Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5721/2024 09.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC Cavabdeh Cavabdeh Öhdəliyə əsas olan müqavilənin № 03953226 / xx.xx.2022 nömrəsi və tarixi: № 03484643 / xx.xx.2023 Müqavilənin son tarixi: xx.xx.2023 xx.xx.2024 Borc barədə məlumat Verilən borcun/kreditin məbləği: 321 3594,92 Faiz dərəcəsi: 0% Ödənilməmiş əsas borc: 82,13 2528,92 Ödənilməmiş faiz borcu: 0 Tələb olunan dəbbə pulu məbləği: 8,87 252,08 Tutulmalı olan cəmi məbləğ: 2872 Valyuta növü: AZN Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri Prosessual Məcəlləsinin maddələri 385,1, 427.3, 442, 443.1, 448, 567, 119, 284.1, 284-5, 284-5.3 və 284-6.1, 600, 601,1, 462, 467 Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödəniş etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 03953226 saylı, xx.xx.2022-ci il tarixli və 03484643 saylı, xx.xx.2023-cü il tarixli müqavilələrdən görünür ki, Cavabdeh məişət və elektron avadanlığı almış və nəticədə 2872 manat məbləğində borc yaranmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə 2611,05 manat ödənilməmiş hissə, 260,95 manat cərimə olmaqla, cəmi 2872 manat borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı təşkilat xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə 2611,05 manat ödənilməmiş hissə, 260,95 manat cərimə olmaqla, cəmi 2872 manat borcu tələb edir. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə həmçinin iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı bank cavabdehdən əsas borca görə cərimə borcu tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 8,87 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 252,08 manat cərimə borcu tələb edir. Məhkəmə hesab edir ki, tələb edilən 252,08 manat cərimə məbləği yüksəkdir. Ona görə də iddia tələbi həmin hissədə qismən təmin edilməli və cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 8,87 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 50 manat məbləğində cərimə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2611,05 manat ödənilməmiş hissə, 58,87 manat cərimə olmaqla, cəmi 2669,92 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 48,72 manat İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2611,05 manat ödənilməmiş hissə, 58,87 manat cərimə olmaqla, cəmi 2669,92 (iki min altı yüz altmış doqquz manat doxsan iki qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 48,72 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-5721/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5721/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver