Məhkəmə qərarları › İş №2(001)-573/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-573/2021

16.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-573/2021 16.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 1461,6 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1491,6 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 1461,6 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1491,6 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixli ***-**-** saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh məxsus istixananı təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********01111 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və X1 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydaların pozulması haqqında aktlar tərtib edilmişdir. İddiaçı İB tərəfindən 2937,2 manat borcun ödənilməsi tələbinə dair Cavabdeh qarşı Binəqədi Rayon Məhkənməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4669/2018 saylı qətnaməsi ilə iddia tələbi tam təmin edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasında 129,4 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasında 1332 manat olmaqla cəmi 8198,4 manat İddiaçınə ziyan dəymişdir. Cavabdehə birliyin nümayəndələri tərəfindən 1461,6 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə hesablanmış 1461,6 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun ümumilikdə isə 1491,6 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli ***-**-** saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən müəyyən olunur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus qeyri-yaşayış sahəsində abonentin təbii qazdan sayğacsız qeyri-qanuni rezin boru vasitəsi ilə istifadə etdiyi müəyyən edilərək dəymiş ziyanın hesablanması qərara alınmış, Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən cəmi 648 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus qeyri yaşayış sahəsinin qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən cəmi 6660 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh qalıq və aktlar üzrə 2018 və 2019-cu illər üzrə borcu 1332 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/3389 saylı rəyindən müəyyən olunur ki, mülki iş materialında olan təbii X1 pozulması haqqında akta əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Çiləgər massivində yerləşən istixananı təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma texniki cəhətdən mümkündür. İddiaçı İB-yə məxsus qaz xəttinin texniki pasportu, evdə sayğacdan kənar qaz xəttinə qoşulu olmuş qaz işlədicilərinin texniki pasportları, sayı, növü, onlardan istifadə müddətləri təqdim edilmədiyindən İddiaçınə vurulmuş ziyanı müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İddiaçı cavabdehin qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazı talamasını iddia etsə də, bu halı məhkəmə tədqiqatı zamanı sübuta yetirə bilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/3389 saylı rəyinə münasibət bildirib qeyd edir ki, ekspert tərəfindən cavabdehin faktiki olaraq iddiaçıya məxsus qaz xəttinə sayğacdan kənar əlavə qoşulması faktı müəyyən edilmədiyindən, belə qoşulmanın yalnız texniki cəhətdən mümkün olması halını müəyyən edən rəy qoşulma faktının təsdiq olunması kimi qiymətləndirilə bilməz. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X1 təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 6.5.-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6.-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7.-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçının sübut kimi istinad etdiyi aktın surətlərindən müəyyən olunur ki, akt cavabdeh tərəfindən imzalanmamış, aktda cavabdehin aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi foto şəkilin isə hansı akta aid olmasını, nə vaxt çəkilməsini, həmin ərazinin cavabdehə aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Cavabdehin iddiaçıya məxsus qaz xəttinə qanunsuz qoşulma faktının müəyyən edilməsi üçün iş üzrə tikinti-texniki ekspertizası təyin edilsə də, ekspert faktiki olaraq qanunsuz qoşulmanın olmasını, vurulmuş ziyanın məbləğini müəyyən edə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, öz fəaliyyətində əməl etməli olduğu Qaydaların tələbinə uyğun olaraq aktları lazımı qaydada tərtib etmək, bir nüsxəsini istehlakçıya vermək, istehlakçıya məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirmək, istehlakçının istifadə etdiyi qaz cihazlarının qeydiyyatını aparmaq iddiaçının vəzifəsi olduğu halda o, cavabdeh tərəfindən ona ziyan vurulmasına dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməməklə iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 1461,6 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1491,6 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçındən ekspertiza tədqiqatının dəyərinə görə 102 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar