Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-571/2025 15.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair ilkin iddia ərizəsinə, Cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə Tələblər İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5270 manat maddi zərəri, mənəvi zərərin əvəzi kimi 1000 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 82,70 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı öz mülkiyyətində olan “Toyota Prius” minik markalı **-KS- *** dövlət qeydiyyat nömrəli avtomobili ona 5000 manat ilkin ödənişlə, günü 25 manat olmaqla, 26 ay müddətinə kirayə verməsini, əgər cavabdeh ödənişi vaxtı-vaxtında həyata keçirərsə, avtomobili onun adına rəsmiləşdirilməsi barədə razılığa gəlmişlər. Cavabdeh avtomobildə nasazlıqlar olduğunu bildirərək 5000 manat ödənişi təmirə verəcəyini bildirmiş, iddiaçıya ilkin ödənişi etməmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehə il 8 ay 8 gün müddətinə avtomobilin istifadə olunması üçün etibarnamə vermişdir. İddiaçı avtomobilinə baxış keçirmək istədikdə cavabdeh avtomobili iddiaçıya göstərməmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh avtomobili qaytarmaq istədiyini bildirmiş,eyni zamanda son 10 ay müddətində verdiyi 750 manat məbləği,həmçinin 5000 manatı da geri istəmişdir. İddiaçı tələbə narazılığını bildirmiş, bu halda cavabdeh onu avtomobilə zərər verməklə hədələyərək avtomobili qaytarmamışdır. 2 həftə ərzində iddiaçı etibarnaməni ləğv etdirmiş, cavabdeh iddiaçının atasına zəng edərək avtomobili 3-cü mikrorayona yaxın yerləşən bazarın arxasındakı meydançaya qoyduğunu söyləmişdir. İddiaçının atası avtomobili götürməyə getmiş, lakin maşının pis vəziyyətdə olduğunu, dam örtüyünün üzərində hündür mərtəbəli binanın üzərindən tökülmüş beton qırıqları, qanad, baqaj və kapotun daş parçaları ilə sərt şəkildə əzilmiş vəziyyətdə, eyni zamanda salonun pis halda olduğunu görmüşdür. Cavabdeh avtomobilin katalizator adlanan hissəsini də sataraq iddiaçıya zərər vermişdir. İddiaçı Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-ə müraciət etmiş, şöbədən məhkəməyə müraciət edilməsi barədə məsləhət verilmişdir. İddiaçıya 5270 manat dəyərində zərər vurulmuşdur. Nəticədə cavabdeh verdiyi vədi yerinə yetirmədiyindən iddiaçı ona verilən tam məbləğin (5270 manat), yaşatdığı stress halına görə mənəvi zərərin (1000 manatın) və dövlət rüsumunun (82,70 manatın) cavabdeh tərəfindən ödənilməsini tələb edir. Bu hərəkəti ilə cavabdeh iddiaçının mülkiyyətinə zərər vermiş, ona mənəvi zərər vurmuşdur. Cavabdeh iddiaçının vaxtını boşuna sərf etməyinə, lüzumsuz xərcə düşməyinə səbəb olmuşdur. Bunun nəticəsində də ona mənəvi zərər dəymişdir. İddiaçı dəymiş mənəvi ziyanı 1000 manat vəsait kimi qiymətləndirir. Bütün bu hallar onun səhhətinə də mənfi təsirsiz ötüşməmişdir. Cavabdehə verdiyi məbləğin qaytarılmaması nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişdir. Cavabdehin təqsirli hərəkətləri ilə o, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmiş və hazırda da çəkməyə davam edir. Yuxarı instansiya məhkəmələrinin təcrübələrindəki yanaşmalardan bəllidir ki, məmnunetmə (razısalma) yanaşmasına görə mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərər çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Mənəvi zərərə görə müəyyən miqdarda pulun ödənilməsini istisna edilmir. Bu yanaşma obyektiv mənəvi zərər nəzəriyyəsinə əsalanır və zərər çəkənin mənəvi sarsıntı və iztirab çəkib-çəkməməsini araşdırmadan şəxsin əmlak və ya şəxsi qeyri-əmlak dəyərlərində müəyyən əksilmənin olması halında mənəvi zərərin vurulduğunu qəbul edir. Cavabdeh ondan aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, “Toyota Prius” minik markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün çəkdiyi 5300 manat pul və ödədiyi 73 manat dövlət rüsumunun ilkin iddia üzrə İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələb onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbini əsassız hesab edir. Belə ki, dayısının vasitəsi ilə tanıdığı ilkin iddia üzrə İddiaçı atası Qərib ilə “Toyota Prius” minik markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobili ilkin olaraq 5000 manat, aylıq 750 manat ödəməklə 24 ay müddətinə ödənişləri edib bitirikdən sonra avtomobilin mənim adıma keçirilməsinə dair şifahi razılığa gəlmişdilər. Avtomobil İddiaçı mülkiyyətində olduğu üçün onun tərəfindən avtomobilin idarə edilməsi üçün etibarnamə verilmiş və avtomobil faktiki olaraq istifadəsinə verilmişdir. İlkin iddia üzrə iddiaçı özü avtomobilin motorunun yığılması üçün ustaya vermiş, lakin ustanın ödənişini ödəmədikləri üçün maşın ustada saxlanmışdır. Ustaya 365 manatı ödədikdən sonra avtomobili götürmüşdür. Avtomobil yararsız vəziyyətdə olduğu üçün aralarında əldə edilmiş şifahi razılığa əsasən 5000 manatı ilkin olaraq ödəməyin əvəzinə, 5300 manat xərc qoymaqla avtomobili təmir etdirərək, tam saz vəziyyətə gətirdi. Qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi avtomobilin ilkin vəziyyətdə olan şəkilləri ilə təmirdən sonrakı vəziyyətinin şəkilləri də bunu təsdiq edir. İlkin iddia üzrə iddiaçının atası maşının heç vaxt qəza keçirmədiyini, maşının buferinə oğluna əsəbləşəndə təpik vurduğunu, bu səbəbdən maşının yararsız vəziyyətə gəldiyini bildirsə də, avtomobili apardığım ustalar maşının qəza keçirdiyini bildirdilər. Aralarında əldə edilmiş razılığa əsasən mən 10 sentyabr 2023-cü il tarixdən 10 ay müddətində 750 manat ödəniş etmişdir. Belə ki, birinci və son ayın ödənişini əlbəəl, digər 8 ayı isə mənə verilmiş bank hesabına ödəniş etməklə həyata keçirmişdir. Daha sonra avtomobillərin qiymətinin düşdüyünü bildirərək, ödənişin məbləğini azaltmalarını təklif etsə də, qarşı tərəf razı olmamış və avtomobili təhvil verməyini tələb etmişlər. O da haqlı olaraq maşına xərc qoyduğunu bildirdikdə, maşının qaytarılması müqabilində ona ilk öncə 10000, daha sonra 7500 manat, ən sonda isə 5000 manat verə biləcəyini bildirdi. Hətta, dayısı Mahir ona səsli mesaj göndərərək, avtomobili aparıb təhvil verməyini, 1 həftə müddətində maşının təmiri üçün çəkdiyi xərcin qaytarılacağına özü zəmanət verdiyini bildirdi. O bundan sonra, daha dəqiq desək cari ilin avqustun 3-də avtomobili ilkin iddia üzrə iddiaçının atasının yanında ustaya aparıb 20 manat ödəniş edib, yoxlatdırmaqla təhvil vermişdir. Həmin vaxt usta tərəfindən maşında hər hansı bir nasazlıq olmadığı bildirilmişdir. Həmçinin, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində guya avtomobilin dəyərli hissəsi olan katalizatoru satdığını bildirərək, katalizatorun dəyəri kimi 2000 manat pulun ondan tutulmasına dair tələb irəli sürmüşdür. Həmçinin, qeyd etmişdir ki, guya o, avtomobili 3cü mikrorayon bazarında qoymuşdur, avtomobil günlərlə bazarda qalmış və atası gedib götürdükdə maşında zədələr olduğunu görmüşdür. Əgər maşını 3-cü mikrorayon bazarında qoymuşdusa, avtomobilin açarını hansı yolla əldə etmələri məlum deyil. Halbuki, maşını ilkin iddiaçının atasının yanında ustaya göstərməklə təhvil vermişdir. Usta avtombili hər tərəfli yoxlayıb, heç bir problemi olmadığını bildirmişdir, habelə yoxlanış zamanı katalizator da yerində idi. Əgər maşının hər hansı problemi var idisə usta həmin vaxt bunu bildirərdi. Eyni zamanda avtomobilin katalizatoru olmadığı halda onun məhz tərəfindən çıxarılmasını nə ilə təsdiq etdiyinə dair ilkin iddia üzrə iddiaçı hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi aralarında əldə edilmiş razılıq əsasında o, aylıq ödənişləri vaxtı vaxtında etməyi, digər tərəf isə qarşılığında avtomobili adına rəsmiləşdirmə öhdəliyi götürmüşdür. Buna baxmayaraq, qarşı tərəf hər hansı əsas olmadan öhdəliyinə riayət etməmiş, maşını geri tələb etmiş, maşına çəkdiyi xərci ödəyəcəyini bildirmiş, lakin hazırda onun istifadəsində və mülkiyyətində olan avtomobilin təmirinə görə çəkdiyi xərci geri qaytarmamış, əvəzində isə ona qarşı əsassız olaraq “avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi" tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ilkin iddia üzrə tələbini müdafiə etdi və qarşılıqlı iddianın təmin olunmamasını xahiş etdi. İzahatında bildirdi ki, avtomobili cavabdeh çox pis vəziyyətdə atmış, ona şəxsən təhvil verməmişdir. İlkin izahatlarında cavabdehdən 5270 manat maddi və 1000 manat mənəvi ziyanı tələb etsə də, sonrakı izahatlarında ona vurulmuş mənəvi ziyanın ödənildiyi halda qarşı tərəflə razılığa gələ biləcəyini bildirmişdir. Lakin məhkəmənin barışıqla işi tamamlamasına dair təklifinə tərəflər müsbət cavab vermədiklərindən ilkin iddiaçı tələbində israrçı olmuş, həmçinin müalicəsi ilə əlaqədar xarici ölkəyə gedəcəyinə görə növbəti (sonuncu) məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin məhkəmənin suallarına cavab olaraq ilkin iddiaçı qarşı tərəflə avtomobilin ilkin ödənişi kimi 5000 manat məbləğə razılaşdıqlarını və cavabdehin də həmin məbləğə avtomobili təmir etdirəcəyini bildirmişdir. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili bildirdi ki, ilkin iddianı qəbul etmir, qarşılıqlı iddianı müdafiə edir, təmin olunmasını məhkəmədən xahiş edir. Əlavə olaraq, qeyd etdi ki, maşını aldıqdan sonra cavabdeh tərəfindən 5300 manat məbləğinə təmirə pul xərclənib. Sürdükdən bir müddət sonra isə maşını iddiaçının atasına təhvil verib. Avtomobil təhvil veriləndə də video çəkiliş aparılmışdır. Həmçinin təqdim olunmuş səs yazılarından da məlum olur ki, iddiaçının dayısı və atası avtomobilin qaytarıldığı halında ona görə xərclənmiş ilkin ödəniş kimi 5000 manatın cavabdehə qaytarılmasını öhdələrinə götürürlər. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddiaçı Cavabdeh isə ilkin tələbi qəbul etmədi. İzahatında bildirdi ki, avtomobilə görə xərcləmiş olduğu 5300 manatın geri qaytarılmasını tələb edən zaman qarşı tərəf ondan şikayət etmiş, nəticədə onu cəzalandırmışlar. Məhkəməyə xərclədiyi pullara dair qəbzlərin yalnız bir qismini təqdim etmişdir, digər qisminə dair hazırda sübutu yoxdur. Avtomobili təhvil verəndə də çəkiliş aparmış, iddiaçının dayısı ilkin ödənişin ona mütləq qaytarılacağını bildirsə də, sonradan bundan imtina etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, onların mövqeyini dəyərləndirib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ilk iddia üzrə iddiaçının tələbi rədd, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilən: xx.xx.2024-cü il tarixli, 141836 saylı mədaxil qəbzinin kötüyünün surətindən müəyyən olunur ki, 4 ədəd qapı üzlüyü, 4 ədəd oturacaq və komplekt ayaqaltı üçün 700 manat məbləğ hesablanmışdır. xx.xx.2024-cü il tarixli 00315 saylı iş kartının surətindən müəyyən olunur ki, görüləcək işlər dəmirçi işi üçün 80 manat, malyar işi üçün 450 manat, armatur işi üçün 40 manat olmaqla, ümumilikdə 570 manat məbləğ və katalizatorun çıxarılıb qaynaq olmuş, əsl katolizatorun qiyməti 2000 manat hesablanmışdır. xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturdan müəyyən olunur ki, cəmi 1860 manat məbləğində ehtiyyat hissələri üçün xərc hesablanmışdır. xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturdan müəyyən olunur ki, dəmirçi üçün 300 manat məbləğində üçün xərc hesablanmışdır. xx.xx.2023-cü il tarixli ******* saylı qaimə fakturdan müəyyən olunur ki, malyar (rəng) üçün 600 manat məbləğində üçün xərc hesablanmışdır. CD-diskdə olan səs yazılarından müəyyən olunur, Cavabdeh ilə danışıq həyata keçirən naməlum kişi səsi (cavabdehin dediyinə görə iddiaçının dayısı) onun avtomobili aparıb təhvil verməyini, 1 həftə müddətində isə maşının təmiri üçün cavabdehin çəkdiyi xərcin qaytarılacağına özü zəmanət verdiyini bildirmişdi. xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, **-KS-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı avtomobili idarə etmək hüququ İddiaçı tərəfindən Cavabdeh etibar edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli Əmrinin surətindən müəyyən olunur ki, Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 1-3, 13 və 17-ci maddələrinin, «Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsinin 3.1, 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq üzərinə götürdüyü öhdəliyi müəyyənləşdilmiş şərtlərə uyğun icra etməyərək vətəndaş İddiaçı maxsus "Toyota Prius" markalı, Az **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin aylıq pulunu ödəməkdən imtina etdiyinə, həmçinin ödədiyi pulun bir qisminin qaytarılmasını tələb etməklə barəsində şikayət olunmasına zəmin yaratdığına, eləcə də yoxlama prosesində qeyri-səmimi mövqe tutduğuna görə Səbail Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı Cavabdeh «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 114cü maddəsinin 3-cü bəndinə əsasən "şiddətli töhmət" elan edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə alınmış İddiaçı izahatında qeyd olunur ki, “... Mən sosial şəbəkədən yazıb şikayətimi bildirdim. Şikayətim isə, mən mənə məxsus Prius markalı maşını polis əməkdaşı Fərili Rüstəmə vermişəm. O isə on iki aya aylıq 750 manat, ilkin ödəniş ilə maşını təmirə verdiyini söylədi və dediyinə görə 5000 manat pul xərcləyib...” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə alınmış Cavabdeh izahatında qeyd olunur ki, “... 2023-cü ilin sentyabr ayının 10-da dayımın qonşuluğunda yaşayan, həm də dostu olan Qərib adlı şəxsdən Toyota Prius markalı **-KS-*** nömrəli maşın şifahi olaraq aylıq həmin şəxsə 750 manat ödəmək şərti ilə və əvvəlcədən aramızda 5000 manat pulun ilkin ödənilməsini mənə demişdir. Lakin razılaşmamız belə oldu ki, mənim ona verəcəyim 5000 ilkin ödəniş pulun maşının müəyyən hissələrinə xarab olan detalların dəyişdirilməsi üçün xərcləyim. Maşın işlək vəziyyətdə olmayıb, evakuatorla ustaya aparmışam...” Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə əmtəəşünaslıq və avtotexniki ekspertiza təyin edilsə də Azərbaycan Respublikası ƏN MEM-nin xx.xx.2025-ci il tarixli məktubu ilə ekspertizanın aparılmasından imtina edilmişdir. Həmçinin iddiaçı müalicəsi ilə əlaqədar xaricdə olması səbəbindən avtomobilin ekspertizaya təqdim edilməsindən imtina etmişdir. Təqdim edilmiş video görüntülərdə **-KS-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı avtomobilin müxtəlif təmir sexlərinə oxşar yerlərdə təmir aparılmasına dair Cavabdeh tərəfindən səsli çəkilişlərin aparıldığı müəyyən olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə; 1093.2.2-ci maddəsinə əsasən əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin mövqeyi və əsaslandığı hallar Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə mübahisənin hüquqi dəyərləndirməsini irəli sürülmüş tələblərin ayrıayrılıqda qiymətləndirilməsi istiqamətində aparılmasını vacib bilir. İlkin iddia üzrə maddi və mənəvi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulmasına münasibətdə: İlk öncə məhkəmə irəli sürülmüş tələbi, hər iki iddia ərizəsinin məzmununu, iş materiallarında olan sübutları, polis orqanında yazdıqları, həmçinin tərəflərin məhkəmədə verdikləri izahatlarını incələyərkən müəyyən olunur ki, iddiaçı öz əmlakı olan avtomobili ilkin ödəniş 5000 manat məbləğində, günə 25 manat olmaqla 26 ay müddətə ödəmək barədə razılığa gəlmiş, avtomobil cavabdehə verilmiş, cavabdeh ilkin ödənişi faktiki etməmiş, 5000 manat pulu avtomobilin təmirinə xərləyəcəyini bildirmiş və hər iki tərəf bununla razılaşmışlar. Bütün razılaşmalar şifahi formada, heç bir rəsmi müqavilə bağlanmadan yalnız avtomobilə dair iddiaçı tərəfindən cavabdehə etibarnamə verməklə həyata keçirilmişdir. Hazırda isə iddiaçı ona qaytarılmış avtomobilə 5270 manat məbləğində ziyan vurulmasını və bu ziyanın məhz cavabdeh tərəfindən vurulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı irəli sürmüş olduğu tələbinin əsasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbini əsaslandıra bilməmiş, iddiasını sübuta yetirməmişdir. Belə olan təqdirdə isə məhkəmə mülki prosessual qanunvericiliyin prinsiplərini rəhbər tutaraq sübuta yetirilməmiş iddianın təmin olunmasını istisna edir. İddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi zərərin dəydiyini bildirərək, bu zərərin kompensasiyasını 1000 manat kimi qiymətləndirsə də, cavabdehin qanunazidd hərəkətlərinin, mənəvi zərərin nədə ifadə olunmasına dair heç bir sübut məhkəməyə təqdim etməmiş, iddia ərizəsində mənəvi sarsıntı, iztirab keçirdiyini, həmçinin mənəvi sarsıntının anlayışını qeyd etməklə kifayətlənmişdir. Qeyd olunanlar ilkin iddianın sübuta yetirilməməsi əsası ilə rədd edilməsinə yetərli hesab edilir. Qarşılıqlı iddia üzrə: “Toyota Prius” minik markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün çəkilmiş 5300 manat pulun cavabdeh İddiaçı alınmasına münasibətdə isə artıq yuxarıda qeyd edilən kimi hər iki tərəfin avtomobilin satılması ilə əlaqədar ilkin ödəniş kimi 5000 manatın faktiki olaraq deyil, avtomobilin təmirinə qoyulmasına dair razılığa gəlməklərini məhkəmə işin mübahisəsiz halı kimi qəbul edir. Lakin izahatlardan və tərəflərin polis orqanında vermiş olduqları şikayət ərizələrinin məzmunundan da müəyyən olunduğu kimi bu şifahi razılaşma olmuş və heç bir rəsmi müqavilə və ya qəbzlə təsdiqlənməmişdir. Hazırda qarşılıqlı iddiaçı qaimə fakturalar, səs yazıları təqdim edərək iddiasını sübuta yetirməyə çalışsa da işdə olan qaimə fakturalardan avtomobilə çəkilən xərclərin cəmi 2760 manat hissəsi təsdiq olunduğundan məhkəmə bu hissədə qarşılıqlı iddianın təminini məqbul hesab edir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, ilkin iddia rədd edildiyindən, onun verilməsi üçün ödənilmiş 82,70 manat iddiaçının özünə aid edilməli, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu olan 73 manatın 47 manat hissəsi İddiaçı alınaraq Cavabdeh ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair ilkin iddiası təmin edilməsin. Məhkəmə xərcləri ilkin iddia üzrə İddiaçı özünə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. “Toyota Prius” minik markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün çəkilmiş xərcin əvəzi olaraq 2760 manat pul və ödənilmiş dövlət rüsumunun 47 manat hissəsi İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-571/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-571/2025
15.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver