Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5703/2020 17.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, ipoteka qoyulmuş əmlakın açıq hərracda satılması, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbi barədə iddia tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 1479- SF/18 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 30 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 16596 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh2 arasında xx xxxxxx 2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üzrə eyni məzuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin, kreditin təminatı kimi bankla Cavabdeh3 arasında xx xxxxxx 2018-ci il tarixdə “sonrakı ipoteka müqaviləsi” bağlanmış, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh3 məxsus, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 19 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, 34,2 kv.metr ümumi sahəli, 1 otaqlı, 6 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 götürdüyü krediti faizləri ilə birlikdə müəyyən olunmuş qaydada qaytarmağı öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, 13649,6 manat əsas, 1186,66 manat faiz, 8948,17 manat cərimə borcu olmaqla ümumilikdə 23784,43 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib cavabdehlərdən müştərək qaydada yuxarıda göstərilən məbləğdə borcun, habelə iddia ərizəsinin verilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş hər biri 30 manat olmaqla ümumilikdə 60 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, həmin məbləğ kifayət etmədikdə isə qalan pulun cavabdehlərdən ümumi qaydada bankın xeyrinə tutulması, əmlak satıldıqdan sonra orada qeydiyyat olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddia üzrə Cavabdeh1 onun arvadıdır. 2014-cü ildə xəstə övladlarının müalicəsi üçün İddiaçı ASC-yə müraciət etsə də, bank onun müraciətinə müsbət cavab verməmiş, lakin arvadının adına kredit götürmək mümkün olmuşdur. Hazırki kredit müqaviləsi üzrə onun hesablamalarına görə banka cəmi 13000 manat borcu qalmışdır. Lakin, bank borc məbləğini süni olaraq şişirdmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək borcu birdəfəlik ödəmək imkanları olmadığını, həmçinin bank tərəfindən borc məbləğinin süni olaraq şişirdildiyini bildirdi. Digər Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı KB ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Məhkəmə hesab edir ki, iddia əsas və faiz borcuna münasibətdə maliyyə arayışında göstərilən məbləğlər üzrə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 13649,6 manat məbləğində əsas borca tənasübsüz olaraq 8948,17 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 8948,17 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 800 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünə görə məhkəmə hesab edir ki, ona münasibətdə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, kredit müqaviləsi və zaminlik müqaviləsinin şərtləri nəzərə alınmaqla 13249,6 manat əsas, 1186,66 manat faiz, 800 manat cərimə borcu olmaqla ümumilikdə 15236,26 manat məbləğində pul vəsaiti, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma Cavabdeh3 Əksər oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində 19 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 34,2 kv.metr ümumi, 17 kv.metr yardımçı sahədən ibarət 1 otaqlı 6 nömrəli mənzilə yönəldilməli, əmlak açıq hərracda satılmaqla əldə olunmuş vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi təmin edilməli, əmlakın satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 müştərək şəkildə ümumi qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia pulun Cavabdeh3 tutulması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Cavabdeh3lə bank arasında Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını nəzərdə tutan zaminlik müqaviləsi mövcud deyildir. Belə olan halda iddia tələbi üzrə pul məbləği Cavabdeh3 tutula bilməz. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra banka təhvil verilməsi hissədi də əsassızdır, belə ki, əmlak açıq hərracdan satılaraq yeni sahibinə təhvil verilməli olduğundan iddia bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə “İddiaçı» ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 22 manat məbləğində hissəsi müştərək qaydada cavabdehlərdən İddiaçı ASCnin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, BK 1479-SF/18 saylı kredit müqaviləsi üzrə yaranmış 13249,6 manat əsas, 1186,66 manat faiz, 800 manat cərimə borcu olmaqla ümumilikdə 15236,26 manat məbləğində pul vəsaiti, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh3 məxsus, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində 19 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 34,2 kv.metr ümumi, 17 kv.metr yardımçı sahədən ibarət 1 otaqlı 6 nömrəli mənzilə yönəldilsin, əmlak açıq hərracda satılmaqla əldə olunmuş vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi təmin edilsin. Əmlakın satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 müştərək şəkildə ümumi qaydada İddiaçı ASCnin xeyrinə tutulsun. Cavabdeh3 məxsus, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində 19 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 34,2 kv.metr ümumi, 17 kv.metr yardımçı sahədən ibarət 1 otaqlı 6 nömrəli mənzil açıq hərracda satıldıqdan sonra orada qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüquqlarına xitam verilsin və mənzil boşaldılsın. İddia digər hissələrdə təmin edilməsin. Dövlət rüsumunun əvəzi qismində 22 manat məbləğində pul vəsaiti də müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5703/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5703/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver