14 nömrəli məktubu əsasında sözügedən nəqliyyat vasitəsi ipotekadan azad edilərək, yeni AC 303166 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmçinin “Hyundai Sonata” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 08.12.2021-ci ildə alğı-satqı müqaviləsi əsasında Mahir Cəfərlinin adından çıxarılmış, yeni **-PH-*** dövlət qeydiyyat nişanı təhkim olunmuş və "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. Sözügedən nəqliyyat vasitəsi lizinq müqaviləsi əsasında yüklü edilərək, yeni BB177633 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir.

28. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin elektron sistemindən olan çıxarışdan görünür ki, həqiqətən “Hyundai Sonata” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 08.12.2021-ci ildə alğı-satqı müqaviləsi əsasında Mahir Cəfərlinin adından çıxarılmış, yeni **-PH-*** dövlət qeydiyyat nişanı təhkim olunmuş və "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir.

29. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin məhkəmənin 15 fevral 2022-ci il tarixli, 2(001)-569/2022 saylı sorğusuna cavab olaraq 11.03.2022-ci il tarixli məktubla məhkəməyə “Hyundai Sonata” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə lazımi məlumatlar təqdim edilmişdir.

30. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin elektron sistemindən olan çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 29.11.2018-ci il tarixində ipotekadan azad edilmişdir.

31. İddiaçı ASC-nin müvafiq filialının direktoru Ü.Y.İldırımzadə tərəfindən Azərbaycan Respublikası DİN Baş X18 İdarəsinə ünvanlanan 21.11.2018-ci il tarixli, AB- 22/2272 saylı məktubun surətindən görünür ki, İddiaçı ASC-nin “Azadlıq” flialında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus “Hyundai Sonata” markalı, tip: Sedan, buraxılış ili: 2011-ci il, Ban: KMHEC41CBBA265833, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin kredit və faiz borcları tam ödənildiyinə görə “Azadlıq” filialında girovluqdan azad edilmişdir. Xahiş edilmişdir ki, qeyd olunan avtomobilin qeydiyyat şəhadətnaməsinin girovluqdan azad edilməsi üçün müvafiq göstəriş verilsin.

32. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən olan AA seiyalı, 59432 saylı, 16.10.2012-ci il tarixli çıxarışdan görünür ki, “Hyundai Sonata” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə DYP tərəfindən qeydiyyata alınmışdır.

33. Cavabdeh ilə X6 arasında bağlanan 29 noyabr 2018-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “Hyundai Sonata” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1.

34. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli, 2(001)-11430/2015 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarı girov qoyulmuş əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsinə dair” iddia ərizəsinin MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması qərara alınmışdır. Qərardadda göstərilir ki, İddiaçı ASC-nin nümayəndəsi tərəflər arasında razılıq əldə edildiyindən iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

35. “Amrahbank" Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı (bundan sonra "Bank") ilə Cavabdeh arasında 11 sentyabr 2012-ci il tarixli 880/A nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən əsasən "Hyundai Sonata" minik markalı olan avtomobilinin alınması məqsədi ilə cavabdehǝ 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 23000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan "Hyundai Sonata" minik markalı (Buraxılış ili-2011, Ban KMHEC41CBBA265883, lakin əslində avtomobilin ban nömrəsi KMHEC41CBBA265833 olmuşdur), olan avtomobilin İpotekaya qoyulması məqsədilə tərəflər arasında 11 sentyabr 2012-ci il tarixli, 880/ag saylı İpoteka müqaviləsi bağlanmışdır. İpoteka Müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “Hyundai Sonata” minik markalı (Buraxılış ili-2011, Ban-KMHEC41CBBA265883, lakin əslində avtomobilin ban nömrəsi KMHEC41CBBA265833 olmuşdur) olan avtomobil çıxış edir.

36. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19109,39 abş dolları məbləğində pulun tutulmasını və tələbin ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. İddiaçı hesab etmişdir ki, 11 sentyabr 2012-ci il tarixli 880/A nömrəli kredit müqaviləsi üzrə öhdəlik lazımi qaydada icra etmədiyindən borc yaranmışdır. Cavabdeh isə iddiaya etiraz edərək onun həmin kredit müqaviləsi üzrə borcunun olmadığını, o cümlədən avtomobilin bank tərəfindən onun əlindən alındığını və ayrı ayrı şəxslərə etibarnamə verməklə avtomobili yenidən satdığını bildirmişdir. Satılmış avtomobilə görə ödənilən vəsaitin həmin kredit müqaviləsinə yönəldilməli olduğu halda bunun edilməmiş olmasını və yenidən ondan pul tələb edilməsini əsassız hesab edir. Eyni zamanda iddia müddətinin ötürüldüyünə istinad edərək iddianın rədd edilməsini xahiş edir. 2018-ci ilədək digər şəxslər tərəfindən aparılan ödənişlərin olmasını və iddia ərizəsinin 2015-ci ildə baxılmamış saxlanılmasını da iddia müddətinin kəsilməsinə əsas hesab etmir.

37. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, ipoteka müqaviləsində avtomobilin ban nömrəsi səhv göstərilmişdir və borcalanın nümayəndəsi tərəfindən verilən vəkil sorğularına cavablar isə işin halları ilə uyğunsuzluq yaratmışdır. Lakin borcalanın kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra edə bilməməsinə görə, avtomobilin etibarnamə ilə digər şəxslərə verilməsi və bunun əsasında kredit müqaviləsi üzrə öhdəliklərin həmin şəxslər tərəfindən icra olunması təkzib olunmaz sübutlar əsasında təsdiq olunur. Baxmayaraq ki, iddiaçının nümayəndəsi bu faktı təsdiq etməyərək, xəbərlərinin olmadığı ilə əsaslandırmışdır. Eyni zamanda iddiaçının nümayəndəsi Bankın işçilərinin qanunsuz əməllərinin olmasının istisna edilməməsini xüsusi qərardad çıxarılması barədə vəsatəti ilə təsdiqləmişdir.

38. Belə ki, iddiaçının nümayəndəsi hesab edir ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra olunmamışdır, lakin ipotekadan azad olunma barədə bankın sənəd verməsi kredit təşkilatının işçilərinin qanunsuz əməl törətməsinə işarə edir.

39. Məhkəmə tərəfindən Polis orqanına verilmiş sorğuya əsasən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh sözügedən kredit müqaviləsi üzrə borcu tam ödənilmişdir və bu səbəbdən girovdan azad edilmişdir.

40. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 21.11.2018-ci il tarixli məktubunda həmin hala istinad edərək Baş X18 İdarəsindən avtomobilin qeydiyyat şəhadətnaməsinin girovluqdan azad edilməsi xahiş edilmişdir. Bundan sonra isə avtomobil bir neçə dəfə özgəninkiləşdirilmişdir.

41. Bundan əlavə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

42. Belə ki, iddiaçı Cavabdeh LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən qarşılıqlı iddia üzrə cavabdehdən 13691 abş dolları pul vəsaitinin tutulmasını və ilkin iddia üzrə kredit müqaviləsindən irəli gələn öhdəliyə xitam verilməsini xahiş etmişdir. Həmçinin iddia müddətinin ötürülməsi səbəbindən ilkin iddianın rədd edilməsini xahiş etmişdir.

43. Qarşılıqlı iddia ərizəsindən görünür ki, cavabdehin nümayəndəsi, vəkil məhkəmə araşdırması dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinə müxtəlif tarixdə sorğularla müraciət etmiş və “Hyundai Sonata” minik markalı (Buraxılış ili-2011, Ban-KMHEC41CBBA265883) olan nəqliyyat vasitəsi barədə məlumat verilməsini xahiş etmişdir.

44. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin “İsmayılbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil ünvanlanan məktubları ilə “Hyundai Sonata” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2011-ci ildə X2 adına qeydiyyata alındığını, 08.12.2021-ci il tarixində alğı-satqı müqaviləsi ilə Mahir Cəfərlinin adından çıxarıldığı və "xxxx" MMC-nin adına rəsmiləşdirildiyi müəyyən edilmişdir.

45. Məhkəməyə təqdim edilən qarşılıqlı iddia ərizəsi həmin sorğulara verilən cavablar əsasında tərtib edilmişdir. Nəticədə cavabdeh həmin avtomobilin bank tərəfindən özgəninkiləşdirildiyini və əldə edilən vəsaitdən ona hər hansı ödəniş edilmədiyini, hüquqlarının pozulduğunu iddia etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

46. Məhkəmə ilkin iddia üzrə aşağıdakı hüquqi dəyərləndirmə aparmışdır.

47. Məhkəmə işin müəyyən edilən hallarını nəzərə alaraq hesab edir ki, ilkin iddia əsassız olduğundan təmin edilməməlidir.

48. Belə ki, 11 sentyabr 2012-ci il tarixli 880/A nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyə icra nəticəsində xitam verilmişdir. Çünki borcalanın kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməsi bank tərəfindən verilən borcun ödənilmiş olmasına dair sənədlə təsdiq olunur.(Bax 31-ci bənd)

49. Buna baxmayaraq iddiaçının 11 sentyabr 2012-ci il tarixli 880/A nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasını və tələbin ipoteka predmetinə yönəldilməsini yenidən tələb etməsi əsassızdır.

50. Halbuki Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

51. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

52. Eyni Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.

53. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

54. Eyni Məcəllənin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir.

55. Göründüyü kimi bankın nümayəndəsi tərəfindən kredit və faiz borclarının tam ödənildiyini təsdiq edən sənəd verildiyindən iddiaçının 11 sentyabr 2012-ci il tarixli 880/A nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra etməsini tələb etməsi əsassızdır və borcun tutulması barədə tələb təmin edilməməlidir.

56. Bundan başqa iddia həmin hissədə həmçinin ona görə təmin edilə bizlməz ki, iddia müddəti ötürülmüşdür.

57. Belə ki, kredit müqaviləsinin müddətinin 11 sentyabr 2015-ci ildə bitməsinə baxmayaraq, iddiaçı hazırki tələblə 22.10.2021-ci ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Ödənişlərin isə digər şəxs tərəfindən icra edilməsi və bankın bunu yeni müqavilə bağlamadan, ipoteka predmetinin digər şəxsə verilməsini lazımi qaydada rəsmiləşdirmədən qəbul etməsi hüquqdan sui-istifadədir. Belə ki, bankın ipoteka predmetinin digər şəxsin etibarnamə ilə idarəçiliyə verilməsinə razı olmasına və öhdəliyin həmin şəxs və ya şəxslər tərəfindən icrasını qəbul etməsinə baxmayaraq, bunu yeni müqavilə bağlamaq yolu ilə rəsmiləşdirməmişdir və hüquqdan sui istifadə edərək müqavilə müddətinin bitməsindən 6 il sonra məhkəməyə müraciət etmişdir.(bax Mülki Məcəllə 373.2; 560.3.2; 560.3.4)

58. Bundan başqa eyni tələblə əvvəllər məhkəməyə müraciət edilməsi və iddianın baxılmamış saxlanılması iddia müddətinin axımı ümumi qaydada davam etməsi ilə nəticələnir. (bax Mülki Məcəllə 381)

59. Odur ki, kredit borcunun tutulması barədə iddia tələbi həmçinin iddia müddəti ötürüldüyünə görə də təmin edilə bilməz.

60. Bundan başqa girovla və ya ipoteka ilə təmin edilmiş öhdəlik üzrə tələb əsassız olduğundan tələbin girov predmetinə yönəldilməsi də əsassızdır.

61. Belə ki, girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir.(bax Mülki Məcəllə 294.1.1)

62. Eyni zamanda əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.(bax Mülki Məcəllə 376)

63. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

64. Qarşılıqlı iddia ərizəsi 2 tələbdən ibarətdir: İ Pul tələbi, İİ Kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi.

65. Qarşılıqlı iddia üzrə iddiaçı avtomaşının özgəninkiləşdirilməsi İddiaçı ASC tərəfindən Cavabdeh məlumatlandırmadan həyata keçirdiyindən, avtomaşının özgəninkiləşmə anından Cavabdeh bank qarşısında öhdəliyinə xitam verilməli olduğunu və həmin vaxtdan sonra həyata keçirilmiş ödənişlərin Cavabdeh qaytarılmalı olduğunu iddia etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı düşünür ki, 2014-cü ilin avqust ayından etibarən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya 13 691 manat dolları zərər yetirilmişdir. Həmin zərər qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir.

66. İlk olaraq nəzərə alınmalıdır ki, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın birinci tələbinin mahiyyətini itirməsinə səbəb olur. Belə ki, cavabdeh "Hundai Sonata" minik markalı, buraxılış ili 2011, Ban KMHEC41CBBA265883 olan, gümüş metal rəngli **- MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bank tərəfindən özgəninkiləşdirildiyini, əldə edilən gəlirin mənimsənildiyini iddia etmişdir. Lakin məhkəmə baxışında müəyyən edildi ki, qarşılıqlı iddianın əsaslandırılmasında istinad edilən avtomobil hazırki ilkin iddianın predmeti deyildir. Belə ki, ilkin iddianın predmeti olan avtomobilin Ban nömrəsinin və rənginin fərqliliyi (Ban KMHEC41CBBA265833, ağ mirvari rəngli) cavabdehin ilkin iddiaya münasibətinin yalnış formalaşmasına səbəb olmuşdur.

67. Yəni qarşılıqlı iddia üzrə iddiaçı isə DİN-nin BDYPİ-nin 18.11.2021-ci il tarixli müvafiq məktubuna və elektron çıxarışa istinad etməklə ipoteka predmeti olan “Hyundai Sonata” markalı avtomobilin 04.08.2014-cü ildən girovdan azad edilərək, yeni qeydiyyat şəhadətnaməsi aldığını vurğulamaqla, 04.08.2014-cü ildən etibarən Cavabdeh tərəfindən banka ödənilmiş 13691 abş dolları məbləğində pulun tutulmasını tələb edir. Lakin ilkin iddianın araşdırılması zamanı müəyyən edilmişdir ki, əslində 04.08.2014-cü il tarixində girovdan azad edilən maşın Cavabdeh məxsus olmayan "Hundai Sonata" minik markalı, buraxılış ili 2011, Ban KMHEC41CBBA265883 olan, gümüş metal rəngli **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir. Əsl ipoteka predmeti olan “Hyundai Sonata” markalı, tip: Sedan, buraxılış ili: 2011-ci il, Ban: KMHEC41CBBA265833, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə bank tərəfindən özgəninkiləşdirilməmiş, avtomobilin təminat vasitəsi kimi çıxış etdiyi kredit müqaviləsi üzrə borc məbləğinin tam ödənilməsindən sonra 2018-ci ildə girovdan azad edilmişdir.

68. Odur ki, qarşılıqlı iddianın birinci hissəsi artıq mahiyyəti aradan qalxdığı üçün, əsassız olduğundan təmin edilməməlidir.

69. Qarşılıqlı iddianın ikinci hissəsinə münasibətdə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

70. İlkin iddianın araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır ki, həmin öhdəliyin təminatı kimi ipoteka müqaviləsi bağlanmışdır. 21 noyabr 2018-ci il tarixində bank DİN-nin BDYPİnə ərizə ilə müraciət edərək, 11 sentyabr 2012-ci il tarixli, 880/A saylı kredit müqaviləsi üzrə kredit və faiz borcların tam ödənildiyini təsdiq edərək, avtomobilin girovdan azad edilməsini xahiş etmişdir. Bu isə kredit müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etdiyini sübut edir.

71. Odur ki, İddiaçı ASC-nin Kredit Komitəsinin İclasının 11 sentyabr 2012-ci il tarixli protokolu ilə təsdiq edilmiş Cavabdeh ilə İddiaçı ASC arasında bağlanan 880/A saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edildiyindən, Cavabdeh bank qarşısında həmin müqavilədən irəli gələn öhdəliklərinə xitam verilməlidir.(bax 50-55 bənd)

72. Bundan başqa məhkəmə ilkin iddia üzrə iddiaçının xüsusi qərardad çıxarılması barədə vəsatətini əsaslı hesab edərək, İddiaçı ASC-nin Kredit Komitəsinin İclasının 11 sentyabr 2012-ci il tarixli protokolu ilə təsdiq edilmiş Cavabdeh ilə İddiaçı ASC arasında bağlanan 880/A saylı kredit müqaviləsi üzrə aparılan əməliyyatlarda cinayət əməllərinin olub–olmamasını müəyyən etmək üçün prokurora xəbər verilməsi qənaətinə gəlmişdir. Tətbiq edilən prosessual normalar:

73. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

74. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi) Nəticə:

75. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutumanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair ilkin iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, Cavabdeh 11 sentyabr 2012-ci il tarixli 880/A nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinə xitam verilməli, iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.

76. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutumanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair ilkin iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı ASC-nin Kredit Komitəsinin İclasının 11 sentyabr 2012-ci il tarixli protokolu ilə təsdiq edilmiş Cavabdeh ilə İddiaçı ASC arasında bağlanan 880/A saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edildiyindən, Cavabdeh bank qarşısında həmin müqavilədən irəli gələn öhdəliklərinə xitam verilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar