Məhkəmə qərarları › İş №2(001)-5709/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5709/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5709/2024 09.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC Cavabdeh Cavabdeh Öhdəliyə əsas olan müqavilənin № 03794440 / xx.xx.2023 nömrəsi və tarixi: Müqavilənin son tarixi: xx.xx.2023 Borc barədə məlumat Verilən borcun/kreditin məbləği: 2315,95 Faiz dərəcəsi: 0% Ödənilməmiş əsas borc: 1472,83 Ödənilməmiş faiz borcu: 0 Tələb olunan dəbbə pulu məbləği: 147,17 Tutulmalı olan cəmi məbləğ: 1620 Valyuta növü: AZN Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri Prosessual Məcəlləsinin maddələri 385,1, 427.3, 442, 443.1, 448, 567, 119, 284.1, 284-5, 284-5.3 və 284-6.1, 600, 601,1, 462, 467 Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödəniş etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 03794440 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh “Toshiba” markalı soyuducu, “Hoffmann Mrac” markalı kondisioner almış və nəticədə 1620 manat məbləğində borc yaranmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Banka xx.xx.2024cü il tarixə 1472,83 manat ödənilməmiş hissə, 147,17 manat cərimə olmaqla, cəmi 1620 manat borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı təşkilat xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1472,83 manat ödənilməmiş hissə, 147,17 manat cərimə olmaqla, cəmi 1620 manat borcu tələb edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin tələbinə riyaət edərək müvafiq malı cavabdehə təhvil vermişdir, lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, aldığı malın dəyərini ödəməmişdir. Məhkəmə həmçinin iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı bank cavabdehdən əsas borca görə cərimə borcu tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, iddiaçının iddia ərizəsində tələb etdiyi 147,17 manat cərimənin məbləği əsassız və şişirdilmişdir. İşin hallarını nəzərə almaqla məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin ümumilikdə 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1472,83 manat ödənilməmiş hissə, 50 manat cərimə olmaqla, cəmi 1522,83 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 36,20 manat İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1472,83 manat ödənilməmiş hissə, 50 manat cərimə olmaqla, cəmi 1522,83 (bir min beş yüz iyirmi iki manat səksən üç) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 36,20 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar