Məhkəmə qərarları › İş №2(001)-5733/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5733/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5733/2021 23.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi və sair tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğvi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 iyul 2009-cu il tarixli, 006-09/İ saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 37.490,81 manat əsas borcun, 245,25 manat faiz borcunun, 490,5 manat dəbbə pulunun, tərəflərindən bildirişin qeydiyyatı üçün ödənilmiş 41,42 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 38.297,98 manatın tutularaq ona verilməsi, tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 1260-ci keçid, 7c nömrəli evin 99 saylı mənzilinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, Cavabdeh1 və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə 38.297,98 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 iyul 2009-cu il tarixli 006-09/İ saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh2 Bakı şəhəri, Nobel prospektində yerləşən 189-a nömrəli evin 3 saylı mənzilinin alınması məqsədilə 300 ay müddətinə, illik 8% olmaqla 50.000 manat məbləğində kredit verilmişdir. 006-09/İ saylı Kredit müqaviləsinin təminatı kimi 14 iyul 2009-cu il tarixində 006-09/İ saylı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 1260-cı keçid, 7c nömrəli evin 99 saylı mənzili ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Seriya MH 0210233, reyestr kitabı 892, vərəq 82923, reyestr nömrəsi **********87-05301-093003, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21 iyul 2009-cu il). Lakin 006-09/İ saylı kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilmir. Belə ki, M/03-4677 saylı 22 iyun 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh2 22 iyun 2021-ci il tarixinə banka olan cəmi borcu 38.226,56 manat (əsas borcu 37.490,81 manat, faiz borcu 245,25 mnat, dəbbə pulu 490,5 manat) təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 iyul 2009-cu il tarixli, 006-09/İ saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana 300 ay müddətinə illik 8 faiz dərəcəsi ilə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 50.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilənin 2.4-cü bəndində uyğun olaraq trəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kreditin və faizin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında dəbbə pulu ödəməlidir; İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh1 və borcalan Cavabdeh2 arasında 14 iyul 2009-cu il tarixdə bağlanmış ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən yaşayış mənzilini 14 iyul 2009-cu il tarixli, 006-09/İ nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana verir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 99 saylı mənzil Cavabdeh1 tərəfindən İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 göndərilmiş 07 iyun 2021-ci il tarixli xəbərdarlıqdan və ipoteka predmetinə tutmanının yönəldilməsi barədə bildirişdən görünür ki, borcalandan kredit müqaviləsi üzrə öhdəliyini 5 iş gün müddətində lazımınca icra edilməsi tələb edilmiş, əks təqdirdə iddia tələbi məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında 11 iyun 2009-cu il tarixli ərizəsindən görünür ki, 14 iyul 2009-cu il tarixli, 006-09/İ nömrəli kredit müqaviləsi əsasında Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ona göndərildiyini və təqdim edildiyini nəzərə alaraq ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 99 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş və İdarənin 25 iyun 2020-ci il tarixli məktubuna əsasən ipoteka predmetinə dair bildiriş qeydə alınmışdır; 22 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 həmin tarixə banka 14 iyul 2009-cu il tarixli, 006-09/İ nömrəli kredit müqaviləsinə üzrə 37.490,81 manat məbləğində əsas borc, 245,25 manat məbləğində faiz borcu, 490,50 manat məbləğində cərimə olmaqla, cəmi 38.226,56 manat məbləğində borcu var; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan arayış məlumatları, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 14 iyul 2009-cu il tarixli, 006-09/İ saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 ödənişləri nəzərə alınmaqla 22 iyun 2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu 37.734,11 manat (əsas borc üzrə 37.617,08 və faiz borcu üzrə 117,03 manat) müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 18 oktyabr 2021-ci il tarixli “Daşınmaz əmlakın qiymətlindirilməsi barədə” mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 99 saylı mənzilinin hazırki bazar qiyməti 120.000 manat, ilkin satış (likvid) qiyməti 105.000 manat təşkil edir; Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, İddiaçı ASC tərəfindən ünvan 3 ünvanında yerləşən 99 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün 10,59 manat məbləğində dövlət rüsumu, 30,59 manat məbləğində xidmət haqqı ödənilmişdir; 25 iyun 2021-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 iyul 2009-cu il tarixli, 006-09/İ saylı kredit müqaviləsinə əsasən kreditor borcalana 300 ay müddətinə illik 8% dərəcəsi ilə istehlak məqsədi ilə 50.000 manat məbləğində kredit vermiş, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəlikləri icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı hazırda cavabdehin həmin müqavilə üzrə 37.490,81 manat məbləğində əsas, 245,25 manat məbləğində faiz, 490,50 manat məbləğində cərimə olmaqla, cəmi 38.226,456 manat borcunun yaradığını iddia edir və həmin məbləği cavabdehlərdən tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2021-ci il tarixli rəyinə əsasən isə həmin tarixə Cavabdeh2 əsas borcu 37.617,08 manat, faiz borcu isə 117,03 manat məbləğində olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və bununla da müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında arasında bağlanmış 14 iyul 2009-cu il tarixli, 006-09/İ saylı kredit müqaviləsi ləğv edilməli, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin əsas və faiz borcu hissəsi ilə əlaqədar ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, 14 iyul 2009-cu il tarixli, 006-09/İ saylı kredit üzrə Cavabdeh2 iddia ərizəsində tələb olunan 37.490,81 məbləğində əsas borc və ekspert rəyi ilə müəyyən edilmiş 117,03 manat məbləğində faiz borcu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, 14 iyul 2009-cu il tarixli, 006-09/İ saylı kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni Cavabdeh2 dəbbə pulunu ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsinin 4.2-ci bəndində öz əksini tapmışdır. Hazırda da iddiaçı qeyd olunan müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən 490,5 manat məbləğində hesablanmış dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulunun məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən tələb edilən dəbbə pulunun məbləği azaldılmalı və 14 iyul 2009-cu il tarixli, 006-09/İ saylı kredit kredit müqaviləsi üzrə 150 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 14 iyul 2009-cu il tarixli İpoteka müqaviləsinə əsasən, 14 iyul 2009-cu il tarixli, 006-09/İ nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 99 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh-borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehlərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 18 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 99 saylı mənzilin real bazar qiyməti 120.000 manat, ilkin satış (likvid) qiyməti 105.000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyan Cavabdeh1 tərəfindən ipotekaya qoyulmuş, ünvan 3 ünvanında yerləşən 99 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana – cavabdeh Nuriyev X1 qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 105.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin, ünvan 3 ünvanında yerləşən 99 saylı mənzilindən Cavabdeh1 və onunla birlikdə yaşayanların çıxarılması hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, həmin mənzil satıldıqda Cavabdeh1 1 ay ərzində həmin evi tərk etmədiyi halda o, məcburi qaydada evdən çıxarılmalıdır. Belə ki, məhkəmə tələbin “cavabdehlə birlikdə yaşayanların çıxarılması” hissəsi ilə bağlı hesab edir ki, həmin tələb qeyri-dəqiq olduğuna, yəni həmin “cavabdehlə birlikdə yaşayan şəxslər”in dairəsi müəyyən edilmədiyinə, onlar iddiaçı tərəfindən cavabdeh qismində işə cəlb edilmədiyinə görə iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 41,42 manat məbləğində rüsumun cavabdehdən tutulması hissəsi ilə əlaqədar hesab edir ki, iddia bu hissədə də qismən təmin edilməli, tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün 10,59 manat məbləğində dövlət rüsumu və 30,59 manat məbləğində xidmət haqqı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki, bildirişin qeydiyyata alınması üçün iddiaçı tərəfindən rüsum və xidmət haqqı olaraq cəmi 41,42 manat məbləğində deyil, 41,18 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 iyul 2009-cu il tarixli, 006-09/İ saylı kredit müqaviləsi ləğv edilməli, 14 iyul 2009-cu il tarixli, 006-09/İ saylı kredit müqaviləsi üzrə 37.490,81 manat məbləğində əsas, 117,03 manat məbləğində faiz borcu, 150 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 37.757,84 manat məbləğində borc, habelə bildirişin qeydiyyatı üçün ödənilmiş 10,59 manat məbləğində dövlət rüsumu, 30,59 manat məbləğində xidmət haqqı və iddianın qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 28 manatı Cavabdeh2 tutularaq iddiaçı “Muğanbank" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 1260-cı keçid, 7c nöməli evin 99 saylı mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılmalı, ipoteka predmeti olan olan Bakı şəhəri, Binəqədi rayonu,7-ci mkr, 1260-cı keçid, 7c nöməli evin 99 saylı mənzilin ilkin satış qiyməti 105.000 manat məbləğində müəyyən edilməli, Bakı şəhəri, Binəqədi rayonu,7-ci mkr, 1260-cı keçid, 7c nöməli evin 99 saylı mənzili satıldıqda Cavabdeh1 1 (bir) ay ərzində həmin mənzili tərk etmədiyi halda o, məcburi qaydada mənzildən çıxarılmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin 98 manatı Cavabdeh2, 2 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 iyul 2009-cu il tarixli, 006-09/İ saylı kredit müqaviləsi ləğv edilsin. 14 iyul 2009-cu il tarixli, 006-09/İ saylı kredit müqaviləsi üzrə 37.490,81 (otuz yeddi min dörd yüz doxsan manat, səksən bir qəpik) manat məbləğində əsas, 117,03 (bir yüz on yeddi manat, üç qəpik) manat məbləğində faiz borcu, 150 (bir yüz əlli) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 37.757,84 (otuz yeddi min yeddi yüz əlli yeddi manat, səksən dörd qəpik) manat məbləğində borc, habelə bildirişin qeydiyyatı üçün ödənilmiş 10,59 (on manat, əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu, 30,59 (otuz manat, əlli doqquz qəpik) manat məbləğində xidmət haqqı və iddianın qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı Cavabdeh2 tutularaq iddiaçı “Muğanbank" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 1260-cı keçid, 7c nöməli evin 99 saylı mənzilə yönəldilsin. Həmin mənzil açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan olan Bakı şəhəri, Binəqədi rayonu,7-ci mkr, 1260-cı keçid, 7c nöməli evin 99 saylı mənzilin ilkin satış qiyməti 105.000 (bir yüz beş min) manat məbləğində müəyyən edilsin. Bakı şəhəri, Binəqədi rayonu,7-ci mkr, 1260-cı keçid, 7c nöməli evin 99 saylı mənzili satıldıqda Cavabdeh1 1 (bir) ay ərzində həmin mənzili tərk etmədiyi halda o, məcburi qaydada mənzildən çıxarılsın. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin 98 (doxsan səkkiz) manatı Cavabdeh2, 2 (iki) manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar